Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-141/2022 18.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı X1yə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 18 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12.02.2021-ci il tarixli AKT R № 215226 saylı akt ilə onun **********00006 saylı abonent hesabına işlənmiş 198.08 manat məbləğində debitor borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Uştal kəndində yaşayır. 12 fevral 2021-ci il tarixdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan “X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən yaşadığı İsmayıllı rayon Uştal kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı güya elektrik sayğacın giriş xəttin izolyasiyası sayğacın yaxınlığından kəsildiyi və yeni izolentlə bağlandığı, naqilin üz kəsiyinin 6 mm olduğu müəyyən olunmuş və bu barədə akt tərtib olunaraq ümumilikdə 198.08 manat məbləğində borc hesablanmışdır. O, tərtib olunmuş aktla razı deyildir. Belə ki, fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı evin içərisində deyil, evdən kənarda, həyət qapısından çöldə yerləşdiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin elektrik sayğacının işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı olmamış, habelə həmin sayğacın cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. "Azərişıq” ASC-nin tabeçiliyində olan X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evin işıq xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, işığın sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilmişdir. Əgər belə bir problem vardırsa o zaman cavabdeh təşkilatın nümayəndəsi aşkar edərdi. Yəni cavabdeh təşkilat tərəfindən hesablanan borc reallığı əks etdirmir. Ona görə də sayğaca müdaxilənin olması barədə məlumatı yoxdur. Elektrik sayğaca heç bir müdaxilə etmədiyi halda, cavabdeh təşkilatın əməkdaşları ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidirlər (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbində akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş və bununla da "Elektrik enerjisindan istifadə qaydaları”nın tələbləri pozularaq akt tərtib edilmişdir. Ona görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilməz və həmin akt qanunsuz və əsassız olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindan istifadə qaydaları”nın 8.15-ci bəndinə uyğun olaraq aşkar olunmuş həmin faktla əlaqədar itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə və sayğacda göstərilən xətalara görə 12.02.2021-ci il tarixli AKT R № 215226 nömrəli akt tərtib edilərək 198.08 manat məbləğinin ödənilməsi ondan tələb edilmiş və debitor borc kimi onun **********00006 nömrəli abonent hesabına işlənmişdir. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12.02.2021ci il tarixli AKT R № 215226 nömrəli akt ilə **********00006 saylı abonent hesabına işlənmiş 198.08 manat məbləğində debitor borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, 12.02.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İsmayıllı rayonu, Uştal kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları” na uyğun baxış keçirilmişdir.Baxış zamanı elektrik sayğacının giriş xəttinin izolyasiyasının sayğacın yaxınlığında kəsilərək yeni izolentlə bağlandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları” nın 8.32 bəndinin tələbinə uyğun olaraq Azərişıq” ASC-nin əməkdaşları tərəfindən 12.02.2021-ci il tarixli, AKT R №215226 nömrəli akt tərtib olunmuşdur. 12.02.2021-ci il tarixli, AKT R №215226 nömrəli akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə abonentə sayğacdan keçən yükə uyğun 120 gün üçün 0.07 manatla 1200 kvt.s (dəyəri 84.00 manat) və 0.11 manatla 1018 kvt.s (dəyəri 111.98 manat) toplamda 195.98 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfü olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkar edilmişdir və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektirik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nin 8.32 bəndinin tələbinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi hesablanır. a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır, həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda açıq aşkar görünür ki, abonentin iddia ərizəsində qeyd etdiyi kimi həmin ünvanda mütəmadi yaşamasına baxmayaraq X1 etmiş, lakin bir neçə ay sərfiyyat olmamışdır. Bu da onu deməyə əsas verir ki, İddiaçı qeyd etdiyi kimi özünə məxsus fərdi yaşayış evində yaşamaqla aşkar olunmuş həmin hissədən bir başa qoşularaq X1 etmişdir. İddiaçı iddia tələbində silinəcək məbləği 198.08 manat göstərmişdir. İddiaçıya 12.02.2021-ci il tarixli AKT R №215226 nömrəli akt əsasında 195.08 manat hesabat aparılmış, yerdə qalan 2.10 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. İddiaçı yaşadığı İsmayıllı rayonu, Uştal kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə tərtib edilmiş 12.02.2021-ci il tarixli AKT R №215226 nömrəli Akt “EEİQ” nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, İsmayıllı rayon Uştal kəndində yaşayır. İddiaçı kəndçisidir. "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin İsmayıllı rayon enerji təchizatı və satışı idarəsində elektrik mantyor vəzifəsində işləyir. İddiaçı ona zəng edərək fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacında olan problem barədə məlumat vermişdir. O, işi ilə əlaqədar olaraq başqa ərazidə olduğundan həmin günü İddiaçı məxsus elektirik sayğacına baxış keçirə bilməmişdir. İddiaçı özü elektrik sayğacında olan problemi aradan qaldırmışdır. Növbəti gün İddiaçı məxsus sayğaca baxış keçirmiş, baxış zamanı sayğacın içərisinə yağış sularının daxil olması nəticəsində naqildə qısa qapanma olduğunu və İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olmadan həmin problemin aradan qaldırılmasını müşaiət etmiş və qeyd edilən məsələ ilə bağlı "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin İsmayıllı rayon enerji təchizatı və satışı idarəsində məlumat vermişdir. Həmin idarənin əməkdaşları tərəfindən Aslan Əsdədova məxsus sayğaca baxış keçirilərək sayğac açılmış və yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən ərazidə yoxlama işləri aparılarkən İddiaçı məxsus elektrik sayğacına baxış keçirilərək 12.02.2021ci il tarixli AKT R №215226 nömrəli akt tərtib edilmiş və həmin akt "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin əməkdaşları-EİA və B üzrə mühəndislər F.Cavadov, M.Əliyev və V.Cəlilov tərəfindən imza edilmişdir. O, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən İddiaçı məxsus sayğaca baxış keçirilməsində iştirak etsə də, tərtib olunmuş aktı imza etməmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonu, Vəng kəndində yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən 12 fevral 2021-ci il tarixli AKT R №215226 nömrəli Aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 12 fevral 2021-ci il tarixdə iddiaçının İsmayıllı rayonu Uştal kəndində yerləşən fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilərək “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 12 fevral 2021-ci il tarixli AKT R №215226 nömrəli Aktda sayğacın giriş xəttinin izolyasiyasının sayğacın yaxınlığında kəsilərək yeni izolentlə bağlandığı qeyd edilmişdir.Həmin akt "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları- EİA və B üzrə mühəndislər F.Cavadov, M.Əliyev və V.Cəlilov tərəfindən imza edilmişdir. Qeyd edilən akt iddiaçı tərəfindən imza edilməmişdir. Həmçinin həmin akt hal şahidləri tərəfindən də imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 17.03.2021-ci il tarixli hesab bildiriş qəbzindən görünür ki, İddiaçı **********00006 saylı abonent hesabında 198.08 manat məbləğində qalıq borc qalmışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, cavabdehin nümayəndəsinin etiraz ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, iddiaçı İsmayıllı rayonu Uştal kəndində yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 12 fevral 2021-ci il tarixdə iddiaçının İsmayıllı rayonu Uştal kəndində yerləşən fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilərək “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 12.02.2021-ci il tarixli AKT R № 215226 nömrəli Aktda sayğacın giriş xəttinin izolyasiyası sayğacın yaxınlığında kəsilərək yeni izolenlə bağlandığı və naqilin üz kəsiyinin 6 mm olduğu qeyd olunmuşdur. Həmin aktı "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin əməkdaşları- EİA və B üzrə mühəndislər F.Cavadov, M.Əliyev və V.Cəlilov tanış olaraq imza etmişlər. İddiaçı həmin aktı imza etməmişdir. Bundan əlavə həmin akt hal şahidləri tərəfindən də imzalanmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilməsinin nəticələrinə dair tərtib edilən 12.02.2021-ci il tarixli AKT R № 215226 nömrəli Akt əsasında cəmi 2251 kvts dəyərində enerji sərfiyyatı hesablanmışdır. İddiaçıya bildiriş verilərək itirilmiş enerjinin dəyəri olaraq hesablanmış 198.08 manat məbləğin ödənilməsi tələb edilmişdir. Lakin iddiaçı 12.02.2021-ci il tarixli AKT R № 215226 nömrəli akta əsasən hesablanmış enerjinin dəyərini ödəməmişdir. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12.02.2021-ci il tarixli AKT R № 215226 nömrəli akt ilə **********00006 saylı abonent hesabına işlənmiş 198.08 manat məbləğində debitor borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin səlahiyyətli nümayəndəsi Seymur Ağayev məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi etiraz ərizəsində iddiaçının hazırkı iddia tələbini əsassız hesab etdiyini və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “X1 Qaydaları”nın 7.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında,dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.5-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz qeydlərində göstərdiyi fərdi yaşayış evinin elektrik xəttinə quraşdırılmış sayğaca istehlakçının özü tərəfindən qanunsuz müdaxilə edildiyi barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin xüsusatla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, hazırki işin faktiki hallarına əsasən iddiaçının elektrik sayğacının işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Ona görə də itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin istehlakçıdan tələb edilməsi əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən və Şimal-Qərb RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş 12 fevral 2021-ci il tarixli AKT R № 215226 nömrəli akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamışdır. “X1 Qaydaları”nın 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Aktı enerji təchizat müəssisəsinin nümayəndəsi, məişət abonenti imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarnın, icra və s.orqanlarının aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktları qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 12 fevral 2021-ci il tarixli AKT R №215226 nömrəli Akt hal şahidləri tərəfindən deyil, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları - EİA və B üzrə mühəndislər F.Cavadov, M.Əliyev və V.Cəlilov tərəfindən imzalanmışdır.Eyni zamanda, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin İsmayıllı rayon enerji təchizatı və satışı idarəsində elektrik mantyor vəzifəsində işləyən X6 Əsədova məxsus sayğaca baxış keçirdiyini, baxış zamanı sayğacın içərisinə yağış sularının daxil olması nəticəsində naqildə qısa qapanma yarandığını, İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olmadan həmin problemin aradan qaldırıldığını və qeyd edilən məsələ ilə bağlı "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin İsmayıllı rayon enerji təchizatı və satışı idarəsində məlumat verdiyini,həmin idarənin əməkdaşları tərəfindən Aslan Əsdədova məxsus sayğaca baxış keçirilərək sayğac açılaraq yenisi ilə əvəz edildiyini, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları tərəfindən İddiaçı məxsus elektrik sayğacına baxış keçirilməsində iştirak etsə də, tərtib olunmuş aktı imza etmədiyini bildirmişdir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, 12 fevral 2021-ci il tarixli AKT R №215226 nömrəli Akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş və Şimal-Qərb RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş 12 fevral 2021-ci il tarixli AKT R № 215226 nömrəli akt qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyinə görə ləğv edilməli və həmin akt əsasında İddiaçı **********00006 saylı abonent hesabına işlənmiş 198.08 manat debitor borc məbləği silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12.02.2021-ci il tarixli AKT R № 215226 saylı aktla İddiaçı **********00006 saylı abonent hesabına işlənmiş 198.08 manat debitor borc məbləği silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-141/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-141/2022
18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver