Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-134/2023 27.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-688A Kod 40719028 nömrəli Şəhadətnamənin və 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-793 Kod 40719028 nömrəli Dövlət aktının X11, Ərizəçi2, Ərizəçi1, X19 və X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-688A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında və Şəhadətnamədə onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Məmmədli” olmasına baxmayaraq Dövlət Aktında və Şəhadətnamədə səhvən soyadı “Məmmədov”, anası Ərizəçi2 adı həmin vaxt “Naibə” ata adı “Surxay” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Nibə”, ata adı isə “Mürxay” və mərhum atası X5 isə adı həmin vaxt “Elmidar” və ata adı Əlibaba olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Elmdar” Şəhadətnamədə isə səhvən adı “Eldar” və ata adı “Əlibala” kimi yazılmışdır. Bu hal həmin torpaq sahələri üzərində onun və digər mülkiyyətçinin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktı və Şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı və Şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında və Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı və Şəhadətnamədəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının və Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsdi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284829 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 11 ayının 23 günündə 481 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş Məmmədli X10 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV Qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə Saatlı, Krasnoselsk kəndində anadan olmuş Məmmədova X18 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV Qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,AA0032861 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş X3 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV Qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2587657 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1996-cı il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş X4 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-793 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakinləri X16, X22,X17,X19 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 1.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 11443 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan JN-688A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayon İsmayıllı kənd sakini X21, Ərizəçi2, X17, X19 və X9 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 13559 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın -yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16,X22, X17, X19 və X9 birgə mülkiyyətlərinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-688A Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsi X21, Ərizəçi2, X17, X19 və X9 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında və Şəhadətnamədə ərizəçilərin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçilər Ərizəçi1 soyadı həmin vaxt “Məmmədli” olmasına baxmayaraq Dövlət Aktında və Şəhadətnamədə səhvən soyadı “Məmmədov”, Ərizəçi2 adı həmin vaxt “Naibə” ata adı “Surxay” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Nibə”, ata adı isə “Mürxay” və digər mülkiyyətçi mərhum X5 isə adı həmin vaxt “Elmidar” və ata adı Əlibaba olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Elmdar” Şəhadətnamədə isə səhvən adı “Eldar” və ata adı “Əlibala” kimi yazılmışdır. X32 və Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 1.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16,X22, X17, X19 və X9 mülkiyyətlərinə verilməsinə dair JN-793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 adının “Elmdar”, Ərizəçi2 adının “Nibə” ata adının “Mürxay” və Ərizəçi1 soyadının “Məmmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284829 saylı ölüm haqqında şəhadətnamə), X13 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0032861 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2587657 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-688A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsinin X21, Ərizəçi2, X17, X19 və X9 mülkiyyətlərinə verilməsinə dair JN-688A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Eldar” və ata adının “Əlibala” və Ərizəçi1 isə soyadının “Məmmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284829 saylı ölüm haqqında şəhadətnamə), X13 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0032861 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2587657 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 1.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16,X22, X17, X19 və X9 mülkiyyətlərinə verilməsinə dair JN- 793 KOD 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 adının “Elmdar”, Ərizəçi2 adının “Nibə” ata adının “Mürxay” və Ərizəçi1 soyadının “Məmmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli,AZ-İİ №284829 saylı ölüm haqqında şəhadətnamə), X13 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0032861 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2587657 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-688A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.10 hektar həyətyanı təyinatlı torpaq sahəsinin X21, Ərizəçi2, X17, X19 və X9 mülkiyyətlərinə verilməsinə dair JN-688A KOD 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Eldar” və ata adının “Əlibala” və Ərizəçi1 soyadının “Məmmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X6 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AZ-İİ №284829 saylı ölüm haqqında şəhadətnamə), X13 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0032861 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA2587657 saylı şəxsiyyət vəsiqəsi),Ərizəçi1 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-134/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-134/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver