Məhkəmə qərarları › İş №2(037)-133/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-133/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-133/2023 27.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 27 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 24 avqust 1998-ci il tarixli 56 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, X23, X19, Zalova (nikahdan sonra Mahmudova) Günel Ramiz qızı, Zalova (nikahdan sonra Babayeva) Ülviyyə Ramiz qızı, X11 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 24 avqust 1998-ci il tarixli 56 saylı qərarına uyğun olaraq onun və ailə üzvünün birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt “Cəmilə” olmasına baxmayaraq səhvən “Cəmalə”, digər mülkiyyətçi “X23”nın adı həmin vaxt “Nazar” olmasına baxmayaraq səhvən “Nazər” kimi yazılmışdır. X7 17 avqust 2017-ci il tarixdə X8 ilə rəsmi nikah bağlayaraq Mahmudova soyadını, digər qızı X12 16 sentyabr 2009-cu il tarixdə X18 ilə rəsmi nikah bağlayaraq Babayeva soyadını götürmüşdür. Dövlət aktında onun və digər mülkiyyətçinin adlarının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində onun bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında onun və digər mülkiyyətçinin adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Dövlət aktındakı adlardakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş dövlət aktında anasının adı Nazar olduğu halda səhvən Nazər, arvadının adı Cəmilə olduğu halda səhvən Cəmalə kimi yazılmışdır. Onların ailəsində Nazər və Cəmalə adlı şəxslər olmamışdır. Həmin dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X4 şahid X19 ilə eyni məzmunlu ifadə verərək JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, ərizəçiyə X9 adı ilə doğum haqqında akt qeydiyyatı aparılmışdır. İş materiallarında olan İV-ЖГ 423511 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X9 arasında 09 noyabr 1987-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Zalov, arvada Zalova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1965-ci il tarixdə İsmayıllı rayonu Hacıhətəmli kəndində doğulmuş, İsmayıllı rayonun Bəhliyan kəndində yaşayan şəxs Ərizəçidır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 avqust 2012-ci il tarixli AZE seriyalı 09575879 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 iyun 1961-ci il tarixdə İsmayıllı rayonu Bəhliyan kəndində doğulmuş, İsmayıllı rayonun Bəhliyan kəndində yaşayan şəxs X13r. İş materiallarında olan AZ-İİ 203063 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X20 arasında 17 avqust 2017-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 may 1989-cu il tarixdə doğulmuş şəxs X6r. İş materiallarında olan AZ-İ 510806 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X12 arasında 16 sentyabr 2009-cu il tarixdə rəsmi nikah bağlanmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş 15 sentyabr 2015-ci il tarixli AZE seriyalı 15840273 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 avqust 1990-cı il tarixdə İsmayıllı rayonu Bəhliyan kəndində doğulmuş, Bakı şəhəri Nəsimi rayonu Tağızadə küçəsi ev 7, mənzil 141-də yaşayan şəxs X3r. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli AZE seriyalı 17846040 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 21 mart 1993-cü il tarixdə İsmayıllı rayonu Bəhliyan kəndində doğulmuş, İsmayıllı rayonun Bəhliyan kəndində yaşayan şəxs X14r. İş materiallarında olan V-ЖГ 336260 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 6 sentyabr 1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 269816 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 30 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 18 dekabr 1999-cu il tarixli JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X17, X24, X19, X15, X20, X12 və X5 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli **********14 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0017 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli 136 nömrəli arayışdan görünür ki, JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X24 yazılmışdır. X2 yazılmalıdır. İş materiallarında olan İsmayıllı RİHB-nın Keyvəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli 137 nömrəli arayışdan görünür ki, JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X15 yazılmışdır. Əslində Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X28 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarına uyğun olaraq X17, X23, X19, Ərizəçi, X20, X12 və X10 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0017 Kod 40713058 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X23”nın adı həmin vaxt “Nazar” olmasına baxmayaraq səhvən “Nazər” və “Ərizəçi”nın adı həmin vaxt “Cəmilə” olmasına baxmayaraq səhvən “Cəmalə” kimi yazılmışdır. Mülkiyyətçi X20 17 avqust 2017ci il tarixdə X8 ilə rəsmi nikah bağlayaraq Mahmudova soyadını, mülkiyyətçi X12 16 sentyabr 2009-cu il tarixdə X18 ilə rəsmi nikah bağlayaraq Babayeva soyadını götürmüşlər. Dövlət aktında adlarda olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0017 Kod 40713058 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X23”nın adının “Nazər” və “Ərizəçi”nın adının “Cəmalə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (V-ЖГ 336260 nömrəli ölüm haqqında şəhadətnamə), X23 (AZ-İ 269816 nömrəli ölüm haqqında şəhadətnamə), X19 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 avqust 2012-ci il tarixli AZE seriyalı 09575879 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Mahmudova) Günel Ramiz qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Zalova (nikahdan sonra Babayeva) Ülviyyə Ramiz qızı (ASAN 1 tərəfindən verilmiş 15 sentyabr 2015-ci il tarixli AZE seriyalı 15840273 saylı şəxsiyyət vəsiqəsi) və X11 (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli AZE seriyalı 17846040 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarına əsasən İsmayıllı rayonun Bəhliyan kəndində yerləşən 5,33 ha torpaq sahəsinin X17, X23, X19, Ərizəçi, Zalova (Mahmudova) Günel Ramiz qızı, Zalova ( Babayeva) Ülviyyə Ramiz qızı, X10 birgə mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN-0017 Kod 40713058 saylı “Torpağa mülkiyyət hüququna dair" dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi adının Cəmalə, X16 adının Nazər kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (V- ЖГ 336260 №- li ölüm haqqında şəhadətnamə), X23 (AZ-İ 269816 № -li ölüm haqqında şəhadətnamə), X19 (AZE ********), Ərizəçi (AZE ********), Zalova (Mahmudova) Günel Ramiz qızı (AA 0095480), Zalova (Babayeva) Ülviyyə Ramiz qızı (AZE ********) və X11 (AZE ********) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar