Məhkəmə qərarları › İş №2(037)-131/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-131/2022

23.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-131/2022 23.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi), Ərizəçi3 (bundan sonra ikinci ərizəçi) və Ərizəçi2 (bundan sonra üçüncü ərizəçi) ərizə ilə müraciət edərək JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X5, X13, Mirzəliyeva (nikahdan sonra Əhmədova) Leyla Qurban qızı, Mirzəliyeva (nikahdan sonra Kərimova) Rəna Qurban qızı və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-281A Kod 40717018 olan “«Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Mirzalıyev” əvəzinə “Mirzəliyev”, oğlunun soyad, ad və ata adı “Ərizəçi3” əvəzinə “X7”, digər oğlunun isə adı “Elbrus” əvəzinə “Elburus” kimi qeyd olunmuşdur. X7 adlı övladları olmamışdır. Mülkiyyətçi Leyla Mirzəliyeva ailə quraraq Əhmədova, Rəna Mirzəliyeva isə ailə quraraq Kərimova soyadını götürmüşlər. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadında, oğlanlarının isə soyad və adında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Rais Mirzəliyev məhkəmə iclasının ikinci ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ikinci ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. İkinci ərizəçinin nümayəndəsi və üçüncü ərizəçi eyni məzmunlu izahat verərək JN- 281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara və ailə üzvlərinə məxsus olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 izahat verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərinin soyadı “Mirzalıyev” əvəzinə “Mirzəliyev”, oğlunun soyad, ad və ata adı “Ərizəçi3” əvəzinə “X7”, digər oğlunun isə adı “Elbrus” əvəzinə “Elburus” kimi yazılmışdır. X1 adlı övladları olmamışdır. Mülkiyyətçi Leyla Mirzəliyeva ailə quraraq Əhmədova, Rəna Mirzəliyeva isə ailə quraraq Kərimova soyadını götürmüşlər. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. A3 691303 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİ-ЖГ 455592 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİ-ЖГ 288992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi3 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Xİ-ЖГ 303383 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14377836 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 13 may 2014-cü il tarixdə mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2423716 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1865786 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X16 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 228921 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 2 iyun 2006-cı il tarixdə Sumqayıt şəhəri VVAQD şöbəsində nikah qeyd etdirməklə X22 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Əhmədova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Mirzəliyeva olmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar ASAN10 tərəfindən 20 fevral 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17092774 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 23 fevral 2017-ci il tarixdə mülkiyyətçiyə X19 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 752460 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 mart 2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə X17 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Kərimova soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Mirzəliyeva olmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 28 mart 2017-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, X5, X13, X10, Ərizəçi3, X11 və Ərizəçi2 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 soyadı Mirzəliyev, mülkiyyətçi Ərizəçi3 soyad, ad və ata adı X7, mülkiyyətçi Ərizəçi2 adı Elburus kimi qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Quşencə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli 504 nömrəli arayışından görünür ki, Ərizəçi1 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-281A Kod 40717018 olan şəhadətnamədə texniki səhv olaraq X6, X7, Ərizəçi2 yazılmışdır. Əslində isə Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 yazılmalıdır. X3 adında şəxs yaşamamışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli **********24 nömrəli məktubdan görünür ki, birinci ərizəçi JN- 281A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi1, X5, X13, X10, Ərizəçi3, X11 və Ərizəçi2 oğlunun birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 soyadı Mirzəliyev, mülkiyyətçi Ərizəçi3 soyad, ad və ata adı X7, mülkiyyətçi Ərizəçi2 adı Elburus kimi qeyd olunmuşdur. Mülkiyyətçi X10 2 iyun 2006-cı il tarixdə X22 ilə ailə quraraq Əhmədova, mülkiyyətçi X11 28 mart 2012-ci il tarixdə X17 ilə ailə quraraq Kərimova soyadını qəbul etmişdir. Ərizəçilər izahatlarında, şahid ifadəsində ailələrində X7 adlı şəxsin olmadığını göstərirlər. İş materiallarında olan sənədlərdə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X7 adının texniki səhv olaraq yazıldığı və həmin adlı şəxsin ailədə yaşamaması qeyd olunmuşdur. JN- 281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adında uyğunsuzluq olduğundan ərizəçilər torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı birinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X27 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi1 soyadının Mirzəliyev, mülkiyyətçi Ərizəçi3 soyad, ad və ata adının X7, mülkiyyətçi Ərizəçi2 adının Elburus kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 2 dekabr 2002-ci il tarixli JN-281A Kod 40717018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, X5, X13, Mirzəliyeva (nikahdan sonra Əhmədova) Leyla Qurban qızı, Ərizəçi3, Mirzəliyeva (nikahdan sonra Kərimova) Rəna Qurban qızı və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar