Məhkəmə qərarları › İş №2(037)-1075/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1075/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1075/2025 07.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Yunusova (Hüseynli) Sevda Mayıl qızı, Ərizəçi5, Ərizəçi2, Ərizəçi6 və Ərizəçi7 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı tərəf qismində cəlb etdikləri “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı” tələbinə dair ərizələri üzrə mülki işə 07 noyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasındaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilərin xahişi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının keçmiş DTXK-si tərəfindən 1998-ci ilin noyabr ayının 30-da verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0032 KOD 40725038 olan Dövlət Aktının ona yəni Ərizəçi1 və ailə üzvləri Ərizəçi3, X9 və Ərizəçi5 və Azərbaycan Respublikasının keçmiş DTXK-si tərəfindən 1998-ci ilin noyabr ayının 30-da verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0033 KOD 40725038 olan Dövlət Aktının ona yəni Ərizəçi2 və ailə üzvləri Ərizəçi6 və Ərizəçi7 məxsus olması faktlarının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ümumi birgə mülkiyyətçilər Ərizəçi3, Yunusova (Hüseynli) Sevda Mayıl qızı, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 hazırkı mülki işə ərizəçilər qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişlər. Ərizəçilərin tələblərinin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatıları zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına uyğun olaraq İsmayıllı rayon 2-ci Yeniyol kəndi ərazisindən onların yəni ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hər birinə ayrı-ayrılıqda ailə üzvləri ilə birlikdə ailə başçısı olaraq Ərizəçi1 və digərlərinin birgə mülkiyyətlərinə 2.24 hektar və Ərizəçi2 və digərlərinin birgə mülkiyyətlərinə 1.53 hektar pay torpaq sahəsi verilmiş və bu barədə Azərbaycan Respublikasının keçmiş DTXK-si tərəfindən müvafiq olaraq JN-0032 KOD 40725038 və JN-0033 KOD 40725038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları yazılmışdır. X10 texniki səhv olaraq onun yəni Ərizəçi1 ailə üzvləri olan Ərizəçi3, X9 və Ərizəçi5 qardaşı yəni digər Ərizəçi2 ailə üzvü kimi, Ərizəçi2 ailə üzvləri olan Ərizəçi6 və Ərizəçi7 isə onun yəni Ərizəçi1 ailə üzvləri kimi dövlət aktında qeyd edilmişdir. Eyni zamanda Ərizəçi6 ata adı texniki səhv olaraq “Mursali” əvəzinə “Mursalı” kimi yazılmışdır. Bu hal həmin torpaq sahələriüzərində onun və digər birgə mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinəmaneçilik törədir və gələcəkdə də törədə bilər.Məsələn,qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması vəs.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktlarındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiklərini bildirmiş, ona Dövlət Aktlarındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktlarında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər birgə mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad,soyad və ata adı ilə Dövlət Aktlarındakı ad,soyad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizənin mahiyyətinə uyğun olaraq eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi3, Yunusova (Hüseynli) Sevda Mayıl qızı, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 iştirak etdikləri əvvəlki məhkəmə iclasında ərizə ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi3,Yunusova (Hüseynli) Sevda Mayıl qızı, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 sonuncu məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını qərara almışdır. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar - Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində anadan olmuş Hüseynov X4 rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır. - İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli,AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu, Diyallı kəndində anadan olmuş Hüseynova X1 rayonu,2-ci Yeniyol kəndində qeydiyyatdadır. - İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu,2-ci Yeniyol kəndində anadan olmuş Yunusova X5 rayonu,2-ci Yeniyol kəndində qeydiyyatdadır. - İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli,AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində anadan olmuş Hüseynli X6 rayonu,2-ci Yeniyol kəndində qeydiyyatdadır. - Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində anadan olmuş Hüseynov X8 rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır. - Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu,Təzəkənd kəndində anadan olmuş Hüseynova X3 rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır. - Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu,2-ci Yeniyol kəndində anadan olmuş Həsənli X7 rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır. - JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarı ilə İsmayıllı rayonu, İİ Yeniyol kənd sakinləri Ərizəçi2, Ərizəçi3, X9 və Ərizəçi5 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İİ Yeniyol kəndi ərazisindən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 1414 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. - JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarı ilə İsmayıllı rayonu, İİ Yeniyol kənd sakinləri Ərizəçi1, Ərizəçi6 Mursalı qızı və Ərizəçi7 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İİ Yeniyol kəndi ərazisindən 1.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 1415 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi1 tərəfindən 14221301 büdcə təsnifat kodu vasitəsilə İsmayıllı Rayon Məhkəməsinin hesabına 100 manat pul ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, №3-21-3- 42/2-H-00xx-xx/2025 saylı müraciətə cavab məktubundan görünür ki, Ərizəçi2 müraciətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmış, müraciət müəllifinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardıqlarını, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı və hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına məhkəmə tərəfindən baxıldığı və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Tətbiq edilən qanunvericilik normaları və onlara əsasən məhkəmənin mövgeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5.Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən hüquq normalarının qarşılıqlı təhlilinə, ərizəçilərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsiƏrizəçi1, Ərizəçi3, X9 və Ərizəçi5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 1.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi2, Ərizəçi6 və Ərizəçi7 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktlarında adları qeyd edilmiş şəxslər iki qardaşın Ərizəçi1 və Ərizəçi2 ailə üzvləridir. JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 ad, soyad və ata adı qeyd edilmişdir. Ərizəçi1 adı həmin vaxt “Mayıl”, olmasına baxmayaraq, JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Arif” kimi yazılmışdır. Eyni zamanda JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki səhv olaraqƏrizəçi2 adının “Mayıl” və Ərizəçi6 ata adı isə “Mursalı” kimi qeyd edilmişdir. JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki səhv olaraq ailə başçısı kimi Ərizəçi2 və JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında isə texniki səhv olaraq ailə başçısı kimi Ərizəçi1 qeyd olunmuşdur. X2 bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir,bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi2, Ərizəçi3, X9 və Ərizəçi5 mülkiyyətlərinə verilməsinə dair JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 adının “Arif” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi), Yunusova (Hüseynli) Sevda Mayıl qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi5 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və eyni zamanda İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 1.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi6 Mursalı qızı, Ərizəçi7 mülkiyyətlərinə verilməsinə dair JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi2 adının “Mayıl” və Ərizəçi6 ata adının “Mursalı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi6 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi7 (Səyyar-Asan10 tərəfindən verilmiş, xx.xx.2019-cü il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktları müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci iltarixli 34 nömrəli qərarına əsasən JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 2.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi2, Ərizəçi3, X9 və Ərizəçi5 mülkiyyətlərinə verilməsinə dair JN-0032 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 adının “Arif” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi), Yunusova (Hüseynli) Sevda Mayıl qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi5 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İİ Yeniyol kəndində yerləşən 1.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi6 Mursalı qızı, Ərizəçi7 mülkiyyətlərinə verilməsinə dair JN-0033 Kod 40725038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi2 adının “Mayıl” və Ərizəçi6 ata adının “Mursalı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi6 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi7 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2019-cü il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar