Məhkəmə qərarları › İş №2(037)-1260/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1260/2023

20.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1260/2023 20.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş X1 İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və torpaq sahəsində olan fərdi yaşayış sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul etdiyini vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan,geri qaytarılmalıdır. Belə ki, iddiaçı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi ilə, xüsusi icraat qaydasında aidiyyəti məhkəməyə müraciət etməli olduğu halda hazırkı tələbə cavab verməli şəxs olmayan (maraqlı şəxs) İsmayıllı rayon Notariat Ofisini cavabdeh qismində qeyd edərək tələbini iddia icraatı şəklində vermişdir. Eyni zamanda iddia ərizəsinin məzmununda qeyd edildiyi kimi, iddiaçı hüquqda (qanun üzrə vərəsəliyin tanınmasında) mübahisənin yaranmadığını qeyd etsə də, tələbini xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1,152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3,149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar