Məhkəmə qərarları › İş №2(037)-114/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-114/2024

13.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-114/2024 13.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu Məmmədov Muxtar Firudun oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 08 yanvar 2004-cü il tarixdə doğulmuş oğlu Muxtar Məmmədov anadan gəlmə xəstədir. Uzun illərdir müalicə alsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. X19 rayon X1 Şöbəsinin “Ruhiəsəb” kabinetində “F73.1 Çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu İQ-əmsalı-20%. Özünə quluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. F80.2 resseptiv nitq pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Oğlu onun himayəsində yaşayır və ona bütün qulluğu o və anası göstərir. Muxtarın vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Oğlu Muxtarın kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu Muxtar Məmmədovun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məmmədov Muxtar Firudun oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 izahat verərək göstərdi ki, Məmmədov Muxtar Firudun oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1969-cu il tarixdə doğulmuş şəxs Ərizəçidur. -AZE seriyalı 08403628 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 iyul 1982-ci il tarixdə doğulmuş şəxs X3r. - AZ seriyalı 010704 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında 01 noyabr 2001-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - AZ-T seriyalı 118728 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 08 yanvar 2004-cü il tarixdə İsmayıllı rayonun İvanovka kəndində doğulmuş, İsmayıllı rayonun İvanovka kəndində yaşayan şəxs Ərizəçidur. Valideynləri Ərizəçi və X3r. - İsmayıllı RİHB-nın İvanovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 787 nömrəli arayışdan görünür ki, Məmmədov X8 rayonun İvanovka kəndində yaşayır və onun ailə tərkibi aşağıdakı kimidir: arvadı-X5, qızı- X7, oğlu-Məmmədov Muxtar Firudun oğlu, oğlu-X12 və qızı-X10. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Məmmədov Muxtar Firudun oğlunun sağlamlıq vəziyyəti 15 noyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “G80.0 kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 2222 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Məmmədov Muxtar Firudun oğlunda çox ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntu, psixotabənzər davranış, özünə qulluq qabiliyyətinin olmaması, kənar şəxslərin qulluğuna ehtiyacı olduğu və sair müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən 27 noyabr 2023-cü il tarixdə verilmiş 18-1-47/3-4509/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun İvanovka kəndində yaşayan 08 yanvar 2004-cü il təvəllüdlü Məmmədov X6 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73.1 Çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu İQ-əmsalı- 20%. Özünə quluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. F80.2 resseptiv nitq pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 18 yanvar 2024-cü il tarixli 106 nömrəli rəyindən görünür ki, Məmmədov Muxtar Firudun oğlunda “uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən edilir. Muxtar Məmmədov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Məmmədov Muxtar Firudun oğlu 08 yanvar 2004-cü il tarixdə doğulmuş və anadan gəlmə xəstədir. Muxtar Məmmədovun sağlamlıq vəziyyəti 27 noyabr 2023-cü il tarixdə qiymətləndirilərək ona “G80.0 kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. X14 M.R.X-nın X2 “Ruhi-əsəb” kabinetində “F73.1 Çox ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi psixopatabənzər davranış pozuntusu İQəmsalı-20%. Özünə quluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyacı var. F80.2 resseptiv nitq pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 18 yanvar 2024-cü il tarixli 106 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məmmədov Muxtar Firudun oğlunda uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən edilir. Muxtar Məmmədov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil və psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Ərizəçi Məmmədov Muxtar Firudun oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Muxtar Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Məmmədov Muxtar Firudun oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 yanvar 2004-cü il tarixdə doğulmuş Məmmədov Muxtar Firudun oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar