Məhkəmə qərarları › İş №2(037)-1174/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1174/2022

11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1174/2022 11.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X13, X26, X9, X14, X20 və X19 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı Hüseyin əvəzinə Hüseyn, mülkiyyətçi X4 ata adı Cəmil, mülkiyyətçi X5 adı Zaməddin, mülkiyyətçi X2 və adı Nağıyev Mobil, mülkiyyətçi X15 adı Elvin kimi qeyd olunmuşdur. JN-194 Kod 40717018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və digər mülkiyyətçilərin soyad, ad və ata adlarında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X7 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı Elmin əvəzinə Elvin, atasının ata adı Hüseyin əvəzinə Hüseyn, anasının ata adı Cəlil əvəzinə Cəmil, qardaşının adı Zəməddin əvəzinə Zaməddin, digər qardaşının soyad və adı Salmanlı Elmir əvəzinə Nağıyev Mobil kimi qeyd olunmuşdur. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 və X12 X7 ilə eyni məzmunlu ifadə verərək JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 08 may 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 09572574 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 02 mart 20212-ci il tarixdə mülkiyyətçiyə X26 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16843803 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ASAN- Qəbələ tərəfindən 07 noyabr 2016-cı il tarixdə mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15781397 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Gədəbəy rayon Polis Şöbəsi tərəfindən 25 may 2016-cı il tarixdə mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 06254737 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 iyun 2008-ci il tarixdə mülkiyyətçiyə X20 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1583546 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X22 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2016-cı il tarixli AZ-İ 729930 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X13 03 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. И-СЛ 227992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X9 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. И-СЛ 446670 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. AZ-İİ 108119 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X20 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. V-СЛ 295171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X22 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi Hüseyn oğlu, X16, X26, X9, X17, X23 və X8 qeyd olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 05 may 2008-ci il tarixli 2(037)-107 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı rayonun Qalagah kənd sakini X18 doğum haqqında akt qeydi bərpa olunaraq müvafiq dəyişiklik edilməklə doğum haqqında bərpa akt qeydində soyadının Salmanlı, adının Elmir, ata adının Cavad, doğum tarixinin 31 mart 1981-ci il, doğum yerinin Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndi, atasının Ərizəçi Hüseyn oğlu və anasının X16 yazılması qət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli **********93 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0008 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi, X13, X26, X9, X14, X20 və X15 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı Hüseyn, mülkiyyətçi X4 ata adı Cəmil, mülkiyyətçi X5 adı Zaməddin, mülkiyyətçi X2 və adı Nağıyev Mobil, mülkiyyətçi X15 adı Elvin kimi qeyd olunmuşdur. Mülkiyyətçi X13 03 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adları düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X32 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adlarının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 1998-ci il tarixli JN-0008 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, X13, X26, X9, X14, X20 və X19 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar