Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1177/2022 11.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X38, Abdurahmanova (nikahdan sonra Kazımova) Aliyə Mürvələt qızı, Əbdurəhmanova (nikahdan sonra Nağıyeva) Gülmirə Mürvələt qızı, Abdurəhmanova (nikahdan sonra Babayeva) Xallı Murvalat qızı, X27, X28 və ona, JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X38, Abdurahmanova (nikahdan sonra Salmanova) Alidə Mürvələt qızı, Abdurahmanova (nikahdan sonra Kazımova) Aliyə Mürvələt qızı, Əbdurəhmanova (nikahdan sonra Nağıyeva) Gülmirə Mürvələt qızı, Abdurəhmanova (nikahdan sonra Babayeva) Xallı Murvalat qızı, X16 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi barədə tərtib olunmuş JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyad, ad və ata adı Ərizəçi əvəzinə X20, mülkiyyətçi X7, ad və ata adı X21, mülkiyyətçi X3 Əbdürrəhmanova, mülkiyyətçi X1 Əbdürrəhmanova, mülkiyyətçi X6, ad və ata adı X22, mülkiyyətçi X4 Əbdürrəhmanova kimi yazılmışdır. Bundan başqa ailə üzvləri ilə birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyad, ad və ata adı Ərizəçi əvəzinə X29, mülkiyyətçi X7, ad və ata adı X30, mülkiyyətçi X5 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X3 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X2, ad və ata adı X18, mülkiyyətçi X6, ad və ata adı X39, mülkiyyətçi X4 Abdurəhmanova, ata adı Mirvələd kimi qeyd olunmuşdur. Mülkiyyətçi X38 10 may 2018 –ci il tarixdə vəfat etmişdir. JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-194 Kod 40717018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və digər mülkiyyətçilərin soyad, ad və ata adlarında uyğunsuzluq olduğundan torpaq sahələrinə dair çıxarışlar ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X40 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Aparılan torpaq islahatları zamanı ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin soyad, ad və ata adı Ərizəçi əvəzinə X20, mülkiyyətçi X7, ad və ata adı X21, mülkiyyətçi X3 Əbdürrəhmanova, mülkiyyətçi X1 Əbdürrəhmanova, mülkiyyətçi X6, ad və ata adı X22, mülkiyyətçi X4 Əbdürrəhmanova, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyad, ad və ata adı Ərizəçi əvəzinə X29, mülkiyyətçi X7, ad və ata adı X30, mülkiyyətçi X5 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X3 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X2, ad və ata adı X18, mülkiyyətçi X6, ad və ata adı X39, mülkiyyətçi X4 Abdurəhmanova, ata adı Mirvələd kimi qeyd olunmuşdur. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X37 və X73 X40 ilə eyni məzmunlu ifadə verərək JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 03 oktyabr 2012-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2920792 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X62 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16529467 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 05 fevral 2018-ci il tarixdə mülkiyyətçiyə X52 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08514145 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 20 sentyabr 2011-ci il tarixdə mülkiyyətçiyə X46 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13593285 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 01 aprel 2013-cü il tarixdə mülkiyyətçiyə X63 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA3055446 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X27 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1096346 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X42 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş 17 may 2018-ci il tarixli AZ-İ 937492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X38 10 may 2018-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon VVAQ şöbəsi tərəfindən verilmiş 07 avqust 2000-ci il tarixli Vİİ-ЖГ 392847 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X70 ilə X31 arasında 07 avqust 2000-ci il tarixdə rəsmi nikah bağlanılmış, ərə Salmanov, arvada Salmanova soyadı verilmişdir. İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 23 may 2005-ci il tarixli AZ-İ 153277 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X71 ilə X32 arasında 23 may 2005-ci il tarixdə rəsmi nikah bağlanılmış, ərə Kazımov, arvada Kazımova soyadı verilmişdir. İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2007-ci il tarixli AZ-İ 347119 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X67 ilə X19 arasında 25 sentyabr 2007-ci il tarixdə rəsmi nikah bağlanılmış, ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 mart 2013-cü il tarixli AZ-İ 823386 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X64 ilə X33 arasında 16 mart 2013-cü il tarixdə rəsmi nikah bağlanılmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X23, X20, X24, X15, X22, X25 və X10 qeyd olunmuşdur. JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X30, X29, X34, X35, X18, X39 və X8 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli **********92 nömrəli məktubdan görünür ki, ərizəçi JN-194 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X38, Ərizəçi, X32, X19, X33, X27 və X26 birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi soyad, ad və ata adı X20, mülkiyyətçi X7, ad və ata adı X21, mülkiyyətçi X3 Əbdürrəhmanova, mülkiyyətçi X1 Əbdürrəhmanova, mülkiyyətçi X6, ad və ata adı X22, mülkiyyətçi X4 Əbdürrəhmanova kimi qeyd edilmişdir. Bundan başqa X38, Ərizəçi, X31, X32, X19, X33 və X13 birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi soyad, ad və ata adı X29, mülkiyyətçi X7, ad və ata adı X30, mülkiyyətçi X5 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X3 Abdurəhmanova, ata adı Mirvələd, mülkiyyətçi X2, ad və ata adı X18, mülkiyyətçi X6, ad və ata adı X39, mülkiyyətçi X4 Abdurəhmanova, ata adı Mirvələd kimi qeyd olunmuşdur. Mülkiyyətçi X31 07 avqust 2000-ci il tarixdə X70 ilə ailə quraraq Salmanova, mülkiyyətçi X32 23 may 2005-ci il tarixdə X71 ilə ailə quraraq Kazımova, mülkiyyətçi X19 25 sentyabr 2007-ci il tarixdə X67 ilə ailə quraraq Nağıyeva və mülkiyyətçi X33 16 mart 2013-cü il tarixdə X64 ilə ailə quraraq Babayeva soyadını götürmüşlər. Mülkiyyətçi X38 10 may 2018 –ci il tarixdə vəfat etmişdir. JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adları düzgün yazılmadığından ərizəçi torpaq sahələrinə dair çıxarışlar ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X85 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X45 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki və dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adlarının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 22 avqust 2002-ci il tarixli JN-043A Kod 40710018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X38, Ərizəçi, Abdurahmanova (nikahdan sonra Kazımova) Aliyə Mürvələt qızı, Əbdurəhmanova (nikahdan sonra Nağıyeva) Gülmirə Mürvələt qızı, Abdurəhmanova (nikahdan sonra Babayeva) Xallı Murvalat qızı, X27 və X28 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 1998-ci il tarixli JN-194 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X38, Ərizəçi, Abdurahmanova (nikahdan sonra Salmanova) Alidə Mürvələt qızı, Abdurahmanova (nikahdan sonra Kazımova) Aliyə Mürvələt qızı, Əbdurəhmanova (nikahdan sonra Nağıyeva) Gülmirə Mürvələt qızı, Abdurəhmanova (nikahdan sonra Babayeva) Xallı Murvalat qızı və X16 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1177/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1177/2022
11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver