Məhkəmə qərarları › İş №2(037)-1262/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1262/2023

20.10.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1262/2023 20.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “notariat hərəkətindən şikayət” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan,geri qaytarılmalıdır. Belə ki, ərizəçi iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməli olduğu halda, həmin qaydada deyil, xüsusi icraat qaydasında İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində qeyd edərək ərizəsini notariat hərəkətindən şikayət formasında vermişdir. Eyni zamanda ərizəçinin ərizəsinin giriş hissəsi ilə xahiş edirəm hissəsi uyğunluq təşkil etmir. Belə ki, ərizənin xahiş edirəm hissəsində İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin ləğv edilməsi xahiş edilsə də, giriş hissəsində “notariat hərəkətlərindən şikayət” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1,152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə ərizəçinin Azərbaycan Respublikasının MPM-nin 445.0.6-cı maddəsinə istinad etməsinə hüquqi qiymət verərək qeyd edir ki, sözügedən maddənin aid olduğu fəsildən də görünür ki, həmin maddələrlə tənzimlənən hüquq münasibətləri məhz Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətini ehtiva edər.Belə olan təqdirdə hazırkı mübahisənin həllinə sözügedən maddənin tətbiqi istisna olunur. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3,149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “notariat hərəkətindən şikayət” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar