Məhkəmə qərarları › İş №2(037)-142/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-142/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-142/2021 17.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********03500 nömrəli abonent koduna işlənmiş 1882 kub metr təbii qazın dəyəri 376 (üç yüz yetmiş altı) manat 40 (qırx) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 92 (doxsan iki) manat məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, xx xxx 2017-ci il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində G-4 markalı 10275209 nömrəli yeni sayğac quraşdırılmışdır. O, dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini cavabdeh təşkilatın hesabına ödəmişdir. Hər ay istifadə etdiyi qazın dəyərini nəzarətçiyə nəqd şəkildə vermiş və müvafq qəbzi almamışdır. Abonent kodunda hansı məbləğdə borc olduğu ilə maraqlanmamışdır. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evin qaz xəttində olan G-4 markalı 10275209 nömrəli sayğac smart tipli qaz sayğacı ilə dəyişdirilmişdir. Hər dəfə karta pul yüklədikdə həmin pulun yarısının silindiyini görmüşdür. Bundan sonra cavabdeh təşkilata müraciət etmiş, abonent koduna sayğaca müdaxilə nəticəsində itirilmiş qazın dəyəri kimi 376,4 manat borc vurulduğunu öyrənmişdir. Bununla bağlı araşdırma aparakən ona bildirilmişdir ki, xx xxx 2017-ci il tarixdə qaz xəttindən açılmış ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 1882 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın 376,4 manat dəyərinin və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı o, imzalamamışdır. Bu barədə tərtib olunmuş sənədlər onun verilməmiş, sonradan da onun ünvanına göndərilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etmək mümkün deyildir. İtirilmiş qazın dəyəri kimi ona 376,4 manat borc hesablandığını xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evin qaz xəttinə smart tipli qaz sayğacı quraşdırıldıqdan sonra bilmişdir. Bundan sonra o, qaz istismar sahəsinə şifahi müraciət etsə də borcun silinməsi təmin edlməmişdir. Cavabdeh təşkilata müraciət etdikdə ondan itirilmiş qazın dəyərinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət etməsi hüququnun olması ona bildirilmişdir. Məhkəməyə müraciət etmək üçün lazımı sənədləri əldə etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə X4 İstismar İdarəsinə müraciət etmiş və bundan sonra aktları və qərarı əldə etmişdir. Hazırkı tələblə məhkəməyə qanunla müəyyən olunmuş müddət ərzində müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 376,4 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iş üzrə iddia müddəti tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını qərara almışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. xx xxx 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 92 (doxsan iki) manat məbləğində vəsait ödənilmişdir. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-00704-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxx 2017-ci il tarixdə İnformasiya Texnologiyaları və X2 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X1nın pozulması haqqında” xx xxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1882 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, 2017-ci ilin iyun ayının sonuna iddiaçının **********03500 nömrəli abonent koduna akt üzrə 376,4 manat borc vurulmuşdur. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2019-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Əvəzində yeni nəsil sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının istifadəsində olmuş qaz sayğacına müdaxilə diaqnozu qoyulmuş və itirlmiş təbii qazın bərpası üçün abonentə xx xxxx 2017-ci il tarixdə ******* nömrəli dəymiş ziyan aktı tərtib olunaraq 1882 m3 hesabat aparılmışdır Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə iddiaçının vəsaiti hesabına G-4 markalı 10275209 nömrəli sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçı dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini xx xxx 2017-ci il tarixdə ödəmişdir. xx xxxxxx 2019-ci il tarixdə iddiaçının yaşadığı evin qaz xəttində olan G-4 markalı 10275209 nömrəli sayğac çıxarılaraq smart tipli yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçı karta yüklədiyi vəsaitin 50%-nin silindiyinin səbəbinin sayğaca müdaxilə nəticəsində 376,4 manat itirilmiş qazın dəyərindən çıxıldığını öyrənmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı cavabdeh təşkilata müraciət edərək müvafiq sənədləri əldə etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. xx xxx 2017-ci il tarixdə iddiaçının evinin qaz xəttindən açılmış ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 1882 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın 376,4 manat dəyərinin və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı iddiaçı imzalamamışdır. İddiaçı tərtib olunmuş sənədlərin surətlərinin ona verilmədiyini və sonradan da ünvanına göndərilmədiyini bildirir. Bu barədə tərtib olunmuş sənədlərin iddiaçının ünvanına göndərilməsini təsdiq edən sübutlar da iş materiallarında yoxdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 376,4 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, qısa müddət ərzində iddiaçıya məxsus qaz sayğacları iki dəfə dəyişdirilmişdir. Dəyişdirilmiş qaz sayğacları üzrə tərtib olunmuş sənədləri iddiaçı imzalasa da müdaxilə olunduğu göstərilən ******* nömrəli sayğac çıxarıldıqdan və dövlət yoxlamasından keçirildikdən sonra “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktı iddiaçı imzalamamışdır. Həmin sənədlər qanunla müəyyən olunmuş qaydada iddiaçıya təqdim olunmamışdır. İddiaçı qaz sayğacına vurduğu vəsaitin yarısının silindiyini 2019-cu ilin yanvar ayında yeni nəsil sayğac quraşdırıldıqdan sonra bildiyini, hüququnun bərpa olunması ilə bağlı şifahi müraciət etdiyini göstərir. Beləliklə də iddiaçı hüququnun pozulduğunu 2019-cu ilin yanvar ayından sonra bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə rəsmi müraciət edərək müvafiq sənədləri əldə etdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Hazırkı iddia müddətinin axımının iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başladığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 1882 kub metr itirilmiş təbii qazın dəyəri 376,4 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********03500 nömrəli abonent koduna vurulmuş 1882 kub metr təbii qazın dəyəri 376 (üç yüz yetmiş altı) manat 40 (qırx) qəpik debitor borc məbləği silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləği İddiaçı qaytarılsın. “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar