Məhkəmə qərarları › İş №2(037)-1281/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1281/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1281/2023 01.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə 2(037)-1196/2023 nömrəli və İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbi barədə 2(037)- 1281/2023 nömrəli mülki işin materiallarını 01 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə m ü ə y y ə n e t d i: 2(037)-1196/2023 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, İvanovka kəndində yaşayan İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 1656.04 manat məbləğində borcun və ödənilmiş 36.97 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsinə dair iddia tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. 2(037)-1281/2023 nömrəli mülki iş üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən **********00890 nömrəli abonent koduna vurulmuş 12960 kub.metr təbii qazın dəyəri 1555.20 manat borc məbləğinin silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(037)-1196/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə və İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni əmlak mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbi barədə 2(037)-1196/2023 nömrəli və İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbi barədə 2(037)- 1281/2023 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-1196/2023 nömrəsi verilsin. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar