Məhkəmə qərarları › İş №2(037)-112/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-112/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-112/2023 25.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi, Ərizəçilər Ərizəçi1 nümayəndəsi X7, Qaçayeva Sevı̇ nc Baldadaş qızı və Həmzəyeva Səbı̇ nə Baldadaş qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1, Qaçayeva Sevı̇ nc Baldadaş qızı və Həmzəyeva Səbı̇ nə Baldadaş qızının İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 25 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Qaçayeva Sevı̇ nc Baldadaş qızı və Həmzəyeva Səbı̇ nə Baldadaş qızı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0062 nömrəli, kod 40719028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X6, X20, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X6 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN- 0062 nömrəli, kod 40719028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçinin soyadı Ağazadə olmasına baxmayaraq Ağayeva, adı həmin vaxt Aynur olmasına baxmayaraq səhvən Aynurə, ata adı Baldadaş olmasına baxmayaraq Baladadaş, qızları Sevinc və Səbinənin ata adları Baladadaş kimi yazılmışdır. Ərizəçi Aynur Ağazadə 11 iyul 2007-ci il tarixdə X23 ilə nikah bağlayaraq onun soyadına uyğun Fərəcova soyadını götürmüşdür. Ərizəçi X17 21 noyabr 2002-ci il tarixdə X28 ilə nikah bağlayaraq onun soyadına uyğun Qaçayeva soyadını götürmüşdür. Ərizəçi X18 28 mart 2011-ci il tarixdə X21 ilə nikah bağlayaraq onun soyadına uyğun Həmzəyeva soyadını götürmüşdür. İslahat aparılarkən onların ailəsində torpaq payı alacaq şəxslərin siyahısı onlardan heç bir sənəd tələb olunmadan səhv tərtib edilmişdir. «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçinin soyadı, ata və ata adı, digər ərizəçilərin ata adlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş, dövlət aktındakı yanlışlığa görə hüquqları həyata keçirə bilmədiyi bildirmiş, dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Ərizəçi «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin soyad, ad və ata adlarının dəyişdirilərək düzgün yazılmasının digər formada mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, ərizəçilərin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə dövlət aktındakı soyad, ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Qaçayeva Sevı̇ nc Baldadaş qızı və Həmzəyeva Səbı̇ nə Baldadaş qızı X6 ilə eyni məzmunlu izahatlar verərək JN-0062 nömrəli, kod 40719028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının onlara və X6, X20, Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 avqust 2005-ci il tarixli AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 aprel 1951-ci il tarixdə İsmayıllı rayonun Zarat kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X3r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 avqust 2005-ci il tarixli AZE seriyalı 03340008 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19 may 1953-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X11r. İş materiallarında olan Mican kənd sovetliyi tərəfindən verilmiş 16 aprel 1986-cı il tarixli Xİ-ЖГ 395720 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxx 1986-cı ildə İsmayıllı rayonun Mican kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ağazadə (Fərəcova) Aynur Baldadaş qızıdır. İş materiallarında olan İsmayıllı rayon Mican Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ İ 325868 nömrəli 11 iyul 2007-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X22 arasında 11 iyul 2007-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Fərəcov, arvada Fərəcova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan İsmayıllı rayon Mican Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş İİ-AZ 023105 nömrəli 21 noyabr 2002-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X17 arasında 21 noyabr 2002-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Qaçayev, arvada Qaçayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 iyul 2017ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1991-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi3dır. İş materiallarında olan İsmayıllı rayon Mican Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ İ 647197 nömrəli 28 mart 2011-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X18 arasında 28 mart 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Həmzəyev, arvada Həmzəyeva soyadı verilmişdir. İş materiallarında olan JN-0062 Kod 40719028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X6, X20, X12, X13 və X4 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli **********99 nömrəli məktubdan görünür ki, ərizəçi X6 JN-0062 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ onlara izah olunmuşdur. İş materiallarında olan İsmayıllı İƏB-ın tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli 4161 nömrəli arayışdan görünür ki, JN-0062 Kod 40719028 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında X15, X13 və X5 yazılmışdır. Düzgün yazılış X22, X17 və X18 olmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X34 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0062 nömrəli, kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarına uyğun olaraq X6, X20, Ağazadə (Fərəcova) Aynur Baldadaş qızı, Ağayeva (Həmzəyeva) Səbinə Baldadaş qızı və Ağayeva (Qaçayeva) Sevinc Baldadaş qızının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0062 nömrəli, kod 40719028 olan «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçinin soyadı həmin soyadı Ağazadə olmasına baxmayaraq Ağayeva, adı Aynur olmasına baxmayaraq səhvən Aynurə, ata adı Baldadaş olmasına baxmayaraq Baladadaş kimi yazılmışdır. Bundan başqa ərizəçilər Qaçayeva Sevı̇ nc Baldadaş qızının və Həmzəyeva Səbı̇ nə Baldadaş qızlarının da ata adları səhvən Baladadaş yazılmışdır. Ərizəçilər Aynur Ağazadə 11 iyul 2007-ci il tarixdə X23 ilə nikah bağlayaraq onun soyadına uyğun Fərəcova soyadını, X17 21 noyabr 2002-ci il tarixdə X28 ilə nikah bağlayaraq onun soyadına uyğun Qaçayeva soyadını, X18 28 mart 2011-ci il tarixdə X21 ilə nikah bağlayaraq onun soyadına uyğun Həmzəyeva soyadını götürmüşlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadda, adda və ata adında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımım qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 05 fevral 2002-ci il tarixli, JN-0062 Kod 40719028 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında X1 Ağayeva, adının Aynurə, ata adının Baladadaş, Ağayeva Sevı̇ nc Baldadaş qızının ata adının Baladadaş, Ağayeva Səbı̇ nə Baldadaş qızının ata adının Baladadaş kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 avqust 2005-ci il tarixli AZE seriyalı 03663636 saylı şəxsiyyət vəsiqəsi), X20 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 avqust 2005ci il tarixli AZE seriyalı 03340008 saylı şəxsiyyət vəsiqəsi), Ağazadə (nikahdan sonra Fərəcova) Aynur Baldadaş qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Ağayeva (nikahdan sonra Həmzəyeva) Səbinə Baldadaş qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 iyul 2017-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və Ağayeva (nikahdan sonra Qaçayeva) Sevinc Baldadaş qızına (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən 1,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X2, X10, Ağazadə (Fərəcova) Aynur Baldadaş qızının, Ağayeva (Qaçayeva) Sevı̇ nc Baldadaş qızının və Ağayeva (Həmzəyeva) Səbı̇ nə Baldadaş qızının birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 05 fevral 2002-ci il tarixli JN-0062 nömrəli, kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X9 adının Aynurə, ata adının Baladadaş, Ağayeva Sevı̇ nc Baldadaş qızının ata adının Baladadaş, Ağayeva Səbı̇ nə Baldadaş qızının ata adının Baladadaş kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 avqust 2005-ci il tarixli AZE seriyalı 03663636 saylı şəxsiyyət vəsiqəsi), X20 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 19 avqust 2005-ci il tarixli AZE seriyalı 03340008 saylı şəxsiyyət vəsiqəsi), Ağazadə (nikahdan sonra Fərəcova) Aynur Baldadaş qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Ağayeva (nikahdan sonra Həmzəyeva) Səbinə Baldadaş qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 iyul 2017-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və Ağayeva (nikahdan sonra Qaçayeva) Sevinc Baldadaş qızına (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar