Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1361/2022 04.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 04 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Şahid2, X19, X13, X25, Şahid1, X14, Şamilli Xətai Natiq oğlu və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarına əsasən İsmayıllı rayonu Qalagah kəndi ərazisindən 9.79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi barədə tərtib olunmuş JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı “Nürəddin” əvəzinə “Nurəddin”, keçmiş arvadı Aybənizin soyadı “Mövlayeva” əvəzinə “Mövlamova”, qızı İlahənin adı “İlahə” əvəzinə “İlhamə”, oğlu Eminin soyadı “Şəmilov” əvəzinə “Şamilov”, oğlu Məntiqin soyadı “Şəmilov” əvəzinə “Şamilov” və qızı Ayselin soyadı “Şamilli” əvəzinə “Şamilova” kimi yazılmışdır. X35 24 may 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mövlayeva” soyadına keçmişdir. Oğlu Xətai Şamilli 08 avqust 2006-cı il tarixdə vəfat etmişdir. X32 23 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mustafayeva” soyadına keçmişdir. Qızı Aysel Şamilli 25 dekabr 2013-cü il tarixdə nikaha daxil olaraq “Şamilli” soyadından “Murtuzayeva” soyadına keçmişdir. Keçmiş arvadı Aybənizlə nikahları 11 aprel 2014-cü il tarixdə pozulmuşdur. Dövlət aktında o və ailə üzvlərinin ad, soyad və ata adlarında uyğunsuzluq olduğundan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi onun keçmiş əridir. İsmayıllı rayonu Qalagah kəndi ərazisindən 9.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçinin, onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilməsinə dair JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında keçmiş əri Ərizəçi ata adı “Nürəddin” əvəzinə “Nurəddin”, onun soyadı “Mövlayeva” əvəzinə “Mövlamova”, qızı İlahənin adı “İlahə” əvəzinə “İlhamə”, oğlu Eminin soyadı “Şəmilov” əvəzinə “Şamilov”, oğlu Məntiqin soyadı “Şəmilov” əvəzinə “Şamilov” və qızı Ayselin soyadı “Şamilli” əvəzinə “Şamilova” kimi yazılmışdır. X35 24 may 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mövlayeva” soyadına keçmişdir. Oğlu Xətai Şamilli 08 avqust 2006-cı il tarixdə vəfat etmişdir. X32 23 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mustafayeva” soyadına keçmişdir. Qızı Aysel Şamilli 25 dekabr 2013-cü il tarixdə nikaha daxil olaraq “Şamilli” soyadından “Murtuzayeva” soyadına keçmişdir. Əri Ərizəçila nikahları 11 aprel 2014-cü il tarixdə pozulmuşdur. Qeyd edilən JN- 132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə, ona və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə, ona və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Asan 3 tərəfindən 27 noyabr 2017-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Şahid2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 191429 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Şahid2 arasında olan nikah 11 aprel 2014-cü il tarixdə ləğv edilmişdir. Vİİ-ЖГ 406459 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X22 nikahlarını 24 may 2000-ci il tarixdə rəsmləşdirmiş, Afaq Şamilovaya “Mövlayeva” soyadı verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X19 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 486048 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X21 nikahlarını 23 may 2009-cu il tarixdə rəsmləşdirmiş, İlahə Şamilovaya “Mustafayeva” soyadı verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 886975 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Şamilli Aysel Natiq qızı nikahlarını 25 dekabr 2013-cü il tarixdə rəsmləşdirmiş, Aysel Şamilliyə “Murtuzayeva” soyadı verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X25 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Şahid1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 238231 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şamilli Xətai Natiq oğlu 08 avqust 2006-cı il tarixdə ölmüşdür. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalagah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 336 nömrəli arayışdan görünür ki, Şamilov X12 rayonu, Qalagah kəndində müvəqqəti yaşayır. JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ərizəçi, Şahid2, X19, X13, X25, Şahid1, X14 və Şamilli Xətai Natiq oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı Nurəddin, mülkiyyətçi Şahid2 soyadı Mövlamova, mülkiyyətçi X7 Şamilova, mülkiyyətçi X3 Şamilova, adı İlhamə, mülkiyyətçi X8 Şamilov, mülkiyyətçi Şahid1 soyadı Şamilov və mülkiyyətçi X4 Şamilova kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli **********09 nömrəli məktubdan görünür ki, ərizəçi JN- 132 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi, Şahid2, X19, X13, X25, Şahid1, X14 və Şamilli Xətai Natiq oğlunun birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adı “Nurəddin”, Şahid2 soyadı “Mövlamova”, X3 “Şamilova”, adı “İlhamə”, X8 “Şamilov”, Şahid1 soyadı “Şamilov” və X4 “Şamilova” kimi qeyd olunmuşdur. Afaq Şamilova 24 may 2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mövlayeva” soyadına keçmişdir. Xətai Şamilli 08 avqust 2006-cı il tarixdə vəfat etmişdir. İlahə Şamilova 23 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq “Şamilova” soyadından “Mustafayeva” soyadına keçmişdir. Aysel Şamilli 25 dekabr 2013-cü il tarixdə nikaha daxil olaraq “Şamilli” soyadından “Murtuzayeva” soyadına keçmişdir. Şahid2 ilə Ərizəçi nikahları 11 aprel 2014-cü il tarixdə pozulmuş, “Mövlayeva” soyadın verilmişdir. JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçi və ailə üzvlərinin ad, soyadı və ata adı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki ad, soyadı və ata adı ilə düz gəlmədiyindən o torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X31 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X11 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adının Nurəddin, Şahid2 soyadının Mövlamova, X5 Şamilova, X1 Şamilova, adının İlhamə, X6 Şamilov, Şahid1 soyadının Şamilov, X2 Şamilova kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçi və ailə üzvünə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 1998-ci il tarixli JN-132 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, Şahid2, X19, X13, X25, Şahid1, X14 və Şamilli Xətai Natiq oğluna məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1361/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1361/2022
04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver