Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1363/2022 07.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, X13, Mamedova (nikahdan sonra Mirzəyeva) Xülasə Sədulla qızı, X17 və ona, JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X12, X13, X17 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahələri barədə tərtib olunmuş JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı Qızlar əvəzinə Qızdar kimi qeyd olunmuşdur. X4 ailə quraraq ərinin soyadına uyğun Kazımova soyadını qəbul etmişdir. Boşandıqdan sonra da Nəzakət ərinin soyadına uyğun Kazımova soyadında qalmışdır. Dövlət aktında və şəhadətnamədə adında uyğunsuzluq olduğundan torpaq sahələrinə dair hüquqlarını həyata keçirə bilmir. Qeyd etdiyi səhvin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Aparılan torpaq islahatları zamanı valideynlərinin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə anasının adı Qızlar əvəzinə səhvən Qızdar kimi qeyd olunmuşdur. X2 Elşən Kazımovla ailə quraraq ərinin soyadına uyğun Kazımova soyadını qəbul etmiş, boşandıqdan sonra da Nəzakət ərinin soyadına uyğun Kazımova soyadında qalmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 və X18 X5 ilə eyni məzmunlu ifadə verərək JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 05 sentyabr 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İ-ИЕ 347891 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 arasında 16 iyul 1963-cü il tarixdə rəsmi nikah bağlanmış, ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. AZ-İ 238278 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. AZ-İ 233601 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X13 arasında olan nikah ləğv edilmiş, qadına Kazımova soyadı verilmişdir. AZE 15775873 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ASAN 2 tərəfindən 11 dekabr 2015-ci il tarixdə mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Vİİ-ЖГ 255178 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X20 arasında 14 sentyabr 1995-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. AZE 08625931 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 15 fevral 2011-ci il tarixdə mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2242450 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X27 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X12, X23, X10, X15 və X7 qeyd olunmuşdur. JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X12, X23, X10 və X7 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli **********81 nömrəli məktubdan görünür ki, ərizəçi JN-1078 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN- 1021F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan ad səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X12, Ərizəçi, X10, X15 və X16 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və X12, Ərizəçi, X10 və X16 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi adı Qızdar kimi qeyd olunmuşdur. JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin adı düzgün yazılmadığından ərizəçi mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə adın dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X44 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin sənədlərdəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi adının Qızdar kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-1078 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, Ərizəçi, X13, Mamedova (nikahdan sonra Mirzəyeva) Xülasə Sədulla qızı və X17 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-1021F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X12, Ərizəçi, X13 və X17 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1363/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1363/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver