Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-126/2023 18.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı, Ərizəçi5 və Ərizəçi4 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 18 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı, Ərizəçi5 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında arvadının soyadı həmin vaxt “Rzayeva” olmasına baxmayaraq səhvən “Həsənova”, qızının soyadı həmin vaxt “Hüseynova” olmasına baxmayaraq səhvən “Həsənova”, oğlanlarının soyadları həmin vaxt “Hüseynov” olmasına baxmayaraq səhvən “Həsənov” kimi yazılmışdır. X3 08 iyun 2006-cı il tarixdə X11 ilə ailə quraraq ərinin soyadına uyğun Qasımova soyadını götürmüşdür. Dövlət aktında ailə üzvlərinin soyadlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçilərin soyadlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyadları ilə Dövlət aktındakı soyadları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi4 digər Ərizəçi1la eyniməzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 və Ərizəçi5 məhkəmə iclasına gəlməmişlər, rəsmi müraciət edərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2 və Ərizəçi5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər ərizəçi Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə ərizəçi Qasımova (Hüseynova) İlhamə Nəcəf qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə k, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1953-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, İsmayıllı rayonun Vəng kəndində yaşayan şəxs Ərizəçi1dur. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, İsmayıllı rayonun Vəng kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan İİİ-СЛ 350539 nömrəli 05 avqust 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 avqust 1981-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Axpradzor kəndində doğulmuş şəxs X8r. İş materiallarında olan AZ-İ 238796 nömrəli 08 iyun 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X10 arasında 08 iyun 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2016-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 avqust 1981-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, İsmayıllı rayonun Vəng kəndində yaşayan şəxs Ərizəçi3dır. İş materiallarında olan İV-СЛ 292816 nömrəli xx xxxxx 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin və ASAN 5 tərəfindən verilmiş 05 aprel 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan Y/M 1 döngə, ev 5-də yaşayan şəxs Ərizəçi5dur İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1987-ci il tarixdə doğulmuş şəxs Ərizəçi4dur. İş materiallarında olan JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi1, X9, X12, X13 və X4 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli **********39 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0042 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Ruşan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli 356 nömrəli arayışdan görünür ki, JN-0042, KOD 40721028 nömrəli dövlət aktında Ərizəçi2 soyadı səhvən Həsənova, Ərizəçi5 soyadı səhvən Həsənov, X1 səhvən Həsənov, X2 Həsənova kimi qeyd olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X21 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Xanlar Hüseynovun izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq Ərizəçi1, Ərizəçi2, X10, Ərizəçi5 və Ərizəçi4 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 17 avqust 1999-cu il tarixli JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyadı “Həsənova”, “X10”nın soyadı “Həsənova”, “Ərizəçi5”nun soyadı “Həsənov” və “Ərizəçi4”nun soyadı “Həsənov” kimi yazılmışdır. Mülkiyyətçi X10 08 iyun 2006-cı il tarixdə X11 ilə ailə quraraq ərinin soyadına uyğun Qasımova soyadını götürmüşdür. Dövlət aktında soyadlarda olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 17 avqust 1999-cu il tarixli JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyadının “Həsənova”, “X10”nın soyadının “Həsənova”, “Ərizəçi5”nun soyadının “Həsənov” və “Ərizəçi4”nun soyadının “Həsənov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2006-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi5 (ASAN 5 tərəfindən verilmiş 05 aprel 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi4 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən İsmayıllı rayonun Vəng kəndində yerləşən 5,72 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı, Ərizəçi5 və Ərizəçi4 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 17 avqust 1999cu il tarixli JN-0042 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi2”nın soyadının “Həsənova”, “X10”nın soyadının “Həsənova”, “Ərizəçi5”nun soyadının “Həsənov” və “Ərizəçi4”nun soyadının “Həsənov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Qasımova (Hüseynova) İlhamə Nəcəf qızı (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2006-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi5 (ASAN 5 tərəfindən verilmiş 05 aprel 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi4 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-126/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-126/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver