Məhkəmə qərarları › İş №2(037)-115/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-115/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-115/2025 03.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 müraciət edərək 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkə ərazisində aparılan məlum torpaq islahatları zamanı mərhum X4 atasından miras qalan fərdi yaşayış evinin yerləşdiyi, qanuni istifadəsində olan 0,02 hektar həyatyanı torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi üçün İsmayıllı rayon Lahıc qəsəbəsi yerli Aqrar İslahat Komissiyası tərəfindən tərtib olunmuş siyahıda Xalid Şıxıyevin adı da qeyd edilmişdir. Lakin həmin siyahıda X27in soyadı anasının qızlıq soyadı olan “Əlimərdanov” soyadı ilə yazılmışdır. Soyadı səhv yazılmaqla siyahı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999cu il tarixli 74 saylı qərarı ilə təsdiq olunaraq AR DTXK-nə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsünə dair X14 da soyadı texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılmışdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cu il tarixli 74 saylı qərarına uyğun olaraq İsmayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223.9 kv.m. torpaq sahəsinin planı tərtib edilərək X21 kitabında mərhum Əlimərdanov Xalidin adına 09 mart 2010-cu il tarixdə isə 2713 nömrə ilə uçota alınaraq "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair X21 verilmişdir. Bu halı eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” X3 vəkil sorğusuna 18 sentyabr 2024-cü il tarixli, 3-21-3-60/2-2209/2024 saylı cavab məktubu da təsdiq etmişdir. Belə ki, məktubda da qeyd edilir ki, Mərkəzin arxivində saxlanılan xx.xx.1999-cu il tarixli 74 saylı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının Qərarının özü deyil, qərardan çıxarışdır. Həmin qərardan çıxarış "Ərəgit" kəndli fermer təsərrüfatına (Ərəgit, Namazgah və Bağəli kəndlərinə) aiddir. Eyni zamanda cavab məktubunda arxivdə saxlanılan İsmayıllı rayonunun Lahic qəsəbəsi üzrə həyatyanı torpaq sahəsinə dair subyektlərin siyasında Xalid Əlimərdanovun adı mövcuddur. Həmin siyahıda qanuni həyətyanı torpaq sahəsi 0,02 ha göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKRPHŞ 9 saylı Qəbələ ərazi idarəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair X14 da mərhumun soyadının texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarına uyğun olaraq İsmayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223.9 kv.m. torpaq sahəsinin planı tərtib edilmiş X21 kitabında mərhum Əlimərdanov (Şıxıyev) Xalidin adına Azərbaycan Respublikası Dövlət X8 Elm-İstehsalat Markazi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdanov Xalidin 2713 nömrə ilə uçota alınaraq verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahasinin plan va ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını tanımaqla kadastrda müvafiq düzəlişlər apararaq onun adına mülkiyyət hüquqlarını qeydə alınmasını xahiş edilmişdir. DƏDKRPHŞ 9 saylı Qəbələ ərazi idarəsi cavab olaraq bildirmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin əsli, akt, vərəsəlik məktubu və şəxsiyyət vəqəsi ilə birlikdə İsmayıllı rayon şöbəsinə müraciət etməklə daşınmaz əmlak qeydiyyata alına bilər. Qəbələ Ərazi İdarəsinin cavab məktubuna müvafiq olaraq vərəsəlik məktubu alınması ilə bağlı müvafiq olaraq İsmayıllı Rayon Notariat Ofisinə müraciət etdikdən sonra Notariat Ofisinin 20 noyabr 2024-cü il tarixli imtina məktubu ilə izah edilmişdir ki, ölüm haqqında şəhadətnamədə və nikah haqqında arayışda Şıxıyev Xalid Abtalıb oğlu olması müəyyən edildiyindən torpağa dair hüquqmüəyyənedici sənəddə Əlimərdanov soyadının Şıxıγeν soyadı ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət edilməlidir. Eyni zamanda bildirilir ki, mərhum Şıxıyev Xalid Abtalıb oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X21 və Monitorinqi Elm- İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması və atasından miras qalan, İsmayıllı rayonun Lahic qəsəbəsində yerləşən əmlakı qəbul etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İsmayıllı rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, İsmayıllı rayon Lahıc qəsəbə sakini olmuş, X15 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, İsmayıllı rayonunun Lahic qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və Azərbaycan Respublikası X21 və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktı müəyyən edilmişdir. Lakin sonradan maraqlı şəxslər X10 və X12 tərəfindən sözü gedən qətnamədən verdikləri apellyasiya və kassasiya şikayətləri əsasında yekun nəticə olaraq yuxarı instansiya məhkəmələrin gəldiyi gənaətə görə çıxarılmış qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər X10 və X7 işə baxılmasında cəlb olunmadıqları səbəbindən İsmayıllı rayon Məhkəməsinin 2(037)-160/2011 saylı 18 may 2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarı əsasında Azərbaycan Respublikası X21 və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsündə yazılmış Əlimərdanov Xalid adının və soyadının Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasının müəyyən edilməsi qanunvericiliyə əsasən yalnız məhkəmə qaydasında tanınmalıdır. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKRPHS 9 saylı Qəbələ ərazi idarəsinə təkrar ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair X14 da ərimin (atamın) soyadının texniki səhv olaraq "Şıxıyev" əvəzinə "Əlimərdanov" yazılması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 74 saylı qərarına uyğun olaraq İsmayıllı rayonu Lahıc kəndində fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulan 223 9 kv.m. torpaq sahəsinin planı tərtib edilmiş X21 kitabında mərhum ǝrim(atam) Əlimərdanov (Şıxıyev) Xalidin adına Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr va Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən xx.xx.2010-cu il tarixdə Əlimərdanov Xalidin 2713 nömrə ilə uçota alınaraq verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı va ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını nəzərə alaraq müvafiq düzəliş edilməsini xahiş etsələr də DƏDKRPHŞ 9 saylı Qəbələ ərazi idarəsindən müvafiq məktubla torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətinə aid olmaması və məhkəmə orqanlarına müraciət edilməsi bildirilmişdir. Bu fakt məhkəmə qaydasında müəyyən edilmədiyinə görə Şıxıyev Xalid Abtalıb oğlundan miras qalmış daşınmaz əmlakı adlarına rəsmiləşdirə bilmirlər. Ona görə də ərizənin təmin olunaraq 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ərizəçi1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndəsi və vəkili işə ərizəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi1 iştirakı olmadan baxılmasını qərara almışdır. Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, Xali Şıxıyev tərəfindən verilmiş ərizənin mirasın qəbul olunması ilə bağlı hissəsindən digər şəxslər narazı olduqlarından şikayət vermişlər. Soyad səhvi ilə bağlı qətnamə heç kimin maraqlarına toxunmayıb. Buna baxmayaraq yuxarı instansiya məhkəmələri iddia tələbini baxılmamış saxlayıb. Hazırkı tələb yalnız soyad səhvinin düzəldilməsi ilə bağlıdır. Aqrar İslahat Komissiyasının qərarı qüvvədən düşə bilməz. Aparılmış araşdırmalar da bunu təsdiq edir və həmin sənədin qüvvədən düşməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr va Monitorinqi Elm-İstehsalat Mərkəzi məlumat verməmişdir. Ona görə də 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, atasının soyadı Şıxıyev olmuşdur. Əlimərdanov soyadı ana babasının soyadıdır. Sənədlərdə səhvən atasının soyadı ana babasının soyadına uyğun yazılmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. X22 İsmayıllı rayonun Lahıc qəsəbəsində qonşuluqda yaşamışlar. Həmin yerdə onlara məxsus iki mərtəbəli ev olub, birinci mərtəbədə misgər dükanı olmuş, ikinci mərtəbədə isə Xalid Şıxıyev ailəsi ilə birlikdə yaşamışdır. Əlimərdanov soyadlı şəxslər qəsəbədə yaşamışlar və onlar Xalidin qohumları olmuşdur. Sözügedən torpaq sahəsinə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını təsdiq edir. X5 X2 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin atası Şıxıyev Xalid Abtalıb oğluna məxsus olmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 avqust 2010-cu il tarixli arayəşdan görünür ki, Lahıc QİN və İsmayıllı rayon Qeydiyyat şöbəsində 1937-1955-ci illər üzrə yoxlama aparılmış, lakin Şıxıyev Xalid Abtalıb oğlunun doğum akt qeydi tapılmamışdır. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli çıxarışdan görünür ki, X13 ilə X16 arasında 23 sentyabr 1966-cı il tarixli 41 nömrəli nikah akt qeydi tərtib olunmuş, nikahdan sonra ərə Şıxıyev, arvada Şıxıyeva soyadı verilmişdir. - 23 iyul 2010-cu il tarixli aktdan görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində Şıxıyev Abtalıb Canbaxış oğlundan qalmış mirasa oğlu mərhumun oğlu Şıxıyev Xalid Abtalıb oğlu sahiblik edir. Çox adam Xalidi Əlimərdanov soyadı ilə tanıyır. Ona görə də torpaq islahatları apararkən Şıxıyev Xalid Abtalıb oğlunun soyadı Əlimərdanov yazılmışdır. - 011767 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi1 Əlabbas qızına 25 aprel 2024-cü il tarixdə şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli AZ-İ 926479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şıxıyev Xalid Abtalıb oğlu 24 fevral 2018-ci il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Lahıc QİN və İsmayıllı rayon Qeydiyyat şöbəsində 1936-1945-ci illər üzrə yoxlama aparılmış, Şıxıyev Abtalıb Canbaxış oğlu ilə X1 nikah akt qeydi tapılmamışdır. - 16 aprel 1999-cu il tarixli çıxarışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 77 saylı iclas protokolunun surətindən görünür ki, Ərəgit kəndli /fermer/ təsərrüfatının Aqrar İslahat Komissiyasının 28 yanvar 1999-cu il tarixli 02 saylı protokolu təsdiq edilmişdir. - İsmayıllı rayonun Lahıc qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair 25 may 2005-ci il və 28 aprel 2009-cu il tarixli cədvəllərin surətlərindən görünür ki, Xalid Əlimərdanov adlı şəxsin istifadəsinə 0,0224 ha ümumi torpaq sahəsi verilmişdir ki, onun da 0,02 ha hissəsi həyətyanı torpaq sahəsidir. - Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 3683 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən müəyyən edilir ki, sənəddə mülkiyyətçinin soyad və adı Əlimərdanov Xalid kimi qeyd olunmuşdur. - İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 3-48- 23RA/2-Ş/6-87/2024 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 170 nömrəli arxiv fondunda saxlanan 1937-ci illərə dair doğum aktlarının qeydi kitabında Şıxıyev Xalid Abtalıb oğlunun təvəllüdü 31 avqust 1937-ci il kimi qeyd olunmuşdur. - İsmayıllı Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(037)-160 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbə sakini olmuş, X15 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, İsmayıllı rayonun Lahəc qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 09 mart 2010-cu il tarixdə Əlimərdanov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktlarının müəyyən edilməsi qət olunmuşdur. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2014-cü il tarixli qərardadının surətindən görünür ki, ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-543/15 saylı qərarının surətindən görünür ki, ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1020/2014 nömrli iş üzrə 26 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” X9 tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 3-21-3-60/2-2209/2024 saylı cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan xx.xx.1999-cu il tarixli 74 saylı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının Qərarının özü deyil, qərardan çıxarışdır. Həmin qərardan çıxarış "Ərəgit" kəndli fermer təsərrüfatına (Ərəgit, Namazgah və Bağəli kəndlərinə) aiddir. Eyni zamanda cavab məktubunda arxivdə saxlanılan İsmayıllı rayonunun Lahic qəsəbəsi üzrə həyatyanı torpaq sahəsinə dair subyektlərin siyasında Xalid Əlimərdanovun adı mövcuddur. Həmin siyahıda qanuni həyətyanı torpaq sahəsi 0,02 ha göstərilmişdir. - İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 noyabr 2024-cü 3-48-23RA/2- 104/2024 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının əhaliyə bölünmüş əmlak payı haqda torpaq sanədləri, qərarları və s. Arxiv fonduna təhvil verilmədiyindən Əlimərdanov Xalidin adına verilmişİsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cu il tarixli 74 saylı qərarının və digər hüquqmüəyyənedici sənədlərin surətlərinin verilməsi mümkün olmamışdır. Arxiv fonduna təhvil verilməyən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının sənədlərinin harada olması barədə məlumat yoxdur. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 804 nömrəli məktubundan görünür ki, Ərizəçi1 xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri Şıxıyev Xalid Abtalıb oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, notariat ofisinə təqdim etdiyi sənədlərdə ərinin Şıxıyev Xalid Abtalıb oğlu olduğu müəyyən edilir. Lakin təqdim olunmuş İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 223.9 kv.m olan torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş "A" seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün Əlimərdanov Xalidin adına olması göstərildiyindən və uyğunsuzluq müəyyən edildiyindən qeyd olunan sənəddə iddia olunan miras əmlakın ərinə aid olmasının təsdiq edilməsi üçün müvafiq qaydada hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması izah edilmişdir. - Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 25 noyabr 2024-cü il tarixli 3-21-3-42/2-KOL-0xx-xx/2024 nömrəli məktubundan görünür ki, ərizəçilər A - 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə soyadın dəyişdirilməsi ilə bağlı müraciət etmiş, müraciətə cavab olaraq ərazi idarəsinin mülkiyyət hüququna dair sənədlərdə mülkiyyətçilərin ad və soyadlarında hər hansı dəyişiklik etmək hüququ yoxdur. Ərizəçilərə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli 3-21-3-42/2-284/2025 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan 09 mart 2010-cu il tarixli 2713 nömrə ilə uçota alınmış A seriyalı 220432 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə əsas olmuş torpaq payı almış subyektlərin siyahısı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində saxlanılır. A seriyalı 220432 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin ləğv edildiyi qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş 12 mart 2025ci il tarixli 3-21-3-60/2-654/2025 nömrəli məktubdan görünür ki, mərkəzin arxivində A seriyalı 220432 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin arxiv nüsxəsi və həmin sənədin qüvvədən düşməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cu il tarixli 74 nömrəli qərarına uyğun olaraq Əlimərdanov Xalidin mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün İsmayıllı rayonun Lahıc kəndi ərazisində 223,9 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi barədə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə mülkiyyətçinin soyadı Şıxıyev əvəzinə Əlimərdanov kimi yazılmışdır. Ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun müraciətinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli 2(037)-160 nömrəli qətnaməsi ilə İsmayıllı rayonu Lahıc qəsəbə sakini olmuş, X15 həlak olmuş Şıxıyev Abtalıb Canbaxış oğlundan miras qalmış, İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlakın oğlu Şıxıyev Xalid Abtalıb oğlu tərəfindən qəbul edilməsi və Azərbaycan Respublikası Dövlət Torpaq Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 09 mart 2010-cu il tarixdə Əlimərdanov Xalidin adına verilmiş “A” seriyalı 220432 nömrəli torpaq sahəsinin planı və ölçüsünün Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktlarının müəyyən edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2014-cü il tarixli qərardadı ilə ərizəçi Şıxıyev Xalid Abtalıb oğlunun torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-543/15 saylı qərarı ilə ərizəçi Xalid Şıxıyevin kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1020/2014 nömrli iş üzrə 26 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyət sənədində mülkiyyətçinin soyadının düzgün qeyd edilməməsi ərizəçilərin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına maneçilik törədir. Ərizəçilər “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədində yol verilmiş səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq səhvin düzəldilməsinin Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddə mülkiyyətçinin soyadının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərlə təsdiq olunur ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşamış mərhum Şıxıyev Xalid Abtalıb oğlunun adına həyətyanı torpaq sahəsinə dair sənəd hazırlanarkən soyadı qaynatasının soyadına uyğun Əlimərdanov soyadı ilə yazılmışdır. X27 sağlığında həmin torpaq sahəsinə dair mirasın qəbul edilməsi və göstərilən səhvin düzəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsi ərizəsini təmin etsə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən miras əmlakla bağlı mübahisə olduğundan ərizə baxılmamış saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Hazırda isə ərizəçilər yalnız 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Göründüyü kimi Xalid Şıxıyev tərəfindən verilmiş ərizənin mirasın qəbul olunması ilə bağlı hissəsindən digər şəxslər narazı olduqlarından şikayət verilmişdir. Qətnamənin soyad səhvi ilə bağlı hissəsi isə heç kimin maraqlarına toxunmur. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən alınmış 21 yanvar 2025-ci il tarixli 3-21-3-42/2- 284/2025 nömrəli sorğuya cavabda A seriyalı 220432 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin ləğv edildiyinə dair qeydin olması göstəriləsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən alınmış 12 mart 2025-ci il tarixli 3-21-3-60/2-654/2025 nömrəli sorğuya cavabda mərkəzin arxivində A seriyalı 220432 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənədin arxiv nüsxəsinin və həmin sənədin qüvvədən düşməsi barədə məlumatın aşkar edilmədiyi göstəilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikasınınnn “X24” Qanuunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi1 şəhid ailəsi olduğundan dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin Şıxıyev Xalid Abtalıb oğluna məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar