Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1283/2023 15.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi2, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 28 fevral 1999-cu il tarixli 72 nömrəli saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Niftaliyeva (nikahdan sonra Məmmədova) Elminaz Bayram qızı, X5 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 28 fevral 1999-cu il tarixli 72 nömrəli saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı səhvən Niftalıyev, ata adı səhvən Qəzənfər, arvadı Ərizəçi1 soyadı səhvən Niftalıyeva, ata adı səhvən Fətullah kimi yazılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yol verilmiş səhvlər həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün nümayəndəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi kimi onun və digər ərizəçinin soyad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvünün şəxsiyyət vəsiqəsindəki soyad və ata adı ilə JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan soyad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi1 məhkəmə iclasında Ərizəçi2 ilə eyni məzmunlu izahat verərək JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçilər onun valideynləridir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onun, valideynlərinin və bacısının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atası Ərizəçi2 soyadı Niftalıyev, ata adı Qəzənfər, anası Ərizəçi1 soyadı Niftalıyeva, ata adı Fətullah kimi yazılmışdır. Həmin şəhadətnamənin ona, ərizəçilərə və bacısına məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş - İİİ-ЖГ seriyalı 340514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X16 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. -İİİ-ЖГ seriyalı 363599 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X16 arasında 24 aprel 1984-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Nifdaliyev, arvada Nifdaliyeva soyadı verilmişdir. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1956-cı il tarixdə İsmayıllı rayonun Qalınçaq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalınçaq kəndində yaşayan şəxs Ərizəçi2dur. -AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1962ci il tarixdə Kürdəmir rayonun Qaracalı kəndində anadan olmuş, İsmayıllı rayonun Qalınçaq kəndində yaşayan şəxs Ərizəçi1dır. -AZE seriyalı 17240483 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14 yanvar 1989-cu il tarixdə İsmayıllı rayonun Qalınçaq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalınçaq kəndində yaşayan şəxs X6r. - Xİİ-ЖГ seriyalı 321712 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X7 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. -AZ-İ seriyalı 310616 nömrəli 29 may 2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X7 arasında 29 may 2007-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 14 yanvar 1987-ci il tarixdə İsmayıllı rayonun Qalınçaq kəndində anadan olmuş, Göyçay şəhəri Yuri Kovalyov küçəsində yaşayan şəxs X8r. - JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X9, X3, X10 və X2 qeyd olunmuşdur. -İsmayıllı rayon İHB-nın Qalınçaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli 512 nömrəli arayışdan görünür ki, JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən Ərizəçi2 ailə tərkibi düzgün olaraq aşağıdakı kimi olmuşdur: Ərizəçi2, Ərizəçi1, X13 və Niftaliyeva (Məmmədova) Elminaz Bayram qızı. Ərizəçi2 ailəsində X11 və X3 adlı şəxs olmayıb, halhazırda da yaşamır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli 3-21-3-42/2-N-0037-8/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN-266A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X27 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 nömrəli qərarına uyğun olaraq Ərizəçi2, Ərizəçi1, X7 və X4 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi “Ərizəçi2”nun soyadı “Niftalıyev”, ata adı “Qəzənfər”, mülkiyyətçi “Ərizəçi1”nın soyadı “Niftalıyeva”, ata adı “Fətullah” kimi yazılmışdır. Mülkiyyətçi X7 29 may 2007-ci il tarixdə X23 ilə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Məmmədova soyadını götürmüşdür. JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “Ərizəçi2”nun soyadının “Niftalıyev”, ata adının “Qəzənfər”, “Ərizəçi1”nın soyadının “Niftalıyeva”, ata adının “Fətullah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Niftaliyeva (nikahdan sonra Məmmədova) Elminaz Bayram qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) və X5 (AZE seriyalı 17240483 saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 nömrəli saylı qərarına əsasən İsmayıllı rayonun Qalınçaq kəndində yerləşən 0,17 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi2, Ərizəçi1, X7 və X4 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-266A nömrəli Kod 40712018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “Ərizəçi2”nun soyadının “Niftalıyev”, ata adının “Qəzənfər”, “Ərizəçi1”nın soyadının “Niftalıyeva”, ata adının “Fətullah” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi2 (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi), Niftaliyeva (nikahdan sonra Məmmədova) Elminaz Bayram qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi) və X5 (AZE seriyalı 17240483 saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1283/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1283/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver