Məhkəmə qərarları › İş №2(037)-125/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-125/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-125/2023 25.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 25 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5, X12 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmn vaxt “Söyünalı” olmasına baxmayaraq səhvən “Söynalı”, qızının adı həmin vaxt “Aygül” olmasına baxmayaraq səhvən “Aygün”, qızının və oğlanlarının ata adı həmin vaxt “Hüseynalı” olmasına baxmayaraq səhvən “Söynalı” kimi yazılmışdır. X1 25 oktyabr 2011-ci il tarixdə X15 ilə ailə quraraq ərinin soyadına uyğun Mustafayeva soyadını götürmüşdür. Dövlət aktında onun və qızının adı, qızının və oğlanlarının ata adlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün qızı Aygül Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında onun və qızının adı, qızının və oğlanlarının ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki ad və ata adları ilə Dövlət aktındakı ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi4 digər Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Ərizəçi3 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Ərizəçi3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ərizəçilərin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında atası Ərizəçi1 adı səhvən Söynalı, qardaşı Ərizəçi2 ata adı Söynalı, bacısı Ərizəçi3 adı səhvən Aygün, ata adı Söynalı, qardaşı Ərizəçi4 ata adı səhvən Söynalı kimi yazılmışdır. Həmin dövlət aktının ərizəçilərə və digər ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 1954-cü il tarixli PЩ 215480 nömrli doğum haqqında şəhadətnamənin və İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 may 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxx 1954-cü il tarixdə Gücüstan Respublikası Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs Ərizəçi1dur. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2013-cü il tarixli AZE seriyalı 13884595 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31 avqust 1957-ci il tarixdə Gücüstan Respublikası Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs X4r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 fevral 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Gücüstan Respublikası Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs Ərizəçi2dur. İş materiallarında olan İV-TИ 366597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X6 adı doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İ 713706 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 arasında 25 oktyabr 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2017-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1981-ci il tarixdə Gücüstan Respublikası Dmanisi rayonunda doğulmuş, İsmayıllı rayonun Ruşan kəndində yaşayan şəxs Ərizəçi3dır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1982-ci il tarixdə doğulmuş şəxs Ərizəçi4dur. İş materiallarında olan İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06 iyul 2002-ci il tarixli AZ-İ 006461 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 05 iyul 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 10 avqust 1999-cu il tarixli JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X16 ğlu, X5, Ərizəçi2 Söynalı oğlu, X9, Ərizəçi4 Söynalı oğlu və X7 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli **********82 nömrəli məktubdan görünür ki, Ərizəçi3 JN-0194 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Ruşan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 368 nömrəli arayışdan görünür ki, JN-194 KOD 40721028 nömrəli dövlət aktında səhv olaraq X2 qeyd olmuşdur. Onun ad, soyad və ata adının düzgün yazılış qaydası Mustafayeva (Yaradanquliyeva) Aygül Hüseynalı qızı kimi təsdiqlənir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X25 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X17 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçilərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq Ərizəçi1, X5, Ərizəçi2, X6, Ərizəçi4 və X11 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 10 avqust 1999-cu il tarixli JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adı Söynalı, Ərizəçi2 ata adı Söynalı, X3 adı Aygün, ata adı Söynalı, Ərizəçi4 ata adı Söynalı kimi yazılmışdır. Mülkiyyətçi X6 25 oktyabr 2011-ci il tarixdə X15 ilə ailə quraraq ərinin soyadına uyğun Mustafayeva soyadını götürmüşdür. Digər mülkiyyətçi X18 05 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Dövlət aktında ad və ata adlarında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 10 avqust 1999-cu il tarixli JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adının Söynalı, Ərizəçi2 ata adının Söynalı, X3 adının Aygün, ata adının Söynalı, Ərizəçi4 ata adının Söynalı kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 may 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X5 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2013-cü il tarixli AZE seriyalı 13884595 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 fevral 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Yaradanquliyeva (nikahdan sonra Mustafayeva) Aygül Hüseynalı qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2017-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti) və X12 (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06 iyul 2002-ci il tarixli AZ-İ 006461 nömrəli ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən İsmayıllı rayonun Ruşan kəndində yerləşən 6,8 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Ərizəçi1, X5, Ərizəçi2, X6, Ərizəçi4 və X11 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 10 avqust 1999-cu il tarixli JN-194 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adının Söynalı, Ərizəçi2 ata adının Söynalı, X3 adının Aygün, ata adının Söynalı, Ərizəçi4 ata adının Söynalı kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 may 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), X5 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2013-cü il tarixli AZE seriyalı 13884595 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 fevral 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Yaradanquliyeva (nikahdan sonra Mustafayeva) Aygül Hüseynalı qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2017-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti) və X12 (İsmayıllı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06 iyul 2002-ci il tarixli AZ-İ 006461 nömrəli ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar