Məhkəmə qərarları › İş №2(037)-113/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-113/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-113/2023 23.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının keçmiş DTXK-si tərəfindən 19 iyul 2005-ci ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 030B KOD 40704018, JN-030C KOD 40704018 və JN-030F KOD 40704018 nömrəli X1, X22 və X10 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən vərəsəsi olduğu X11 və ailə üzvlərinin birgə mülkiyyətlərinə JN-030B KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.03 hektar, JN-030C KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.08 hektar və JN- 030F KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən şəhadətnamələrdə texniki səhv olaraq mərhum X7 ata adı “Ələsgər” əvəzinə “Ocaqulu” və X11 isə ata adı “Əliqulu” əvəzinə “Əlqulu” yazılmışdır. Birgə mülkiyyətçilərdən X19 xx.xx.2012-ci ildə və X17 isə xx.xx.2004-cü ildə vəfat etmişlər.Hüquqmüəyyənedici sənəddə qeyd olunan ziddiyyətlərə görə qanun üzrə vərəsəlik əsasında miras əmlaka mülkiyyət sənədi ala bilmir. Bu hüquqi əhəmiyyətli faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Belə ki, sənəddəki texniki səhvlərin düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilsə də bu düzəlişin aparılması onların səlahiyətində olmadığını bildirərək tələbdən imtina edilmişdir. Şəhadətnamələrdə olan yanlışlıqları aradan qaldırmaq mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, vərəsəsi olduğu X11 və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Şəhadətnamələrdəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin X1, Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızı və X10 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş,X8 ifadə verərək göstərdi ki, Ərizəçi əridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən X23, X22 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Əhən kəndi ərazisindən JN-030B KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.03 hektar, JN-030C KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.08 hektar və JN-030F KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən şəhadətnamələrdə texniki səhv olaraq mərhum X7 ata adı “Ələsgər” əvəzinə “Ocaqulu” və X11 isə ata adı “Əliqulu” əvəzinə “Əlqulu” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızı ifadə verərək göstərdi ki, Ərizəçi qardaşıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən onun və digər mülkiyyətçilər X23 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Əhən kəndi ərazisindən JN-030B KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.03 hektar, JN-030C KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.08 hektar və JN-030F KOD 40704018 nömrəli şəhadətnamə üzrə 0.11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən şəhadətnamələrdə texniki səhv olaraq mərhum X7 ata adı “Ələsgər” əvəzinə “Ocaqulu” və X11 isə ata adı “Əliqulu” əvəzinə “Əlqulu” yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonu, Əhən kəndində doğulmuş Haşımov X15 rayonu, Əhən kəndində qeydiyyatdadır. İş materiallarında olan Əhən kənd sovetliyi tərəfindən verilmiş 06 oktyabr 1969-cu il tarixli АЗ №1722472 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə İsmayıllı rayon Əhən kəndində doğulmuşdur.Bu barədə doğum akt qeydi kitabında 1969-cu ilin oktyabr ayının 6 günündə 71 nömrə ilə qeyd edilmişdir.Valideyinləri atası X18 və anası X13r. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X20 xx.xx.1939-cu ildə İsmayıllı rayon Əhən kəndində anadan olmuşdur. Bu barədə 25 səhfə, xx.xx.1958 kitabında qeydiyyat aparılmışdır. X3 və anası X12r. İş materiallarında olan Əhən kənd inzibati ərazi bölgüsü üzrə nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.1997-ci il tarixli,İV ЖГ №476177 saylı ölüm haqqında şəhadətnamədən görünür ki,X18 01.V.1997-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997-ci ilin may ayının 03 günündə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 09 ayının 22 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 1910-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 200__ ilin dekabr ayının 13 günündə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağsu RPŞ tərəfindən verilmiş,xx.xx.2014-cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonu, Əhən kəndində doğulmuş X4 rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X23,X22 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Əhən kəndi ərazisindən 0.03 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 10371 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X23,X22 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Əhən kəndi ərazisindən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 10370 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-030F Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X23,X22 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Əhən kəndi ərazisindən 0.11 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 10372 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X34 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarlarına əsasən JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.03 hektar, JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.08 hektar və JN- 030F Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.11 hektar həyətyanı torpaq sahələri ərizəçinin mərhum anası X19, bacısı Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızı və nənəsi X7 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamələrdə ərizəçinin anasının, bacısının və nənəsinin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçinin vərəsəsi olduğu anası X11 ata adı həmin vaxt “Əliqulu” olmasına baxmayaraq Şəhadətnamələrdə səhvən ata adı “Əlqulu” və nənəsi X7 isə ata adı həmin vaxt “Ələsgər” olmasına baxmayaraq Şəhadətnamələrdə səhvən ata adı “Ocaqulu” kimi yazılmışdır. Birgə mülkiyyətçilərdən X19 xx.xx.2012-ci ildə və X17 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Hüquqmüəyyənedici sənəddə qeyd olunan ziddiyyətlərə görə ərizəçi qanun üzrə vərəsəlik əsasında miras əmlaka mülkiyyət sənədi ala bilmir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə), X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə), İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə), X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli,AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030F Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə) və X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə), X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə), İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030C Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə), X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarına əsasən JN-030F Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Əhən kəndində yerləşən 0.11 hektar həyətyanı torpaq sahəsinin X23, X22 və X9 mülkiyyətinə verilməsinə dair JN-030B Kod 40704018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X2 ata adının “Əlqulu” və X7 isə ata adının “Ocaqulu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Haşımova (nikahdan sonra Şirinova) Bahar Seyfi qızına (Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2014cü il tarixli, AZE №14458473 saylı şəxsiyyət vəsiqəsi), X14 (İsmayıllı rayon İHB-nın Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AZ-İ №542559 saylı ölüm haqqında şəhadətnamə) və X10 (İsmayıllı rayonun Əhən İƏB üzrə icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli, AZ-İ №068380 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar