Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-108/2024 24.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 nömrəli saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X13, X9, X14, Ağalarova (nikahdan sonra Budaqova) Aynurə Şiraslan qızına və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 nömrəli saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 ata adı səhvən Şiraslan, mülkiyyətçi X3 adı səhvən Nahidə kimi yazılmışdır. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yol verilmiş səhvlər həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, oğlu Aqil qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktındakı mülkiyyətçi kimi qızlarının ad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, qızlarının şəxsiyyət vəsiqələrindəki ad və ata adı ilə JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun qardaşı, Ərizəçi2 isə anasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onun və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında bacısı X2 ata adı səhvən Şiraslan, digər bacısı X3 adı səhvən Nahidə kimi yazılmışdır. Həmin dövlət aktının ona, ərizəçilərə və digər ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxx 1952-ci il tarixdə Əzizbəyov rayonunda anadan olmuş, Yevlax şəhəri R.Balakişiyev küçəsində yaşayan şəxs Ərizəçi2dır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 27 yanvar 1971-ci il tarixdə Əzizbəyov rayonunda anadan olmuş, Yevlax şəhəri R.Balakişiyev küçəsində yaşayan şəxs X4r. - AZ-İ seriyalı 563835 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X14 arasında 04 mart 2010-cu il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Ağalarova soyadı verilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 02 sentyabr 1980-ci il tarixdə Əzizbəyov rayonunda anadan olmuş, Yevlax şəhəri R.Balakişiyev küçəsində yaşayan şəxs X6r. - Vİİ-ЖГ seriyalı 393128 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X10 arasında 09 fevral 2001-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Budaqov, arvada Budaqova soyadı verilmişdir - AZE seriyalı 16526803 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 mart 1982-ci il tarixdə İsmayıllı rayonun Ruşan kəndində anadan olmuş, İsmayıllı rayonun Vəng kəndində yaşayan şəxs X7r. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxx 1984-cü il tarixdə İsmayıllı rayonun Tircan kəndində anadan olmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs Ərizəçi1dur. - AZ-İ seriyalı 190374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X13 25 mart 2006-cı il tarixdə vəfat etmişdir. - JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X13, Ərizəçi2, X11, X12, X10 və Ərizəçi1 kimi qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli **********20 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN- 0039 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və ata adı səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X26 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli qərarına uyğun olaraq X13, Ərizəçi2, X9, X14, X10 və Ərizəçi1 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 ata adı Şiraslan, mülkiyyətçi X3 adı Nahidə kimi yazılmışdır. Mülkiyyətçi X10 09 fevral 2001-ci il tarixdə X21 ilə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Budaqova soyadını götürmüşdür. Mülkiyyətçi X13 25 mart 2006-cı il tarixdə vəfat etmişdir. JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X2 ata adının Şiraslan, mülkiyyətçi X3 adının Nahidə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ seriyalı 190374 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X9 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X14 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ağalarova (nikahdan sonra Budaqova) Aynurə Şiraslan qızı (AZE seriyalı 16526803 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 nömrəli saylı qərarına əsasən İsmayıllı rayonun Ruşan kəndində yerləşən 6,77 hektar torpaq sahəsinin X13, Ərizəçi2, X9, X14, X10 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-0039 nömrəli Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X2 ata adının Şiraslan, mülkiyyətçi X3 adının Nahidə kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ seriyalı 190374 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X9 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), X14 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ağalarova (nikahdan sonra Budaqova) Aynurə Şiraslan qızı (AZE seriyalı 16526803 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-108/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-108/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver