Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1372/2024 27.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı Niftaliyeva Aysu Elçin qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, qızı Niftaliyeva Aysu Elçin qızı anadan gəlmə xəstədir, gəzmir, danışmır, sərbəst hərəkət edə bilmir. Aysu yataq şəraitindədir. Uzun illərdir müxtəlif xəstəxanalarda müayinə olunmuş və müalicələr almışdır. Lakin qızının səhhətində yaxşılığa doğru heç bir inkişaf yoxdur. Aysu birinci dərəcəli əlildir və İsmayıllı RMX Poliklinika Şöbəsinin "Nevroloji" kabinetində "G80.0 keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. G.82.4 tetraplegiya” diaqnozu ilə qeydiyyatdadır. Aysu özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən qızı Niftaliyeva Aysu Elçin qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Niftaliyeva Aysu Elçin qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahat verərək göstərdi ki, Niftaliyeva Aysu Elçin qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli arayışdan və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11 iyul 2006-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs Niftaliyeva Aysu Elçin qızıdır. X1 və X4r. - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X7 və X6 arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra ərə Niftaliyev, arvada Osmanova soyadı verilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 avqust 1973-cü il tarixdə doğulmuş şəxs Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Niftaliyeva Aysu Elçin qızının sağlamlıq vəziyyəti 10 sentyabr 2024-cü il tarixdə qiymətləndirilərək ona “G82.4 spastik tetraplegiya, Tetraplegiya G80.0 Kvadroplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 1276 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Niftaliyeva Aysu Elçin qızı "G80.0 keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. G.82.4 tetraplegiya” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən 25 sentyabr 2024-cü il tarixdə verilmiş 18-1-47/2-O- 8xx-xx-1346/24 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Hapıtlı kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü Niftaliyeva X9 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində "G80.0 keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. G.82.4 tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 noyabr 2024-cü il tarixli 3434 nömrəli rəyindən görünür ki, Niftaliyeva Aysu Elçin qızında "dərin əqli gerilik, (idiotiya dərəcəsində) davranış pozuntuları ilə” (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi- Sosial Ekspert Komissiyasında "Spastik tetraplegiya. Tetraplegiya. Kravroplegik spastik serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin qalıq əlaqmətləri" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası"da "Keçirilmiş uşaq serebral iflicinin qalıq əlaqmətləri" diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası”nda "Keçirilmiş uşaq serebral iflicinin qalıq əlaqmətləri. Tetraplegiya" diaqnozu ilə qeydiyyatda olması) müəyyən edir. Aysu Niftaliyeva psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Aysu Niftaliyevanın sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Niftaliyeva Aysu Elçin qızı 11 iyul 2006-cı il tarixdə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Aysu Niftaliyevanın sağlamlıq vəziyyəti 10 sentyabr 2024-cü il tarixdə qiymətləndirilərək ona “G82.4 spastik tetraplegiya, Tetraplegiya G80.0 Kvadroplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. X8 M.R.X-nın X2 “Nevroloji” kabinetində "G80.0 keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. G.82.4 tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 noyabr 2024-cü il tarixli 3434 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Niftaliyeva Aysu Elçin qızı "dərin əqli gerilik, (idiotiya dərəcəsində) davranış pozuntuları ilə” (F73.1) ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Aysu Niftaliyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Niftaliyeva Aysu Elçin qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 iyul 2006-cı il tarixdə doğulmuş Niftaliyeva Aysu Elçin qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1372/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1372/2024
27.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver