Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1351/2022 06.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X20, Gülaliyeva (nikahdan sonra Mayılova) Aybəniz Əli qızı, X16 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı Gülalıyev əvəzinə səhvən Gülaliyev, adı Mütalit əvəzinə səhvən Mütalib, qardaşı X7 Gülalıyev, bacısı X4 Gülalıyeva, mülkiyətçi X6 səhvən Gülalıyeva kimi qeyd olunmuşdur. Mülkiyyətçi Gülzar Səfdərova 04 iyun 2006-cı il tarixdə vəfat etmişdir. JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında uyğunsuzluqlar olduğundan miras qalan əmlakla bağlı hüquqlarını həyata keçirə bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X11 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Aparılan torpaq islahatları zamanı anasının , bacısının və qardaşlarının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyadı Gülalıyev əvəzinə Gülaliyev, adı Mütalit əvəzinə Mütalib, qardaşı X7 Gülalıyev, bacısı X4 Gülalıyeva, mülkiyətçi X6 səhvən Gülalıyeva kimi qeyd olunmuşdur. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X5 X11 ilə eyni məzmunlu ifadə verərək JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 063134 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X17 arasında 20 sentyabr 2003-cü il tarixdə rəsmi nikah bağlanmış, ərə Mayılov, arvada Mayılova soyadı verilmişdir. AZE 17093886 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 may 2017-ci il tarixdə mülkiyyətçiyə X23 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İ-ИЕ 438122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X20 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 185729 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X20 04 iyun 2006-cı il tarixdə vəfat etmişdir. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X24 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. 8685213 nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, mülkiyyətçiyə X24 adı ilə pasport verilmişdir. JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X18, X19, X25 və X8 qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Zərnava kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli 186 nömrəli arayışdan görünür ki, JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mərhumun soyadı X18 yazılmışdır. Lakin AZ-İ 185729 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən onun soyad, ad və ata adı X9 yazılmalıdı. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli **********99 nömrəli məktubdan görünür ki, ərizəçi JN-0050 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X20, X17, X24 və Ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X6 Gülalıyeva, mülkiyyətçi X4 Gülalıyev, mülkiyyətçi X7 Gülalıyev və mülkiyyətçi Ərizəçi soyadı Gülalıyev, adı Mütalib kimi qeyd olunmuşdur. Mülkiyyətçi X17 20 sentyabr 2003-cü il tarixdə X26 ilə ailə quraraq ərinin soyadına uyğun Mayılova soyadını qəbul etmişdir. Mülkiyyətçi X20 04 iyun 2006-cı il tarixdə vəfat etmişdir. JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadları və adı düzgün yazılmadığından ərizəçi miras əmlakla bağlı mülkiyyət hüquqlarından istifadə edə bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə adın dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X38 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 Gülalıyeva, mülkiyyətçi X1 Gülalıyev, mülkiyyətçi X3 Gülalıyev və mülkiyyətçi Ərizəçi soyadının Gülalıyev, adının Mütalib kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 12 may 1999-cu il tarixli JN-0050 Kod 40708028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X20, Gülaliyeva (nikahdan sonra Mayılova) Aybəniz Əli qızı, X24 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1351/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1351/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver