Məhkəmə qərarları › İş №2(037)-1417/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1417/2024

27.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1417/2024 27.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək qızı Şərifova Sevinc Elxan qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, qızı Şərifova Sevinc Elxan qızı anadan gəlmə xəstədir. Uzun illərdir müxtəlif xəstəxanalarda müayinə olunmuş və müalicələr almışdır. Lakin qızının səhhətində yaxşılığa doğru heç bir inkişaf yoxdur. Sevinc İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində "F20.0 şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Qızı birinci qrup əlil olmaqla özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən qızı Şərifova Sevinc Elxan qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Şərifova Sevinc Elxan qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahat verərək göstərdi ki, Şərifova Sevinc Elxan qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının qızı anadangəlmə xəstədir. Uzun illərdir müalicələr alsa da sağlamlığında yaxşılığa doğru dəyişiklik yoxdur. Sevinc ərizəçinin himayəsində yaşayır və ona ərizəçi qulluq göstərir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - XVİİ-ЖГ seriyalı 395495 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22 sentyabr 1993-cü il tarixdə İsmayıllı rayonun Buynuz kəndində doğulmuş şəxs Şərifova Sevinc Elxan qızıdır. X1 və Ərizəçidır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1970-ci il tarixdə doğulmuş şəxs Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şərifova Sevinc Elxan qızının sağlamlıq vəziyyəti 13 sentyabr 2013-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici, nitqin qüsuru, fiziki-psixi inkişafın geriliyi” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı var, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən 26 avqust 2024-cü il tarixdə verilmiş 18-1-47/2-Ş-7xx-xx-1227/24 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Buynuz kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şərifova X5 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F20.0 şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli 1492 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şərifova Sevinc Elxan qızı “F20.0 şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 noyabr 2024-cü il tarixli 3433 nömrəli rəyindən görünür ki, Şərifova Sevinc Elxan qızında “şizofreniya paranoid forma psixi qüsur halı" (F20.0) xroniki psixi xəstəliyi aşkar olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında "Uşaq serebral iflici. Nitqin qüsuru fiziki - psixi inkşafın geriliyi" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası"da "Şizofreniya paranoid forma" diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "İsmayıllı rayon Mərkəzi Xəstəxanası"da "Şizofreniya paranoid forma" diaqnozu ilə stasionar müalicədə olması) sübut edir. Sevinc Şərifova psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Sevinc Şərifovanın sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şərifova Sevinc Elxan qızı 22 sentyabr 1993-cü il tarixdə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Sevinc Şərifovanın sağlamlıq vəziyyəti 13 sentyabr 2013-cü il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflici, nitqin qüsuru, fiziki-psixi inkişafın geriliyi” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı var, birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. X9 M.R.X-nın X2 “Ruhi-əsəb” kabinetində “F20.0 şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 27 noyabr 2024-cü il tarixli 3433 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şərifova Sevinc Elxan qızı “şizofreniya paranoid forma psixi qüsur halı" (F20.0) xroniki psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Sevinc Şərifovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şərifova Sevinc Elxan qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 sentyabr 1993-cü il tarixdə doğulmuş Şərifova Sevinc Elxan qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar