Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1183/2022 26.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı Rayon İcra Hakı̇ mı̇ yyətinin yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanı maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə 09 sentyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1982-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qardaşı Bəhruz Dünyamalıyev 1982-ci ildə İsmayıllı rayonu, Vaşa kəndində anadan olmuşdur. Qardaşı ruhi xəstə olmaqla özünü idarə edə, hərəkətlərinin mənasını dərk edə bilmir. Qardaşı “orta dərəcəli əqli zəiflik” diaqnozu ilə İsmayıllı rayon X4 şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatdadır. Bu səbəbdən də qardaşı birinci dərəcə əlil olmaqla pensiya alır. Belə ki, qardaşı hazırda onun himayəsində yaşayır və ona bütün qulluğu o və ailəsi göstərir. Qardaşının kənar şəxslərin köməyinə ehtiyacı var. Qardaşının fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qaydasında təsdiq olunmadığından ona qəyyum və ya himayəçi təyin edilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin olunaraq, 1982-ci il təvəllüdlü qardaşı X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Ərizəçinin qardaşı Bəhruz Dünyamalıyev ruhi xəstə olmaqla özünü idarə edə, hərəkətlərinin mənasını dərk edə bilmir. Bəhruz Dünyamalıyev hazırda ərizəçinin himayəsində onlarla birlikdə yaşayır və ərizəçinin qardaşına bütün qulluğu onlar göstərirlər. Bəhruz Dünyamalıyevə kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi onun xalası oğludur. Xalası oğlu Bəhruz Dünyamalıyev ruhi xəstə olmaqla hazırda ərizəçinin himayəsində yaşayır. Bəhruz Dünyamalıyev kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: İsmayıllı RPŞ tərəfindən verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 yanvar 1982-ci il tarixdə İsmayıllı rayonu, Vaşa kəndində doğulmuş X1 şəhəri, İ.Bünyadov küçəsi, ev 18-də qeydiyyatdadır. 04 fevral 1982-ci il tarixli 459368 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə doğulmuş, atası X3, anası X6r. 11 iyun 1977-ci il tarixli, 433145 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə doğulmuş, atası X3, anası X6r. Xəstənin ambulator tibbi kartından çıxarışdan Bəhruz Dünyamalıyevin müxtəlif vaxtlarda müayinədən keçdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı rayon X10 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, xx-xx-1262/2022 saylı arayışından görünür ki, X5 xx.xx.1988-ci il tarixində İsmayıllı rayon X4 şöbəsinin “Ruhi-əsəb” kabinetində DZ:F71 “orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1183/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi (Sənədlər üzrə) Məhkəmə Psixiatrik Ekspertizasının 3013 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tibbi sənədlər əsasında aparılan (qiyabi) müayinə əsasında uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik diaqnozlu psixi pozuntu ilə əlaqədar xx.xx.1981-ci il təvəllüdlü X5 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Bəhruz Dünyamalıyev təqdim edilmiş tibbi sənədlərə görə onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik ilə əlaqədar səhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 3013 saylı, xx.xx.2022-ci il tarixli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1982-ci ildə İsmayıllı rayonun Vaşa kəndində anadan olmuş, İsmayıllı şəhəri, İ.Bünyadov küçəsi, ev 18-də yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1183/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1183/2022
26.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver