Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1146/2021 22.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə 22 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********01000 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, “Azəriqaz” İB-nin tabeçiliyində olan X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən 09 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu, Gəraybəyli kəndində onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı **********9 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********9 nömrəli sayğacın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirildiyi və yoxlama zamanı sayğacın plastmas qapağı və qoruyucu şüşəsi, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin əridiyi ona bildirilmişdir. Ona görə də 29 iyul 2021-ci il tarixdə “təbii X3nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 2160 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, “Azəriqaz” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Sayğacın zədələnməsinə səbəb 26 iyun 2021-ci il tarixdə Gəraybəyli kənd sakini X2 məxsus Qaz 53 markalı **-BC- *** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerindəki saman bağlamalarının onun həyətindəki elektrik naqillərinə toxunaraq yanğın hadisəsinin baş verməsi olmuşdur. Yanğının söndürülməsi üçün əraziyə Ağsu- Göyçay və İsmayıllı rayon X1 əməkdaşları cəlb olunmuşlar. Yanğının əhatə etdiyi ərazidə olan Qaz-53 markalı **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilinin ön hissəsi, tövlənin xeyli hissəsi və evin qaz xəttinə qoşulmuş **********9 nömrəli qaz sayağacı yararsız hala düşmüşdür. Bu barədə həmin təşkilatın nümayəndələri və digər şəxslərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Ona görə də iddia tələbinin təmin olunaraq abonent koduna vurulmuş 216 manat debitor borcun silinməsini və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. 26 iyun 2021-ci il tarixdə tərtib olunmuş yanğın aktının surətindən görünür ki, həmin tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində Vicay Əhmədovun idarə etdiyi Qaz-53 markalı **-BC-*** dövlət nömrə nişanlı yük avtomobilinin yük hissəsinə yığılmış saman bağlısının elektrik xəttinə dəyərək yanğın hadisəsi baş vermiş və nəticədə iddiaçıya məxsus fərdi yaşayış evinin bir hissəsi, talvarı və digər əmlakları ilə yanaşı yaşadığı evin qaz xəttinə quraşdırılmış **********9 nömrəli sayğac da yanaraq yararsız hala düşmüşdür. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 09 iyul 2021-ci il tarixdə iddiaçının İsmayıllı rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. MSK 29/1710-03009-1 nömrəli 28 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış **********9 nömrəli sayğaca 26 iyul 2021ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas qapağı və qoruyucu şüşəsi, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin əridiyi aşkar edilmişdir. “Azəriqaz” İB-nin “Təbii X3nın pozulması haqqında” 29 iyul 2021-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd dəmir soba vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 01 oktyabr 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2021-ci ilin iyul ayının sonuna iddiaçının **********01000 nömrəli abonent koduna 216 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, 26 iyun 2021-ci il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində Vicay Əhmədovun idarə etdiyi Qaz-53 markalı **-BC-*** dövlət nömrə nişanlı yük avtomobili elektrik xəttinə dəyərək yanğın hadisəsi törətməsi nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinin bir hissəsi, talvarı və digər əmlakları ilə yanaşı yaşadığı evin qaz xəttinə quraşdırılmış **********9 nömrəli sayğac da yanaraq yararsız hala düşmüşdür. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 29 iyul 2021-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən **********9 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 iyul 2021-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 iyul 2021-ci il dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın plastmas qapağı və qoruyucu şüşəsi, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin əridiyi qeyd edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 216 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh təşkilatın aidiyyəti qurumları tərəfindən aparılmış ekspertizanın rəyində iddiaçıya məxsus sayğacın plastmas qapağı və qoruyucu şüşəsi, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin əridiyi göstərilmişdir. Bununla da tərtib olunmuş sənədlərlə iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış **********9 nömrəli sayğacın 26 iyun 2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində yanaraq yararsız hala düşməsi təsdiq olunur. İddiaçı və ya onun ailə üzvləri tərəfindən sayğaca məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********01000 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1146/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1146/2021
22.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver