Məhkəmə qərarları › İş №2(037)-1179/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1179/2023

04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1179/2023 04.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 9̇ saylı Qəbələ Ərazı̇ İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 ərizəni müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun ata adı “Məhəmməd” əvəzinə səhvən “Məmməd”, ərinin soyad, ad və ata adı “Ərizəçi1” əvəzinə səhvən “X8”, qızı “X5”nın ata adı səhvən “Şəfaqət” kimi yazılmışdır. X17 2008-ci ildə X3 ilə ailə quraraq ərinin soyadına uyğun Hacıyeva soyadını götürmüşdür. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yol verilmiş səhvlər mülkiyyətlərində olan torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun və digər ailə üzvlərinin ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərdə olan soyad, ad və ata adı ilə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin ərizəçilər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Ərizəçi1 və Ərizəçi3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 9̇ saylı Qəbələ Ərazı̇ İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 izahat verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Aparılan torpaq islahatı zamanı ərizəçilərin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 ad və ata adı səhvən Şəfaqət Möhtəb oğlu, mülkiyyətçi Ərizəçi2 ata adı səhvən Məmməd və mülkiyyətçi Ərizəçi3 ata adı səhvən Şəfaqət kimi yazılmışdır. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə məxsus olmasını təsdiq edir. Məhkəmə Ərizəçi2 izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1956-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi1dur. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində anadan olmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi2dır. - AZ-İ seriyalı 463899 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 arasında 19 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxx 1988-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş, Sumqayıt şəhərində yaşayan şəxs Ərizəçi3dır. - JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X6, Ərizəçi2 Məmməd qızı və X1 qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli 3-21-3-42/2-B-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-173F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. - İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 2212 nömrəli arayışdan görünür ki, JN-173F Kod 40719028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X6, Ərizəçi2 Məmməd qızı, X7 yazılmışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Hacıyeva (Baxışova) Könül Şərafət qızı yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, “X15 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında Ərizəçi2 izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına uyğun olaraq Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilmiş 0,1 hektar həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş 04 sentyabr 2006-cı il tarixli JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və və ata adı “Şəfaqət Möhtəb oğlu”, “Ərizəçi2”nın ata adı “Məmməd” və “X5”nın ata adı “Şəfaqət” kimi yazılmışdır. Mülkiyyətçi X5 19 dekabr 2008-ci il tarixdə X3 ilə rəsmi nikah bağlayaraq ərinin soyadına uyğun Hacıyeva soyadını götürmüşdür. JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və ata adının “Şəfaqət Möhtəb oğlu”, “Ərizəçi2”nın ata adının “Məmməd” və “X5”nın ata adının “Şəfaqət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və Baxışova (nikahdan sonra Hacıyeva) Könül Şərafət qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən 0,1 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 04 sentyabr 2006-cı il tarixli JN-173F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və ata adının “Şəfaqət Möhtəb oğlu”, “Ərizəçi2”nın ata adının “Məmməd” və “X5”nın ata adının “Şəfaqət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və Baxışova (nikahdan sonra Hacıyeva) Könül Şərafət qızı (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyənedilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar