Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-127/2023 30.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Dadaşov Hüseyı̇ n Hasıl oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 9 Saylı Qəbələ Ərazı̇ İdarəsı̇ ni maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki işə 30 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Dadaşov Hüseyı̇ n Hasıl oğlu ərizə ilə məhkəməyə müraciət edərək, JN- 679A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin adlı siyahısında yazılmış qeydin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Dadaşov Hüseyı̇ n Hasıl oğlu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına uyğun olaraq ərizəçinin mülkiyyətinə 0.08 hektar torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-679A Kod 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin soyadı həmin vaxt “Dadaşov” olmasına baxmayaraq səhvən “Bağırov”, adı həmin vaxt “Hüseyin” olmasına baxmayaraq səhvən “Hüseyn”, ata adı həmin vaxt “Hasıl” olmasına baxmayaraq səhvən “Hasil” kimi yazılmışdır. Şəhadətnamədə ərizəçinin soyad, ad və ata adının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Şəhadətnamədə yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ərizəçiyə şəhadətnamədəki yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə ərizəçinin soyad, ad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Şəhadətnamədəki ərizəçinin soyad, ad və ata adındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamənin ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 9 Saylı Qəbələ Ərazı̇ İdarəsı̇ nə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 02 mart 2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1953-cü il tarixdə İsmayıllı rayonu Basqal kəndində doğulmuş Dadaşov Hüseyı̇ n Hasıl oğlu İsmayıllı İsmayıllı şəhəri, Q.Əsədov küçəsi, ev 41-də yaşayır. JN-679A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, ərizəçinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçinin soyad, ad və ata adı X1 qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 225 nömrəli arayışdan görünür ki, JN-679A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi soyadı səhvən “Bağırov” kimi yazılmışdır. Əslində Ərizəçi yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli **********29 nömrəli məktubdan görünür ki, ərizəçi JN-679A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə soyad, ad və ata adında səhvin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə soyad, ad və ata adının dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X5 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına uyğun olaraq X3 mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-679A Kod 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Dadaşov Hüseyı̇ n Hasıl oğlunun həmin vaxt “Dadaşov” olmasına baxmayaraq səhvən “Bağırov”, adı həmin vaxt “Hüseyin” olmasına baxmayaraq səhvən “Hüseyn”, ata adı həmin vaxt “Hasıl” olmasına baxmayaraq səhvən “Hasil” kimi yazılmışdır. Şəhadətnamədə ərizəçinin soyad, ad və ata adının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Bu səbəbdən də JN-679A Kod 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Dadaşov Hüseyı̇ n Hasıl oğlunun soyadının “Bağırov”, adının “Hüseyn”, ata adının “Hasil” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Dadaşov Hüseyı̇ n Hasıl oğluna (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayonu Basqal kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair JN-679A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçinin, yəni Dadaşov Hüseyı̇ n Hasıl oğlunun soyadının “Bağırov”, adının “Hüseyn”, ata adının “Hasil” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Dadaşov Hüseyı̇ n Hasıl oğluna (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-127/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-127/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver