Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1262/2024 12.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı X13nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qızı X13 anadan gəlmə xəstədir, gəzmir, danışmır, sərbəst hərəkət edə bilmir. Nigar yataq şəraitindədir. Uzun illərdir müxtəlif xətəxanalarda müayinə olunmuş və müalicələr almışdır. Lakin qızının səhhətində yaxşılığa doğru heç bir inkişaf yoxdur. Nigar birinci dərəcəli əlildir və İsmayıllı RMX Poliklinika Şöbəsinin "Nevroloji" kabinetində "G80.0 kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici. Yuxarı və aşağı ətrafların ağır iflici" diaqnozu ilə qeydiyyatdadır. Qızına birinci qrup əlil kimi ömürlük pensiya təyin edilmişdir. Nigar özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən qızı X13nın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, bacısı X5 şahid qismində dindirilərək ərizəsinin təmin olunmsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 izahat verərək göstərdi ki, X13nın barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının qızı anadangəlmə xəstədir. Uzun illərdir müalicələr alsa da sağlamlığında yaxşılığa doğru dəyişiklik yoxdur. Nigar ərizəçinin himayəsində yaşayır və ona ərizəçi qulluq göstərir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ seriyalı 603120 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 17 sentyabr 2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuş şəxs X10r. X1 və Ərizəçidır. - VAA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1986-cı il tarixdə doğulmuş şəxs Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X13nın sağlamlıq vəziyyəti 11 noyabr 2022-ci il tarixdə qiymətləndirilərək ona “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici. Yuxarı və aşağı ətrafların ağır iflici. Spastik tetraplegiya, Yuxarı və aşağı ətrafların iflici aktiv hərəkət məhdudluğu” diaqnozu qoyulmuş, əmək zəmanətsizdir, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən 10 sentyabr 2024-cü il tarixdə verilmiş 18-1-47/2-Q- 8xx-xx-1299/24 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri Ə.Vahid küçəsi ev 1A-da yaşayan xx.xx.2006-cı il təvəllüdlü X2 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində “G80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici. Yuxarı və aşağı ətrafların ağır iflici” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 3108 nömrəli rəyindən görünür ki, X7 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Nigar Ağayeva öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X13 17 sentyabr 2006-cı il tarixdə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Nigar Ağayevanın sağlamlıq vəziyyəti 11 noyabr 2022-ci il tarixdə qiymətləndirilərək ona “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici. Yuxarı və aşağı ətrafların ağır iflici. Spastik tetraplegiya, Yuxarı və aşağı ətrafların iflici aktiv hərəkət məhdudluğu” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. X14 M.R.X-nın X3 “Nevroloji” kabinetində “G80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici. Yuxarı və aşağı ətrafların ağır iflici” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 3108 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X13 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nigar Ağayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X13nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 sentyabr 2006-cı il tarixdə doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1262/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1262/2024
12.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver