Məhkəmə qərarları › İş №2(037)-115/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-115/2024

20.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-115/2024 20.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun Buynuz kəndində yaşayır. Balaca bacısı X11 ailə qurmamış və onun himayəsində yaşayır. Bacısı uzun illərdir xəstədir və müalicələr alsa da səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. X14 rayon X3 Şöbəsinin “Nevroloji” kabinetində “G09 Keçirilmiş ensefalitin davamlı qalıqları. G81.1 Sağ tərəfli hemiplegiya R47.0 Mator afaziya” diaqnozu ilə dipanser qeydiyyatdadır, İ qrup əlildir. Ona bütün lazımı qulluğu ərizəçi və ailəsi göstərir. Son vaxtlar bacısının xəstəliyi daha da ağırlaşmış və idarə olunmaz hala gəlmişdir. Çox vaxt elədiyi hərəkəti dərk etmir və hərəkətlərinə cavab vermək iqtidarında deyil, lazım olan sənədləri imzalaya bilmir. Artıq xəstəliyi tam ağırlaşdığı üçün və gələcəkdə hansı hərəkətləri edəcəyini planlaşdırmaq mümkün olmadığından bacısı məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Qeyd etdiklərinə əsasən bacısı Nailə Nəsirovanın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahat verərək göstərdi ki, X4 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - АЗ seriyalı 334976 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonun Buynuz kəndində doğulmuş şəxs Ərizəçidur. X1 və X7r. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 03 fevral 1969-cu il tarixdə İsmayıllı rayonun Buynuz kəndində doğulmuş, həmin ünvanda yaşayan şəxs X8r. X1 və X7r. - 17 iyul 2020-ci il tarixli 044546 nömrəli vəsiqənin surətindən görünür ki, X11 uşaqlıqdan birinci qrup əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən 27 noyabr 2023-cü il tarixdə verilmiş PHŞ-18-1-47/3-4513/23 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Buynuz kənd ünvanında yaşayan 03 fevral 1969-cu il təvəllüdlü X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 02 mart 2014-cü il tarixdən “G09 Keçirilmiş ensefalitin davamlı qalıqları. G81.1 Sağ tərəfli hemiplegiya. R47.0 Mator afaziya” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 2225 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X11 birinci qrup əlildir və “Keçirilmiş ensefalitin davamlı qalıqları. Sağ tərəfli hemiplegiya. Mator afaziya” diaqnozu ilə qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 12 fevral 2024-cü il tarixli 377 nömrəli rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik keçirilmiş ensefalit nəticəsində qeyd olunur. X17 “Keçirilmiş ensefalitin davamlı qalıqları. Sağ tərəfli hemiplegiya. Mator afaziya” diaqnozu ilə müalicə alması, İ dərəcəli əlil hesab edilməsi təsdiq edir. Ona görə də X11 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11 03 fevral 1969-cu il tarixdə doğulmuşdur. X14 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 02 mart 2014-cü il tarixdən “G09 Keçirilmiş ensefalitin davamlı qalıqları. G81.1 Sağ tərəfli hemiplegiya. R47.0 Mator afaziya” diaqnozu ilə dispanser qeydiyyatdadır, kənar şəxsin köməyinə ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli ömürlük əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 12 fevral 2024-cü il tarixli 377 nömrəli rəyindən görünür ki, X5 ağır dərəcəli əqli geriliyin keçirilmiş ensefalit nəticəsində əmələ gəlmiş, həmin diaqnozla müalicə almışdır. Ona görə də X11 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Ərizəçi X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nailə Nəsirovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 fevral 1969-cu il tarixdə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar