Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1439/2024 21.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 21 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, alimentin artırılması ilə bağlı aralarında bağlanmış 16 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(037)-1344 saylı qətnaməsi ilə yanında qalan 29 iyul 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün maraqlı şəxsdən hər ay 80 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Təyin edilmiş aliment hazırki şəraitdə azlıq edir və uşağın minimum təminatını belə ödəmir. Uşaq məktəblidir və uşağın məktəb xərclərinin ödənilməsinə əlavə vəsait tələb olunur. Cavabdeh isə təyin olunmuş alimentdən başqa uşağına əlavəköməklik etməmişdir. Ona görə də o, alimentin artırılması ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş və Qəbələ 1 saylı mediasiya təşkilatınının mediatorunun iştirakı ilə maraqlı tərəf Maraqlı şəxs ilə razılığa gəlmişlər və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Lakin maralı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ona görə də alimentin artırılması ilə bağlı maraqlı tərəf Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müədfiə edərək alimentin artırılması ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı tərəfin ərizəyə münasibətini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 721331 saylı xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 29 iyul 2011-ci il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(037)- 1344 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, 29 iyul 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 80 manat alimentin tutularaq Ərizəçi ödənilməsi qət olunmuşdur. İş materiallarında olan AZ-İ 268968 nömrəli xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasındakı nikah ləğv edilmişdir. İş materiallarında olan “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış MŞQ/MTO35/2024-449 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən və Medasiya prosesinə xitam verilməsi haqqında protokoldan müəyyən edilir ki, tərəflər mediasiya prosesində 29 iyul 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Ona görə də mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə göstərilir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsində göstərilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsində göstərilir ki, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsində göstərilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(037)-1344 saylı qətnaməsi ilə 29 iyul 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 80 manat alimentin tutularaq Ərizəçi ödənilməsi qət olunmuşdur. Tərəflərin birgə nikahdan doğulmuş övladı Fəridə Yusifovanın saxlanması üçün ödənilən 80 manat aliment hazırki şəraitdə uşağın saxlanması üçün azlıq etdiyindən ərizəçi alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmişdir. Tərəflər mediasiya prosesində 29 iyul 2011-ci il tarixdə doğulmuş Fəridə Yusifovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (bir yüz yüz) manat məbləğində aliment ödənilməsinə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Ona görə də mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi olduğundan, lakin maraqlı şəxs sazişin şərtlərini pozaraq razılaşdıqları alimenti ödəmədiyindən alimentin tutulması sazişin bağlandığı vaxtdan, yəni 16 iyul 2024-cü il tarixdən tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “Barışıq sazişi”-dən görünür ki, tərəflər tam mediasiya sessiayasında iştirak etmişlər, alimentin artrıılması ilə bağlı razılığa gələrək aralarında barışıq sazişi təsdiq edilmişdir. Ərizəçi ilkin mediasiya sessiyası üçün 50 manat, tam mediasiya sessiyası üçün 50 manat olmaqla ümumilikdə 100 manat mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin yarısı, yəni 50 manatı maraqlı şəxsdən alınaraq iddiaçıya verilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin hər ay 160 (bir yüz altmış) manat miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1920 (bir min doqquz yüz iyirmi) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 39 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə maraqlı şəxs dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, ərizəçinin məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat dövlət rüsumu məbləğinin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödəniləcəyi və həmin məbləğin maraqlı şəxsin alimentə görə ödəməli olduğu 39 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı maraqlı şəxsdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 16 iyul 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq 29 iyul 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Maraqlı şəxs 50 (əlli) manat mediasiya xərci tutulsun və Ərizəçi ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1439/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1439/2024
21.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver