Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1413/2022 08.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X9, Adıgözəlova (nikahdan sonra Sadıqova) Elvida Məmməd qızı, Adıgözəlova (nikahdan sonra Kurbanova) Yeganə Mamed qızı və X16 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı və ata adı həmin vaxt Mamed Məhəddin oğlu olmasına baxmayaraq səhvən Məmməd Məhyəddin oğlu, mülkiyyətçi X3 adı həmin vaxt Şahvayət olmasına baxmayaraq səhvən Şəfayət, mülkiyyətçi X5 adı həmin vaxt Elvida olmasına baxmayaraq səhvən Ellada, mülkiyyətçilər X7 və X11 ata adı həmin vaxt sənədlərdə Mamed olmasına baxmayaraq səhvən Məmməd kimi qeyd olunmuşdur. JN- 028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə uyğunsuzluqlar olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı Şahvayət əvəzinə səhvən Şəfayət, ərizəçinin ad və ata adı Mamed Məhəddin oğlu əvəzinə səhvən Məmməd Məhyəddin oğlu, qızı X5 adı Elvida əvəzinə səhvən Ellada, digər qızı X7 və oğlu X11 ata adları Mamed əvəzinə səhvən Məmməd kimi yazılmışdır. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X2 və X24 X1 ilə eyni məzmunlu ifadə verərək JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. И-ГТ 260985 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İ-PЭ 268794 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X20 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İ-TИ 407113 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X20 arasında 24 fevral 1978-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Adıgözəlov, arvada Adıgözəlova soyadı verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 noyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08624325 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 26 noyabr 2010-cu il tarixdə mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İV-497230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X17 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İİ 308266 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X12 arasında 19 noyabr 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. AA0954737 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X25 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Vİİ-TИ 264218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X19 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 657664 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Kurbanov Gabil ilə X13 arasında 11 aprel 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Kurbanov, arvada Kurbanova soyadı verilmişdir. AA2728286 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X26 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Vİİİ-TИ 310551 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X23 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 09790553 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 12 dekabr 2012-ci il tarixdə mülkiyyətçiyə X23 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X8, X14, X15, X13 və X4 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli **********15 nömrəli məktubdan görünür ki, ərizəçi JN-028A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə olan ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı RİHB-nın Ruşan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli 301 nömrəli arayışdan görünür ki, JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X8, X14, X13, X15 və X4 qeyd olunmuşdur. Əslində isə Ərizəçi, X9, X19, X12, X6 yazılmalıdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi, X9, X12, X19 və X11 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi ad və ata adı səhvən Məmməd Məhyəddin oğlu, mülkiyyətçi X3 adı səhvən Şəfayət, mülkiyyətçi X5 adı səhvən Ellada, mülkiyyətçilər X7 və X11 ata adları səhvən Məmməd kimi qeyd olunmuşdur. Mülkiyyətçi X12 19 noyabr 2018-ci il tarixdə X18 ilə ailə quraraq ərinin soyadına uyğun Sadıqova, mülkiyyətçi X19 11 aprel 2011-ci il tarixdə Kurbanov Gabil ilə ailə quraraq ərinin soyadına uyğun Kurbanova soyadını qəbul etmişdir. JN-028A Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə mülkiyyətçilərin ad və ata adları düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə adın dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN- 028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X43 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X10 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi ad və ata adının səhvən Məmməd Məhyəddin oğlu, mülkiyyətçi X3 adının səhvən Şəfayət, mülkiyyətçi X5 adının səhvən Ellada, mülkiyyətçilər X7 və X11 ata adlarının səhvən Məmməd kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 20 iyun 2003-cü il tarixli JN-028A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi, X9, Adıgözəlova (nikahdan sonra Sadıqova) Elvida Məmməd qızı, Adıgözəlova (nikahdan sonra Kurbanova) Yeganə Mamed qızı və X16 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1413/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1413/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver