Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-124/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 30 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarı ilə ona və anası X3 (xx.xx.2022-ci il tarixdə vəfat etmişdir) İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.69 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin birgə mülkiyyətlərinə verilməsinə dair tərtib edilmiş JN-108 Kod 40725018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və anası X3, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 nömrəli qərarı ilə 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN-115A kod 40725018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Təzəkənd kəndində yerləşən 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və anası X2 birgə mülkiyyətlərinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və anasının, Şəhadətnamədə isə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Əli” olmasına baxmayaraq Dövlət Aktında və Şəhadətnamədə səhvən ata adı “Əlibala” kimi yazılmışdır. Bu hal həmin torpaq sahələri üzərində onun və digər mülkiyyətçinin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı və Şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında və Şəhadətnamədə mülkiyyətçi kimi onun ad, soyad və ata adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki ad, soyad və ata adı ilə Dövlət aktındakı və Şəhadətnamədəki ad, soyad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və anası X3 və Şəhadətnamənin isə ona məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ№ 006346 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002ci ilin aprel ayının 26 günündə 197 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1957-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində doğulmuş Qədirova X4 rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-108 Kod 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarı ilə İsmayıllı rayon Təzəkənd kənd sakinləri X5 və Ərizəçibala qızının birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 1063 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-115A Kod 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarı ilə İsmayıllı rayon Təzəkənd kənd sakini Ərizəçibala qızının mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisindən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 4343 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın -yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Təzəkənd kəndində yerləşən 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və Ərizəçibala qızının (ərizəçi) birgə mülkiyyətlərinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsi Ərizəçibala qızının (ərizəçi) mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında ərizəçinin və anasının, Şəhadətnamədə isə ərizəçinin ad, soyad və ata adı qeyd edilmişdir. Ərizəçi ata adı həmin vaxt “Əli” olmasına baxmayaraq Dövlət Aktında və Şəhadətnamədə səhvən ata adı “Əlibala” kimi yazılmışdır. X9 və Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçinin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 və Ərizəçibala qızının (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi ata adının “Əlibala” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ №006346 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsinin Ərizəçibala qızının (ərizəçi) mülkiyyətinə verilməsinə dair JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi ata adının “Əlibala” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Təzəkənd kəndində yerləşən 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 və Ərizəçibala qızının (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-108 KOD 40725018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi ata adının “Əlibala” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZ-İ №006346 saylı ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.08 hektar həyətyanı təyinatlı torpaq sahəsinin Ərizəçibala qızının (ərizəçi) mülkiyyətinə verilməsinə dair JN-115A KOD 40725018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi ata adının “Əlibala” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-124/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-124/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver