Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1387/2022 09.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 09 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarı ilə 0.18 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-1158 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 nömrəli qərarı ilə 0.22 hektar həyətyanı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-986F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mərhum X3na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3nun mülkiyyətinə verilmişdir. Bundan əlavə Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi X3nun mülkiyyətinə verilmişdir. X3 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında və Şəhadətnamədə mərhum atasının ad, soyad və ata adı qeyd edilmişdir. Mərhum atasının adı həmin vaxt “Hüseyinqulu” ata adı isə “Mamed” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Hüseynqulu” və ata adı “Məhəmməd”, Şəhadətnamədə isə səhvən adı “Hüseynqulu” və ata adı “Abdul” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Dövlət aktında və Şəhadətnamədə mərhum atasının adı və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında və Şəhadətnamədə mülkiyyətçi kimi mərhum atasının adı və ata adındakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mərhum atasının ölüm haqqında şəhadətnamədəki və digər sənədlərindəki adı və ata adı ilə Dövlət aktında və Şəhadətnamədəki adı və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktında və Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adı mərhum X3na məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş,X9 ifadə verərək göstərdi ki,Ərizəçi qonşusudur. Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ərizəçinin X3nun mülkiyyətinə verilmişdir. X2 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum X3nun adı həmin vaxt “Hüseyinqulu”, ata adı isə “Mamed” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Hüseynqulu” və ata adı “Məhəmməd”, Şəhadətnamədə isə səhvən adı “Hüseynqulu” və ata adı “Abdul” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş,X21 ifadə verərək göstərdi ki,Ərizəçi qonşusudur. Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ərizəçinin X3nun mülkiyyətinə verilmişdir. X2 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum X3nun adı həmin vaxt “Hüseyinqulu”, ata adı isə “Mamed” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Hüseynqulu” və ata adı “Məhəmməd”, Şəhadətnamədə isə səhvən adı “Hüseynqulu” və ata adı “Abdul” kimi yazılmışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1967-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş Pənciyev X12 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ №205891 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 11 ayının 16 günündə 150 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli JN-1158 kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakini X4 mülkiyyətinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 11907 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi X5 verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakini X10 mülkiyyətinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.22 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 13834 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X11 verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı,atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X22 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X14 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ərizəçinin X3nun mülkiyyətinə verilmişdir. Ərizəçinin X3 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında və Şəhadətnamədə ərizəçinin mərhum atasının ad, soyad və ata adı qeyd edilmişdir. Ərizəçinin mərhum atasının adı həmin vaxt “Hüseyinqulu” ata adı isə “Mamed” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Hüseynqulu”, ata adı “Məhəmməd”, Şəhadətnamədə isə səhvən adı “Hüseynqulu” və ata adı “Abdul” kimi qeyd olunmuşdur. Həmin Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X7 adının “Hüseynqulu” və ata adının “Məhəmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 29 noyabr 2021-ci il tarixli, AZ-İİ №205891 nömrəli ölüm haqqında şəhadətnamə) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.22 hektar həyətyanı torpaq sahəsinin X10 mülkiyyətinə verilməsinə dair JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Hüseynqulu” və ata adının “Abdul” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 29 noyabr 2021-ci il tarixli, AZ-İİ №205891 nömrəli ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair JN-1158 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında X7 adının “Hüseynqulu” və ata adının “Məhəmməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 29 noyabr 2021-ci il tarixli, AZ-İİ №205891 nömrəli ölüm haqqında şəhadətnamə) aid olması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0.22 hektar həyətyanı torpaq sahəsinin X10 mülkiyyətinə verilməsinə dair JN-986F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının “Hüseynqulu” və ata adının “Abdul” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X8 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 29 noyabr 2021-ci il tarixli, AZ-İİ №205891 nömrəli ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1387/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1387/2022
09.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver