Məhkəmə qərarları › İş №2(037)-1306/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1306/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1306/2023 27.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi1, Ərizəçi3 Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 04 iyun 1998-ci il tarixli 48 nömrəli qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin ailə üzvü ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “Ərizəçi1”nın soyad və adı səhvən “Ələsgərova Bağca”, mülkiyyətçi “Ərizəçi2”nun ata adı səhvən “Qorxmaz oğlu”, mülkiyyətçi “Ərizəçi3”nun ad və ata adı səhvən “Fuad Qorxmaz oğlu” və “Ərizəçi4”nun ad və ata adı səhvən “Rəvan Qorxmaz oğlu” kimi yazılmışdır. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçilərin soyad, ad və ata adlarında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Qeyd olunan səhvlərin düzəldilməsi ilə bağlı Ərizəçi1 aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəçilər “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçilərin soyad, ad və ata adlarındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin dövlət aktının ərizəçilərə və ailə üzvünə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi4 ərizənin məzmununa uyğun izahat verdilər və əlavə olaraq bildirdilər ki, onların ailəsində, qohumlarında Ərizəçi2 Qorxmaz oğlu, X8 və X6 adlı şəxslər olmayıb. Qorxmaz onların qonşusu, Fuadla Rəvan isə Qorxmazın övladlarıdır. İslahat zamanı səhvən onlara məxsus dövlət aktında qonşularının adı yazılmışdır. Qonşularının özlərinə aid torpaq sahələri və buna dair sənədləri vardır. JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9, Ərizəçi2 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş - İİ-ЖГ seriyalı 272290 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında 22 sentyabr 1979-cu il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağandıqdan sonra ərə Ələskərov, arvada Ələskərova soyadı verilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1959-cu il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində anadan olmuş, İsmayıllı Rayon Topçu kəndində yaşayan şəxs Ərizəçi1dır. - Vİİ-ЖГ seriyalı 363293 nömrəli doğum haqqında şəhadətnamənin, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxxx 1980-ci il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində anadan olmuş, İsmayıllı Rayon Topçu kəndində yaşayan şəxs Ərizəçi2dur. - Vİİİ-ЖГ seriyalı 382652 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxx 1982ci il tarixdə İsmayıllı rayonun Topçu kəndində anadan olmuş, İsmayıllı Rayon Topçu kəndində yaşayan şəxs Ərizəçi3dur. - İX-ЖГ seriyalı 435728 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonun Topçu kəndində anadan olmuş, İsmayıllı Rayon Topçu kəndində yaşayan şəxs Ərizəçi4dur. - AZ-İ seriyalı 862671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. - JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X9, X3, Ərizəçi2 Qorxmaz oğlu, X8 və X1 qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli 3-21-3-42/2-Ə-0029- 8/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0096 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. - İsmayıllı RİHB-nın Topçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 126 nömrəli arayışdan görünür ki, Topçu kənd İƏD-nin Topçu kənd sakini olmuş mərhum X9 05 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Vəfat edərkən Topçu kənd İƏD üzrə icra nümayəndəliyinə məxsus 04 saylı təsərrüfatbaşına kitabın 120-ci səhifəsində mərhumun ailə tərkibi aşağıdakı kimi olmuşdur: Arvadı: Ərizəçi1, oğlu: Ərizəçi2, oğlu: Ərizəçi3, oğlu: Ərizəçi4. “Torpağa mülkiyyətə verilməsinə dair” (İN-0096,KOD ********) dövlət aktında Ərizəçi1 texniki səhv olaraq X3, Ərizəçi2 texniki səhv olaraq Ərizəçi2 Qorxmaz oğlu, Ərizəçi3 texniki səhv olaraq X8, Ərizəçi4 texniki səhv olaraq X1 yazılmışdır. Düzgün yazılış Ərizəçi1 (AZE********), Ərizəçi2 (AA ********), Ərizəçi3 (AZE ********), Ərizəçi4 (AA 4531090). Təsərrüfatbaşına kitabda, ailədə, nümayəndəliyin ərazisində X4, Ərizəçi2 Qorxmaz oğlu, X8, X6 inisiallı şəxslər icra nümayəndəliyin ərazisində yoxdur və yaşamamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, “X18 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN- 0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli 48 nömrəli qərarına uyğun olaraq X9, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş 12 iyul 1999-cu il tarixli JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nın soyad və adı “Ələsgərova Bağca”, “Ərizəçi2”nun soyad, ad və ata adı “Ərizəçi2 Qorxmaz oğlu”, “Ərizəçi3”nun ad və ata adı “Fuad Qorxmaz oğlu” və “Ərizəçi4”nun ad və ata adı “Rəvan Qorxmaz oğlu” kimi yazılmışdır. Ərizəçilər izahatlarında, üzrə nümayəndəliyi arayışda ərizəçilərin ailəsində və nümayəndəliyin ərazisində X4, Ərizəçi2 Qorxmaz oğlu, X8, X6 inisiallı şəxslərin yaşamadığını göstərirlər. JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN- 0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nın soyad və adının “Ələsgərova Bağca”, “Ərizəçi2”nun soyad, ad və ata adının “Ərizəçi2 Qorxmaz oğlu”, “Ərizəçi3”nun ad və ata adının “Fuad Qorxmaz oğlu” və “Ərizəçi4”nun ad və ata adının “Rəvan Qorxmaz oğlu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (AZ-İ seriyalı 862671 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi4 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli 48 saylı qərarına əsasən İsmayıllı rayonun Topçu kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X9, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 12 iyul 1999-cu il tarixli JN-0096 Kod 40727018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nın soyad və adının “Ələsgərova Bağca”, “Ərizəçi2”nun soyad, ad və ata adının “Ərizəçi2 Qorxmaz oğlu”, “Ərizəçi3”nun ad və ata adının “Fuad Qorxmaz oğlu” və “Ərizəçi4”nun ad və ata adının “Rəvan Qorxmaz oğlu” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (AZ-İ seriyalı 862671 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi4 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar