Məhkəmə qərarları › İş №2(037)-1196/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1196/2022

26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1196/2022 26.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN- 933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə JN-933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X9, X10, X2 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət Aktında onların ad, soyad və ata adı qeyd edilmişdir. Ərizəçi2 adı həmin vaxt “Siveta” olmasına baxmayaraq Dövlət aktında səhvən “Sveta” kimi, ata adı həmin vaxt “Sədi” olmasına baxmayaraq “Sadiq” kimi, Ərizəçi1 soyadı həmin vaxt “Zülfizadə” olmasına baxmayaraq “Zülfiyeva” kimi, adı “Rüfanə” olmasına baxmayaraq “Zülfiyyə” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Dövlət Aktında onların ad, soyad və ata adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət Aktında mülkiyyətçi kimi onların adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, onların şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki ad, soyad və ata adı ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət Aktında qeyd edilən ad, soyad və ata adının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edirlər. Ərizəçilər ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə iştirakları olmadan baxılmasını və müvafiq qərarın qəbul olunmasını xahiş etmişlər. Məhkəmə işə ərizəçilərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Ərizəçi2 anası, Ərizəçi1 isə qardaşı qızıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında JN-933 Kod 40719028 saylı Dövlət aktına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,01 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Dövlət aktında anası Ərizəçi2 adı həmin vaxt “Siveta” olmasına baxmayaraq Dövlət aktında səhvən “Sveta” kimi, ata adı həmin vaxt “Sədi” olmasına baxmayaraq “Sadiq” kimi, qardaşı qızı Ərizəçi1 soyadı həmin vaxt “Zülfizadə” olmasına baxmayaraq “Zülfiyeva” kimi, adı “Rüfanə” olmasına baxmayaraq Dövlət aktında səhvən “Zülfiyyə” kimi yazılmışdır. Məhkəmə şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1942ci il tarixdə Kürdəmir şəhərində doğulmuş Zülfiyeva X8 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, seriya AZE № 15024461 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş X1 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Zülfizadə X4 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli, AZ-İİ № 055690 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan JN-933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakinləri X12, X9, X10 və X2 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktı 11582 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Aktın bir nüsxəsi X7 verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli **********20 nömrəli məktubdan görünür ki, ərizəçi JN-933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında ad, soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad, soyad və ata adlarının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X15 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə JN-933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X9, X10, X2 mülkiyyətinə verilmişdir. Sözügedən Dövlət aktında Ərizəçi2 adı həmin vaxt “Siveta” olmasına baxmayaraq Dövlət aktında səhvən “Sveta” kimi, ata adı həmin vaxt “Sədi” olmasına baxmayaraq Dövlət aktında səhvən “Sadiq” kimi, digər Ərizəçi1 soyadı həmin vaxt “Zülfizadə” olmasına baxmayaraq Dövlət aktında səhvən “Zülfiyeva” kimi, adı həmin vaxt “Rüfanə” olmasına baxmayaraq Dövlət aktında səhvən “Zülfiyyə” kimi yazılmışdır. Həmin Dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12, X9, X10, X2 mülkiyyətinə verilməsinə dair JN- 933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi2 adının “Sveta”, ata adının “Sadiq” kimi, digər Ərizəçi1 isə soyadının “Zülfiyeva”, adının “Zülfiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X7 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZ-İİ № 055690 saylı ölüm haqqında şəhadətnamə), X5 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE № 15024461 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (Asan 4 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı əsasında İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1,01 hektar torpaq sahəsinin X12, X9, X10, X2 mülkiyyətinə verilməsinə dair JN-933 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi2 adının “Sveta”, ata adının “Sadiq” kimi, digər Ərizəçi1 isə soyadının “Zülfiyeva”, adının “Zülfiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X7 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZ-İİ № 055690 saylı ölüm haqqında şəhadətnamə), X5 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, AZE № 15024461 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (Asan 4 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar