Məhkəmə qərarları › İş №2(037)-121/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-121/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-121/2021 19.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********00500 nömrəli abonent koduna işlənmiş 3140 kub metr təbii qazın dəyəri 628 (altı yüz iyirmi səkkiz) manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 50 (əlli) manat məbləğinin geri qaytarılması və dəyişdirilmiş qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 27 aprel 2017-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacından sızma aşkar edilmiş və həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı imzalamışdır. xx xxx 2017-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları sayğaca yenidən baxış keçirmişlər, sayğac növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə açılaraq götürülmüş, əvəzində başqa qaz sayğacı quraşdırılmışdır. Bu barədə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Aktı imzalamışdır. Evlərində kombi istilik sistemindən istifadə edir. Qış mövsümündə hər ay 100-150 manat məbləğində qaz pulu ödəyir. Bəzən qaz pulunu tam şəkildə ödəyə bilmədiyindən növbəti aylara borcu qalır. Cavabdeh tərəfindən onlara verilmiş bildirişdə göstərilən məbləği də qaz pulu borcu kimi bilmişdir. xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evin qaz xəttinə smart tipli qaz sayğacı quraşdırılmışdır. Hər dəfə karta pul yüklədikdə həmin pulun yarısının silindiyini görmüşdür. Bundan sonra cavabdeh təşkilata müraciət etmiş, abonent koduna sayğaca müdaxilə nəticəsində itirilmiş qazın dəyəri kimi 628 manat borc vurulduğunu öyrənmişdir. Bununla bağlı araşdırma aparakən ona bildirilmişdir ki, xx xxx 2017-ci il tarixdə qaz xəttindən açılmış ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın qurğuşun plombunun kəsici alətlə kəsildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 3140 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın 628 manat dəyərinin və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Qaz sayğacının dəyərindən xx xxxxxx 2018-ci il tarixdə 50 manat ödəniş etmişdir. “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı o, imzalamamışdır. Bu barədə tərtib olunmuş sənədlər onun verilməmiş, sonradan da onun ünvanına göndərilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etmək mümkün deyildir. İtirilmiş qazın dəyəri kimi ona 628 manat borc hesablandığını xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evin qaz xəttinə smart tipli qaz sayğacı quraşdırıldıqdan sonra bilmişdir. Bundan sonra o, X5 şifahi müraciət etsə də borcun silinməsi təmin edilməmişdir. 2016-ci ildə xəstələnmiş və insult keçirmişdir. Uzun müddət yataq xəstəsi olduğundan bu işlə məşğul ola bilməmişdir. Hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir və müalicəsini davam etdirir. Cavabdeh təşkilata müraciət etdikdə ondan itirilmiş qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəməyə müraciət etmək üçün lazımı sənədləri əldə etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə X7 İstismar İdarəsinə müraciət etmiş və bundan sonra aktları və qərarı əldə etmişdir. Hazırkı tələblə məhkəməyə qanunla müəyyən olunmuş müddət ərzində müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 628 manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 50 manat məbləğinin geri qaytarılması və qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun anasıdır. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Qış mövsümündə istifadə etdikləri təbii qazın dəyərini tam ödəyə bilmədiklərindən növbəti aylara qaz pulu borcları qalırdı. İki il ərzində qaz sayğacları iki dəfə dəyişdirilmişdir. Abonent koduna vurulmuş borcu qaz pulu borcu kimi qəbul etmişlər. 2018-ci ilin dekabr ayında smart tipli sayğac qoyulduqdan sonra karta yüklədikləri pulun yarısı silindiyindən onlara məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən abonent kodlarına itirilmiş qazın dəyəri kimi 628 manat borc vurulmuşdur. Borcun silinməsi ilə bağlı o və anası dəfələrlə X5 müraciət etsələr də nəticəsi olmamışdır. Anası qəfil xəstələnmiş və insult keçirərək uzun müddət yataq xəstəsi olmuşdur. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxx 2017-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmış, sayğacda qaz sızması aşkar edilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3140 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2018-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 50 (əlli) manat məbləğində vəsait ödənilmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində yeni nəsil qaz sayğacı quraşdırılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. xx xxxxxx 2018-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, istifadə edilmiş təbii qaza görə debitor borcun və dəymiş ziyan məbləğinin ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı abonent koduna akt üzrə vurulmuş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin ona verilməsini X7 İstismar İdarəsindən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının istifadəsində olmuş qaz sayğacına müdaxilə diaqnozu qoyulmuş və itirlmiş təbii qazın bərpası üçün abonentə xx xxxx 2017-ci il tarixdə ******* nömrəli dəymiş ziyan aktı tərtib olunaraq 3140 m3 hesabat aparılmışdır. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2017-ci ilin iyun ayının sonuna iddiaçının **********00500 nömrəli abonent koduna akt üzrə 628 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 27 aprel 2017-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacından sızma aşkar edilmiş və həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. xx xxx 2017-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları sayğaca yenidən baxış keçirərək sayğac növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə açılaraq götürülmüşdür. Bu barədə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Aktı iddiaçı imzalamışdır. xx xxxxxx 2018-ci il tarixdə iddiaçının yaşadığı evin qaz xəttinə smart tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər dəfə karta yüklədiyi vəsaitin 50%-nin silindiyinin səbəbinin sayğaca müdaxilə nəticəsində 628 manat itirilmiş qazın dəyərindən silindiyini öyrənmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı cavabdeh təşkilata müraciət edərək müvafiq sənədləri əldə etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. xx xxx 2017-ci il tarixdə iddiaçının evinin qaz xəttindən açılmış ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın qurğuşun plombunun kəsici alətlə kəsildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 3140 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın 628 manat dəyərinin və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. İddiaçı qaz sayğacının dəyərindən xx xxxxxx 2018-ci il tarixdə 50 manat ödəniş etmişdir. “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı iddiaçı imzalamamışdır. İddiaçı tərtib olunmuş sənədlərin surətlərinin ona verilmədiyini və sonradan da ünvanına göndərilmədiyini bildirir. Bu barədə tərtib olunmuş sənədlərin iddiaçının ünvanına göndərilməsini təsdiq edən sübutlar da iş materiallarında yoxdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 628 manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 50 manat məbləğinin geri qaytarılması və dəyişdirilmiş qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, qısa müddət ərzində iddiaçıya məxsus qaz sayğacları bir neçə dəfə dəyişdirilmişdir. Dəyişdirilmiş qaz sayğacları üzrə tərtib olunmuş sənədləri iddiaçı imzalasa da müdaxilə olunduğu göstərilən ******* nömrəli sayğac çıxarıldıqdan və dövlət yoxlamasından keçirildikdən sonra “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı iddiaçı imzalamamışdır. Həmin sənədlər qanunla müəyyən olunmuş qaydada iddiaçıya təqdim olunmamışdır. İddiaçı cavabdeh təşkilatla xx xxxxxx 2018-ci il tarixdə borcun və ziyanın ödənilməsi ilə bağlı razılaşma protokolu imzalamışdır. İddiaçı qaz sayğacına vurduğu vəsaitin yarısının silindiyini 2018-ci ilin dekabr ayında yeni nəsil sayğac quraşdırıldıqdan sonra bildiyini, hüququnun bərpa olunması ilə bağlı şifahi müraciət etdiyini göstərir. İddiaçı 2016-ci ildə insult keçirərək uzun müddətli müalicə almağa məcbur olmuşdur. Hal-hazırda da həmin xəstəlikdən müalicəsini davam etdirir. İddiaçı hüququnun pozulduğunu 2018-ci ilin dekabr ayından sonra bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə rəsmi müraciət edərək müvafiq sənədləri əldə etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə hazırkı iddia müddətinin axımının iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başladığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 3140 kub metr itirilmiş təbii qazın dəyəri 628 manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 50 manat məbləğinin iddiaçıya qaytarılması və iddiaçının qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 234-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00500 nömrəli abonent koduna vurulmuş 3140 kub metr təbii qazın dəyəri 628 (altı yüz iyirmi səkkiz) manat debitor borc məbləği silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 50 (əlli) manat məbləği İddiaçı qaytarılsın. İddiaçı dəyişdirilmiş qaz sayğacının qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar