Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1106/2022 18.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 18 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-610 Kod 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının babası X16, nənəsi X14, bacıları X17, X5 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-610 Kod 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 1.37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Ramiz” olmasına baxmayaraq Dövlət Aktında səhvən ata adı “Rasim”, bacıları X6 adı həmin vaxt “Türanə”, ata adı isə “Ramiz” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Turanə”, ata adı isə “Rasim” və digər bacısı İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızının isə həmin vaxt ata adı “Ramiz” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Rasim” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər X17 və X15 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ona görə də məhkəmə işə ərizəçilər X17 və X4 iştirakları olmadan baxılmasını qərara almışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 25 aprel 2018-ci il tarixli, AZ-İ №937636 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 04 ayının 25 günündə 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 02 avqust 2006-cı il tarixli, AZ-İ №197198 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 08 ayının 02 günündə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Gəncə-Kəpəz RPŞ tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, AZE № 08388132 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə İsmayıllı şəhərində doğulmuş X3 şəhəri, A.Sultanov küçəsi ev 28-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE № 14379025 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş X1 şəhəri, Cavanşir küçəsi D-1, ev 1-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş İbrahimov X19 şəhəri,Cavanşir küçəsi D-1, ev 1-də qeydiyyatdadır. İş materiallarında olan JN-610 KOD 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayon Mican kənd sakinləri X16, X14, X18, X9 və Ərizəçi Rasim oğlunun (ərizəçi) birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Mican kəndi ərazisindən 1.37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 12599 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 023847 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X10 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar, ərə Məmmədov,arvada Məmmədova soyadı verilmiş,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin, 03 ayının, 10-cu günündə 289 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-610 Kod 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Mican kəndində yerləşən 1.37 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X16, X14, X17, X10 və Ərizəçi (ərizəçi) birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi ata adı həmin vaxt “Ramiz” olmasına baxmayaraq Dövlət Aktında səhvən ata adı “Rasim”, bacıları X6 adı həmin vaxt “Türanə”, ata adı “Ramiz” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Turanə”, ata adı “Rasim” və digər bacısı İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızının isə həmin vaxt ata adı “Ramiz” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Rasim” kimi yazılmışdır. X24 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN- 610 KOD 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Mican kəndində yerləşən 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X14, X17, İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızı və Ərizəçi (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-610 KOD 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 adının “Turanə”, ata adının “Rasim”, İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızının ata adının “Rasim” və Ərizəçi ata adının “Rasim” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZ-İ №937636 saylı ölüm haqqında şəhadətnamə), X7 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2006-cı il tarixli, AZ-İ №197198 saylı ölüm haqqında şəhadətnamə), X12 (Gəncə- Kəpəz RPŞ tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, AZE №08388132 saylı şəxsiyyət vəsiqəsi), İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14379025 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2013-cü il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-610 KOD 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Mican kəndində yerləşən 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, X14, X17, İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızı və Ərizəçi (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-610 KOD 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 adının “Turanə”, ata adının “Rasim”, İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızının ata adının “Rasim” və Ərizəçi ata adının “Rasim” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZ-İ №937636 saylı ölüm haqqında şəhadətnamə), X7 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,xx.xx.2006-cı il tarixli, AZ-İ №197198 saylı ölüm haqqında şəhadətnamə), X12 (Gəncə-Kəpəz RPŞ tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, AZE №08388132 saylı şəxsiyyət vəsiqəsi), İbrahimova (nikahdan sonra Məmmədova) Gülyanaq Ramiz qızına (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14379025 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1106/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1106/2022
18.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver