Məhkəmə qərarları › İş №2(037)-121/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-121/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-121/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 30 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının nənəsi X10 və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 nömrəli qərarı ilə 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-0012 Kod 40710048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona, atası X26, anası X13, qardaşı X43, qardaşı X27, bacısı Novruzova (nikahdan sonra Ələsgərova) Aynur Ağa qızına, qardaşı arvadı X14, qardaşı övladları X36, X24 və X22 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2022-ci il tarixli 131 saylı qərarına əsasən JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər X49, X16, X54, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktlarında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X2 adı həmin vaxt “Çimnaz” və ata adı “Sədulla” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Cəmilə” və ata adı “Sərulla” kimi yazılmışdır. Bundan əlavə anası X11 adı həmin vaxt “Mülayim” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Mulayim”, X38 ata adı həmin vaxt “Ağayeviç” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Ağa”, Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızının adı həmin vaxt “Güldənə” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Güldanə”, X25 adı həmin vaxt “Farid” və ata adı “Faiqoviç” olmasına baxmayaraq JN- 0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Fariz” və ata adı “Faiq” və X19 isə soyadı həmin vaxt “Novruzlu” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Novruzov” kimi yazılmışdır. Bu hal həmin torpaq sahələri üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktlarındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktlarında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktlarındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının nənəsi X10 və JN-0012 Kod 40710048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona, atası X26, anası X13, qardaşı X43, qardaşı X27, bacısı Novruzova (nikahdan sonra Ələsgərova) Aynur Ağa qızına, qardaşı arvadı X14, qardaşı övladları X36, X24 və X22 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X28 ifadə verərək göstərdi ki, Ərizəçi kəndçisidir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2022-ci il tarixli 131 saylı qərarına əsasən JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin nənəsi X7 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN- 0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X49, X16, X54, Ərizəçi, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 birgə mülkiyyətlərinə verilmişdir. X8 adı həmin vaxt “Çimnaz” və ata adı “Sədulla” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Cəmilə” və ata adı “Sərulla” kimi yazılmışdır. Bundan əlavə X11 adı həmin vaxt “Mülayim” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Mulayim”, X38 ata adı həmin vaxt “Ağayeviç” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Ağa”, Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızının adı həmin vaxt “Güldənə” olmasına baxmayaraq JN- 0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Güldanə”, X25 adı həmin vaxt “Farid” və ata adı “Faiqoviç” olmasına baxmayaraq JN- 0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Fariz” və ata adı “Faiq” və X19 isə soyadı həmin vaxt “Novruzlu” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Novruzov” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ №006510 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2001-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin avqust ayının 09 günündə 327 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AZ-İİ №003010 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X53 xx.xx.2019-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 04 ayının 19 günündə 64 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli,AZ-İ №965895 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 04 ayının 08 günündə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli,AZ-İ №147439 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2005-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin avqust ayının 25 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE №03526975 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1944-cü il tarixdə İsmayıllı rayonu, Uştal kəndində doğulmuş X5 rayonu, Uştalqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE №03526975 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1944-cü il tarixdə İsmayıllı rayonu, Uştal kəndində doğulmuş Novruzov X32 rayonu, Uştalqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE №08513649 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu,Uştalqışlaq kəndində doğulmuş X6 rayonu, Uştalqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, XVİİ ЖГ №395602 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayon Uştalqışlaq kəndində doğulmuşdur. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA1971119 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu,Uştalqışlaq kəndində doğulmuş X4 rayonu, İvanovka kəndində qeydiyyatdadır. İş materiallarında olan Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 60 18 459172 nömrəli pasportdan görünür ki, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası İsmayıllı rayon Uştalqışlaq kəndində doğulmuş X9 Federasiyasının vətəndaşlığını qəbul edilmişdir. İş materiallarında olan Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli 60 18 400205 nömrəli pasportdan görünür ki, xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası İsmayıllı rayon Uştalqışlaq kəndində doğulmuş X47 Rusiya Federasiyasının vətəndaşlığını qəbul edilmişdir. İş materiallarında olan JN-0014 Kod 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 29 aprel 2022-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayon Uştalqışlaq kənd sakini X7 mülkiyyətinə İsmayıllı rayonu, Uştalqışlaq kəndi ərazisindən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 128206 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-0012 Kod 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 29 aprel 2022-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayon Uştalqışlaq kənd sakinləri X49, X16, X54, Ərizəçi, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Uştalqışlaq kəndi ərazisindən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 128204 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X55 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2022-ci il tarixli 131 saylı qərarına əsasən JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Uştalqışlaq kəndində yerləşən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X49, X16, X54, Ərizəçi, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktlarında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. X8 adı həmin vaxt “Çimnaz” və ata adı “Sədulla” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Cəmilə” və ata adı “Sərulla” kimi yazılmışdır. Bundan əlavə X11 adı həmin vaxt “Mülayim” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Mulayim”, X38 ata adı həmin vaxt “Ağayeviç” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən ata adı “Ağa”, Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızının adı həmin vaxt “Güldənə” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Güldanə”, X25 adı həmin vaxt “Farid” və ata adı “Faiqoviç” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən adı “Fariz” və ata adı “Faiq” və X19 isə soyadı həmin vaxt “Novruzlu” olmasına baxmayaraq JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən soyadı “Novruzov” kimi yazılmışdır. X21 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 mülkiyyətinə verilməsinə dair JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Cəmilə” və ata adının “Sərulla” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZ-İ №147439 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN- 0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X49, X16, X54, Ərizəçi, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 mülkiyyətlərinə verilməsinə dair JN-0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X3 adının “Mulayim”, X38 ata adının “Ağa”, Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızının adının “Güldanə”,X25 adının “Fariz” və ata adının “Faiq” və X19 isə soyadının “Novruzov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X26 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE №03526975 saylı şəxsiyyət vəsiqəsi), X13 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AZ-İ№965895 saylı ölüm haqqında şəhadətnamə), X43 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AZ-İİ №003010 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), X27 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE №08513649 saylı şəxsiyyət vəsiqəsi), Novruzova (nikahdan sonra Ələsgərova) Aynur Ağa qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA1971119 saylı şəxsiyyət vəsiqəsi), Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızına (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ №006510 saylı ölüm haqqında şəhadətnamə),X36 (Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, 60 18 400205 nömrəli pasport), X24 (Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 60 18 459172 nömrəli pasport) və X22 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.1993-cü il tarixli, ХVН-ЖГ №395602 nömrəli doğum haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 mülkiyyətinə verilməsinə dair JN-0014 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X1 adının “Cəmilə” və ata adının “Sərulla” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZ-İ №147439 saylı ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 10.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X49, X16, X54, Ərizəçi, X50, X40, X17, Ərizəçi Faiq oğlu, X41 və X18 mülkiyyətlərinə verilməsinə dair JN-0012 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X3 adının “Mulayim”, X38 ata adının “Ağa”, Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızının adının “Güldanə”,X25 adının “Fariz” və ata adının “Faiq” və X19 isə soyadının “Novruzov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X26 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE №03526975 saylı şəxsiyyət vəsiqəsi), X13 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AZ- İ№965895 saylı ölüm haqqında şəhadətnamə), X43 (İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş,xx.xx.2019-cu il tarixli, AZ-İİ №003010 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), X27 (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE №08513649 saylı şəxsiyyət vəsiqəsi), Novruzova (nikahdan sonra Ələsgərova) Aynur Ağa qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2021-ci il tarixli, AA1971119 saylı şəxsiyyət vəsiqəsi), Novruzova (nikahdan sonra Aydınova) Güldənə Saday qızına (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ- İ №006510 saylı ölüm haqqında şəhadətnamə),X36 (Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, 60 18 400205 nömrəli pasport), X24 (Rusiya Federasiyası tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 60 18 459172 nömrəli pasport) və X22 (İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.1993-cü il tarixli, ХVН- ЖГ №395602 nömrəli doğum haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar