Məhkəmə qərarları › İş №2(037)-1126/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1126/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1126/2023 29.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi, İddiaçı2 və İddiaçı1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 29 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi, İddiaçı2 və İddiaçı1ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0004 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının İddiaçı2, İddiaçı1, X23, İddiaçı1, X12, X13 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən İddiaçı2, X6, X23, Ərizəçi, İddiaçı1, Zalova (nikahdan sonra Həkimova) İndira Şakirovna, Zalova (nikahdan sonra Əhmədova) Nuranə Şakirovna və X7 ümumi birgə mülkiyyətinə İsmayıllı rayonu Külüllü kəndi ərazisindən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan aktda X11 adı və ata adı “Zinət Ata qızı” əvəzinə səhvən “Zinyət Ağa oğlu” kimi, İddiaçı2 ata adı “Valih” əvəzinə səhvən “Valeh” kimi, Ərizəçi adı “Şəkir” əvəzinə səhvən “Şakir” kimi, İddiaçı1 adı və ata adı “Süsən Xəlil qızı” əvəzinə səhvən “Susana Xalilovna” kimi qeyd edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəddə adların düzgün qeyd edilməməsi həmin əmlaka dair sərəncam hüququnun həyat keçirilməsinə maneçilik törədir. Ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0004 Kod 40709028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən İsmayıllı rayonu Külüllü kəndi ərazisindən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı2 Valeh oğlu, X6, X18, X19, X14, X12, X13 və X7 mülkiyyətinə verilmişdir. 09 fevral 2001-ci il tarixli, AZ №076979 nömrəli şəhadətnamənin surətindən görünür ki, X23 09 fevral 2001-ci il tarixdə vəfat etmişdir. AZE seriyalı, 02015799 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 1935-ci il tarixdə doğulmuş şəxs X5r. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1938-ci il tarixdə doğulmuş şəxs İddiaçı2dur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1966-cı il tarixdə doğulmuş şəxs Ərizəçidur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1974-cü il tarixdə doğulmuş şəxs İddiaçı1dır. 45 10 760788 nömrəli pasportun surətindən görünür ki, 24 iyun 1990-cı il tarixdə doğulmuş şəxs X8. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 mart 1994cü il tarixdə doğulmuş şəxs X3. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 aprel 1995-ci il tarixdə doğulmuş şəxs X4. 27 iyun 2012-ci il tarixli, AZ-İ №745516 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X12 arasında nikah bağlanmış, ərə Həkimov, arvada Həkimova soyadı verilmişdir. 03 iyun 2014-cü il tarixli, AZ-İ №941545 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X13 arasında nikah bağlanmış, ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İsmayıllı rayonu İHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəliyinin 25 yanvar 2023cü il tarixli, 108 nömrəli arayışının surətindən görünür ki, JN-0004 Kod 40709028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktında İddiaçı2 Valeh oğlu, X18 və X15 texniki olaraq səhv yazılmışdır. Düzgün yazılış İddiaçı2, X23 və İddiaçı1dır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 3-21-3-42/2-7-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-0004 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X22 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-180F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən İsmayıllı rayonu Külüllü kəndi ərazisindən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı2 Valeh oğlu, X6, X18, X19, X14, X12, X13 və X7 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0004 Kod 40709028 olan "Torpağa mülkiyyət hüququna dair" dövlət aktında “İddiaçı2 Valeh oğlu”nun ata adının “Valeh” kimi, “X18”nun ad və ata adının “Zinyət Ağa oğlu” kimi, “X19”nun adının “Şakir” kimi, “X14”nın ad və ata adının “Susana Xalilovna” kimi, “X20”nun ata adının “Zakir” kimi yazılmışdır. Dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin İddiaçı2 Valeh oğlu, X6, X18, X19, X14, X12, X13 və X7 birgə mülkiyyətlərinə verilməsinə dair JN-0004 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “İddiaçı2 Valeh oğlu”nun ata adının “Valeh” kimi, “X18”nun ad və ata adının “Zinyət Ağa oğlu” kimi, “X19”nun adının “Şakir” kimi, “X14”nın ad və ata adının “Susana Xalilovna” kimi, “X20”nun ata adının “Zakir” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin İddiaçı2 (AZE seriyalı, №0******* nömrəli şəxsiyyət vəsiqəsi), X6 (AZE seriyalı, №02015799 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (09 fevral 2001-ci il tarixli, AZ №076979 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE seriyalı, №******** nömrəli şəxsiyyət vəsiqəsi), İddiaçı1 (AZE seriyalı, №******** nömrəli şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Həkimova) İndira Şakirovna (AA seriyalı, №2564816 nömrəli şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Əhmədova) Nuranə Şakirovna (AA seriyalı, №3257355 nömrəli şəxsiyyət vəsiqəsi) və X17 (45 10 760788 nömrəli pasport) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarına əsasən 14,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin İddiaçı2 Valeh oğlu, X6, X18, X19, X14, X12, X13 və X7 birgə mülkiyyətlərinə verilməsinə dair JN-0004 Kod 40709028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “İddiaçı2 Valeh oğlu”nun ata adının “Valeh” kimi, “X18”nun ad və ata adının “Zinyət Ağa oğlu” kimi, “X19”nun adının “Şakir” kimi, “X14”nın ad və ata adının “Susana Xalilovna” kimi, “X20”nun ata adının “Zakir” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin İddiaçı2 (AZE seriyalı, №0******* nömrəli şəxsiyyət vəsiqəsi), X6 (AZE seriyalı, №02015799 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (09 fevral 2001-ci il tarixli, AZ №076979 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi (AZE seriyalı, №******** nömrəli şəxsiyyət vəsiqəsi), İddiaçı1 (AZE seriyalı, №******** nömrəli şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Həkimova) İndira Şakirovna (AA seriyalı, №2564816 nömrəli şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Əhmədova) Nuranə Şakirovna (AA seriyalı, №3257355 nömrəli şəxsiyyət vəsiqəsi) və X17 (45 10 760788 nömrəli pasport) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar