Məhkəmə qərarları › İş №2(037)-1405/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1405/2022

21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1405/2022 21.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 21 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə 2.44 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN- 254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ona və ailə üzvləri əri X9 və övladları Rəsulova (nikahdan sonra Həmidova) Çiçək Qinyaz qızı, X17 və X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Sevda” və ata adı “Məmmədiyə” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sürahi” və ata adı “Məmmədiyyə” kimi yazılmışdır.Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 ifadə verərək göstərdi ki, Ərizəçi bacısıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı əsasında JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. X32 Ərizəçi adı həmin vaxt “Sevda” və ata adı “Məmmədiyə” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Sürahi” və ata adı “Məmmədiyyə” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadə verərək göstərdi ki, Ərizəçi arvadının bacısıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı əsasında JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. X32 Ərizəçi adı həmin vaxt “Sevda” və ata adı “Məmmədiyə” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Sürahi” və ata adı “Məmmədiyyə” kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 07 dekabr 2021-ci il tarixli, AZ-İİ №235695 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 15 sentyabr 2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 12 ayının 07 günündə 826 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17238951 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuş X1 rayonu, Qalacıq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0711060 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuş X17 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv Massivi, Vilayət Əsgərov küçəsi ev 22, mənzil 14-də qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA1834530 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuş X21 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş Rəsulova X5 rayonu, Qalacıq kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-254 Kod 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə İsmayıllı rayon Qalacıq kənd sakinləri X9, X3 (ərizəçi), X19, X17 və X11 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 8775 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət X14 tərəfindən verilmiş 07 iyul 2014-cü il tarixli AZ-İ №968914 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X19 xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət X6 rəsmi nikah qeyd etdirməklə evlənmişlər, ərə Həmidov, arvada Həmidova soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin iyul ayının 07 günündə 1117 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X3 (ərizəçi), X19, X17 və X11 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi adı həmin vaxt “Sevda” və ata adı “Məmmədiyə” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sürahi” və ata adı “Məmmədiyyə” kimi yazılmışdır. X23 bu yanlışlıqlar ərizəçinin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən JN- 254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9, X3 (ərizəçi), X19, X17 və X11 mülkiyyətlərinə verilməsinə dair JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi adının “Sürahi” və ata adının “Məmmədiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AZ-İİ №235695 saylı ölüm haqqında şəhadətnamə), Rəsulova (nikahdan sonra Həmidova) Çiçək Qinyaz qızına (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17238951 saylı şəxsiyyət vəsiqəsi) X12 (Asan 3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0711060 saylı şəxsiyyət vəsiqəsi), X15 (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1834530 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan 3 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9, X3 (ərizəçi), X19, X17 və X11 mülkiyyətlərinə verilməsinə dair JN-254 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi adının “Sürahi” və ata adının “Məmmədiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (Bakı şəhəri,Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli,AZ-İİ №235695 saylı ölüm haqqında şəhadətnamə), Rəsulova (nikahdan sonra Həmidova) Çiçək Qinyaz qızına (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №17238951 saylı şəxsiyyət vəsiqəsi) X12 (Asan 3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA0711060 saylı şəxsiyyət vəsiqəsi), X15 (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1834530 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (Asan 3 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar