Məhkəmə qərarları › İş №2(037)-1151/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1151/2024

18.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1151/2024 18.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X16 qarşı “əmlak üzərində vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə 18 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Kürdüvan kəndində yerləşən mərhum X4 adına qeydə alınmış yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,1168 hektar torpaq sahəsi və onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən X8 adına qeyda alınmış 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və buraxılış ili 2006-cı il, dövlət qeydiyyat nişanı ** RM *** MİNİK markalı avtomobil ilə əlaqədar miras paylarının müəyyən edilməsi və həmin əmlaklar üzərində onun, X11,X12, X9 vərəsəlik hüququnun tanınması və miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,İsmayıllı rayon Kürdüvan kəndində yaşayır. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 1,3935 hektar təşkil edir. Oğlu X2 ərazisində yaşayış məntəqələrinin torpaqlarından 0,1168 hektar torpaq sahəsi ayrılmışdır. Oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Oğlunun adına qeydiyyat nömrəsi ** RM *** Vaz 2106 MİNİK markalı avtomaşın qeydə alınmışdır. Hal-hazırda gəlini Cavabdeh həmin torpaq sahəsindən və minik avtomobilindən istifadə etmir. Torpaq sahəsinin isə biri kənd təsərrüfatı təyinatlı, digəri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışda payçı kimi oğlu X18 da qeyd edilmişdir. Həmin torpaq sahəsindən ona 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi düşür.Torpaq sahəsi birgə nikah dövründə əldə olunduğuna görə həmin sahənin 0,17 hektarı gəlini Cavabdeh aiddir. Digər 0,17 hektarı isə onlara birlikdə onun da vərəsəlik payı vardır. Birinci dərəcə vərəsələr o, arvadə X20,nəvələri X21 və X14r. Digər 0,17 hektar torpaq sahəsindən qızları ilə birlikdə ona 0,102 hektar torpaq sahəsi düşür. Ümumilikdə həmin torpaq sahəsindən 0,272 hektar Cavabdeh payıdır. X3 0,1168 hektar torpaq sahəsi miras qalmışdır.Həmin torpaq sahəsi 5 nəfər vərəsə arasında bölünməlidir.Qeyd olunan torpaq sahəsindən Cavabdeh 0.07 hektar torpaq sahəsi düşür. Qeyd edir ki, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. X3 həmçinin buraxılış ili 2016-ci il dövlət qeydiyyat nişanı ** RM ***, VAZ 2106 minik markalı avtomobil miras qalmışdır. Hesab edir ki,həmin avtomobil qiymətləndirilməli və hər bir vərəsəyə düşən pay ayrılmalıdır. O, həm torpaq sahəsi,həm də avtomobil ilə əlaqədar olan məsələlərin ekspertiza yolu ilə qiymətləndirilməsi və həmin qiymətə uyğun olaraq gəlini Cavabdeh kompensassiya ödəmək istəyir. Azərbaycan Respublikası MM-in 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin.Həmin Məcəllənin 1282.2-ci maddəsinə görə bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. Həmin Məcəllənin 1238-ci maddəsinə əsasən əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilir.Həmin Məcəllənin 1284-cü maddəsinə əsasən, torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq kompensassiya alır. Onun adına olan torpaq sahəsində Cavabdeh 0.27 ha torpaq sahəsi düşür ki, həmin torpaq sahəsinə hər sotun qiymətini kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə və İsmayıllı rayon Kürdüvan kəndi ərazisində torpaq sahəsinin hər hektarının bazar qiyməti 300 manat hesablanarsa, həmin torpaq sahəsinə görə 300 manat kompenssasiya, həyətyanı torpaq sahəsindən 0.07 ha torpaq sahəsi düşdüyünə görə həmin torpaq sahəsinə görə də 500 manat kompensassiya ödəmək istəyir. Ümumilikdə torpaq sahəsinə görə 800 manat, avtomobilin birgə nigah dövründə əldə edildiyini nəzərə alaraq, müəyyənləşdiriləcək qiymətin yarısını ona ödəmək istəyir. Minik avtomobili 2006-cı ilin buraxılışıdır, köhnə avtomobildir, hal-hazırda bazar qiymati 3000 manat qiymətləndirilir. Həmin avtomobilə görə 1500 manat kompensasiya ödəmək istəyir.Ona görə də İsmayıllı rayon Kürdüvan kəndində yerləşən X8 adına qeydə alınmış yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,1168 ha torpaq sahəsi və onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən X8 adına qeydə alınmış 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və buraxılış ili 2006-cı il, dövlət qeydiyyat nişanı ** RM *** MİNİK markalı avtomobil ilə əlaqədar miras payların müəyyən edilməsi və həmin əmlaklar üzərində onun, X11, X12 və X9 vərəsəlik hüququnun tanınması və miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin baxılmamış saxlanılmasına etiraz edərək işə mahiyəti üzrə baxılmasını tələb etdiyini bildirmişdir.Ona görə də məhkəmə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini qərara almışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ona qarşı irəli sürdüyü "əmlak üzərində vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan həmin ərizəyə öz etirazını bildirir. Belə ki, İddiaçı öz iddiasında bildirir ki, İsmayıllı rayonu Kürdüvan kəndində onlara torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi 1.3935 hektar təşkil edir. Oğlu X1 ərazisində yaşayış məntəqələrinin torpaqlarından 0,1168 ha torpaq sahəsi ayrılmışdır. Oğlunun adına qeydiyyat nömrəsi ** RM *** VAZ 2106 MİNİK markalı avtomaşın qeydə alınmışdır. Halhazırda gəlini Cavabdeh həmin torpaq sahəsindən və minik avtomobilindən istifadə etmir. Torpaq isə biri kənd təsərrüfatı təyinatlı, digəri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. Qeyd edir ki, həyat yoldaşı X18 xx.xx.2023-cü ildə dünyasını dəyişmişdir.Bu barədə İsmayıllı rayon Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə xx.xx.2023-cü il, akt qeydlər kitabında 463 nömrə ilə qeyd edilmişdir. Mərhum həyat yoldaşı, X18 ilə birgə nikahlarından iki övladları xx.xx.2019-cu il təvəllüdlü X21 və xx.xx.2021-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. Hesab edir ki, qaynatası İddiaçı, onun həyat yoldaşı X8 dünyasını dəyişəndən sonra, onu və iki azyaşlı uşaqlarını evindən çıxartmaq və onu çöllərə buraxaraq, başını ondan və iki nəvələrindən qurtarmaq istəyir. Məlumat üçün bildirir ki, o və iki azyaşlı uşaqları, İsmayıllı rayonu Kürdüvan kəndi ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. O və iki qızları və mərhum həyat yoldaşı X18 həmin Kürdüvan kəndində fərdi yaşayış evində yaşamışlar. Onun və birgə nikahlarından olan iki övladları xx.xx.2019-cu il təvəllüdlü X21 və xx.xx.2021-ci il təvəllüdlü X9 yaşamaq üçün başqa evləri yoxdur.Bir ildir ki, o və iki uşaqları Ağsu rayonu Qaraqaşlı küçəsində kirayədə yaşaylar. Baba və nənədən onun uşaqlarına heç bir manat belə köməklik edilməyibdir. O, işləmir və heç bir yerdən gəliri yoxdur. Hesab edir ki, paylarının müəyyən olunması əsaslı və qərəzsiz olmamalıdır. Ona və mərhum həyat yoldaşı X8 payına düşən torpaq sahələri, mərhum həyat yoldaşı X8 adına olan, qeydiyyat nömrəsi ** RM *** Vaz 2106 MİNİK markalı avtomaşın onların olduğundan onlara verilməlidir. Hesab edir ki, artıq onun mərhum həyat yoldaşı X18 dünyasını dəyişmişdir. O və iki azyaşlı uşaqları qaynata İddiaçı ilə bir evdə yaşamışlar. Onlar özləri onu evdən pay almamaq üçün çıxartmışlar. Baba və nənə yardımına ehtiyacı olan öz nəvələrini evdən qovub çıxarır. Düşünür ki, baba İddiaçı və nənə X20, onun uşaqlarını yetkinlik yaşına çatanadək saxlamalıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, AZ-İİ № 383798 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023cü ilin 10 ayının 19 günündə 463 nömrə ilə qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********90 reyestr, ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışın sürətindən görünür ki, İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı,X20,X18 və X10 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********43 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın sürətindən görünür ki, İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Xankəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli 112 nömrəli arayışdan görünür ki, İsmayıllı RİHB-nın Xankəndi kənd İƏD üzrə nümayəndəliyinin Kürdüvan kənd sakini olmuş, 02 oktyabr 2023cü il tarixdə vəfat etmiş X8 vərəsələri atası İddiaçı,anası X20,arvadı Cavabdeh və qızları X21 və X15r. İşdə olan İsmayıllı RİHB-nın Xankəndi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2018-ci il tarixli AZ-İİ № 248527 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X18 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır.Ərə İsmayılov və arvada İsmayılova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin avqust ayının 30 günündə 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X7 şəhadətnaməsinin sürətindən görünür ki, buraxılış ili 2006, rəngi tünd yaşıl metalik, ban nömrəsi XTK**********4094, mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşın Ağsu RQİ və TBŞ tərəfindən xx.xx.2016-cı il tarixdə X8 adına qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X18 ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından iki uşaqları olmuşdur. X18 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən xüsusi mülkiyyətdə olan 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidən mərhum X8 payına düşən 1/4 hissəsi və buraxılış ili 2006, rəngi tünd yaşıl metalik, ban nömrəsi XTK**********4094,mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. X8 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X21, X19 və valideyinləri atası İddiaçı və anası X17r. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən xüsusi mülkiyyətdə olan 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidən mərhum X8 payına düşən 1/4 hissəsi və buraxılış ili 2006, rəngi tünd yaşıl metalik, ban nömrəsi XTK**********4094,mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşın miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır.Belə ki,vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X27 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1282.2-ci maddəsinə əsasən bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 1299.1-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2-ci maddəsinə əsasən əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, İddiaçı, Cavabdeh, üçüncü şəxs X20 və mərhumun uşaqları X21 və X19 mirasın açıldığı vaxt X8 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum X18 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh, uşaqları X21, X19 və valideyinləri atası İddiaçı və anası X20 ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçı və cavabdeh tərəf miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişlər. Ona görə də məhkəmə hesab edir ki, mərhum X8 birinci növbəli vərəsələri, arvadı, uşaqları, atası və anası ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. X18 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən ondan miras qalan İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən xüsusi mülkiyyətdə olan 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidən mərhum X8 payına düşən 1/4 hissəsi və Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016cı il tarixli X7 Şəhadətnaməsinə əsasən mərhum X8 mülkiyyətinə verilmiş, buraxılış ili 2006, rəngi tünd yaşıl metalik, ban nömrəsi XTK**********4094,mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakların mərhumun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X12, X9, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrıayrılıqda 1/5 hissədə paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli, xx.xx.2021ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 xüsusi mülkiyyətinə verilmiş 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X8 payına düşən 1/4 hissədən ibarət miras əmlakın və Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X7 Şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 mülkiyyətinə verilmiş, buraxılış ili 2006, rəngi tünd yaşıl metalik,ban nömrəsi XTK**********4094,mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X12, X9, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən xx.xx.2023cü il tarixdə vəfat etmiş mərhum X8 xüsusi mülkiyyətinə verilmiş 0.1168 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X12,X9, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, xx.xx.2023cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.3935 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X8 payına düşən 1/4 hissədən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X12,X9, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X7 Şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X8 mülkiyyətinə verilmiş, buraxılış ili 2006, rəngi tünd yaşıl metalik,ban nömrəsi XTK**********4094,mühərrik ******* olan, sedan tipli “VAZ 2106 MiNİK” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X12, X9, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar