Məhkəmə qərarları › İş №2(037)-1147/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1147/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1147/2021 13.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 13 dekabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətinə verilməsinə dair JN- 1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,15 ha torpaq sahəsi X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun, atasının və qardaşının ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Buludxan” kimi, atası X5 adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq səhvən “Buludxan”, ata adı həmin vaxt “Abdul” olmasına baxmayaraq səhvən “Abdulla” kimi, qardaşı Ərizəçi1 ata adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Buludxan” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun və qardaşı Anarın ata adında, atası Bulutxanın adı və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Şəhadətnamədə mülkiyyətçi kimi onun və qardaşının ata adında, atası Bulutxanın adı və ata adınddakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, onun və qardaşı Anarın şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ata adları ilə Şəhadətnamədəki ata adları arasındakı uyğunsuzluq, atası Bulutxanın ölüm haqqında şəhadətnaməsindəki və digər sənədlərindəki adı və ata adı ilə Şəhadətnamədəki adı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adlarının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-1255F Kod 40719028 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,15 ha torpaq sahəsi X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun, atasının və qardaşının ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Buludxan” kimi, atası X5 adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq səhvən “Buludxan”, ata adı həmin vaxt “Abdul” olmasına baxmayaraq səhvən “Abdulla” kimi, qardaşı Ərizəçi2 ata adı həmin vaxt “Bulutxan” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Buludxan” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun və qardaşı Hüseynin ata adında, atası Bulutxanın adı və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Şəhadətnamədə mülkiyyətçi kimi onun və qardaşının ata adında, atası Bulutxanın adı və ata adınddakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, onun və qardaşı Hüseynin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ata adları ilə Şəhadətnamədəki ata adları arasındakı uyğunsuzluq, atası Bulutxanın ölüm haqqında şəhadətnaməsindəki və digər sənədlərindəki adı və ata adı ilə Şəhadətnamədəki adı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adlarının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 28.09.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1981-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Cəlilov X3 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10.02.2014cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Cəlilov X9 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 09.03.2021-ci il tarixli, AZ-İİ№162109 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 18.02.2006-cı il tarixli JN-1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.15 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 14088 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X1 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-365A Kod 40719028 saylı Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsi X13, X18, X14 və X6 mülkiyyətinə verilmişdir. Bundan əlavə AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0339 Kod 40719028 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 və X15 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə ərizəçilər X10 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Şəhadətnamədə səhvən ata adı “Əlikram” kimi, digər ərizəçi X2 adı isə həmin vaxt “Gülnarə” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Gülnar” kimi, Dövlət aktında isə ərizəçi X10 ata adı həmin vaxt “Əkrəm” olmasına baxmayaraq Dövlət aktında səhvən ata adı “Əlikram” kimi qeyd olunmuşdur. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinin X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətinə verilməsinə dair JN-1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi2 ata adının “Buludxan”, digər Ərizəçi1 ata adının “Buludxan” və X5 isə adının “Buludxan”, ata adının “Abdulla” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11, X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 09.03.2021-ci il tarixli, AZ-İİ№162109 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28.09.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 10.02.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsinin X7, X11, Ərizəçi2 Buludxan oğlu və Ərizəçi1 Buludxan oğlunun mülkiyyətinə verilməsinə dair JN-1255F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçilər Ərizəçi2 ata adının “Buludxan”, digər Ərizəçi1 ata adının “Buludxan” və X5 isə adının “Buludxan”, ata adının “Abdulla” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X11, X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 09.03.2021-ci il tarixli, AZ-İİ№162109 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 28.09.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 10.02.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar