Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1453/2025 04.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 02 yanvar 1954-cü il tarixdə İsmayıllı rayon İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 9-da yaşayan Sadıqova Xavər İsmayıl qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sadıqova Xavər İsmayıl qızı onun bacısıdır. Xavər 1970-ci ildən İsmayıllı şəhərində “Kəpənək” adlanan ərazidə fəaliyyət göstərən limon sexində işləyirdi. 1977-ci ildə iş yoldaşı ilə aralarında mübahisələri olmuş, bundan sonra Xavərdə əsəb pozuntusu yaranmışdır. Həmin gün Bakı şəhərinə əsəb xəstəxanasına aparılmışdır. Bacısı 02 noyabr 1983-cü il tarixdən 10 dekabr 1983-cü il tarixədək 1 saylı RPX-da müalicə olunmuşdur. Aldığı müalicələr nəticə verməmiş, 03 sentyabr 2012-ci il tarixdən 27 oktyabr 2012-ci il tarixədək yenidən həmin xəstəxanada müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq bacısının səhhətində yaxşılığa doğru heç bir inkişaf yoxdur. Vəziyyəti gün keçdikcə daha da ağırlaşır. Xavər 16 dekabr 1993-cü il tarixdən İsmayıllı rayon X2 Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F20.0 Şizofreniya qeyritam remissya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Bacısına lazımı bütün qulluqları o göstərir. Xavər İİ qrup əlil olmaqla hər zaman kənar şəxslərin köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən İsmayıllı rayon İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 9-da yaşayan Sadıqova Xavər İsmayıl qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, bacısı psixi xəstədir. 14 ildir ki, yataqdadır. Bacısına baxmaqla bütün qulluqları göstərir və yanında qalır. Ərizənin təmin olunmasını xahiş edir. Barəsində işə baxılan şəxs Sadıqova Xavər İsmayıl qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 22 dekabr 2025-ci il tarixli 4378 nömrəli rəyində Xavər Sadıqovada şizofreniya paranoid forma qeyd olunduğundan onun psixi vəziyyətinə görə məhkəmə iclasında iştirak etməsi məqsədəmüvafiq olmadığı qeyd edilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 izahat verərək göstərdi ki, Sadıqova Xavər İsmayıl qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Xalası psixoloji xəstə olmaqla uzun müddətdir yataq xəstəsidir. Anası xalasının yanında qalır və ona bütün lazımı qulluqları göstərir. X6 ifadə verərək göstərdi ki, Xavər onun xalasıdır. Uzun illərdir yataq xəstəsidir. Xalası kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilmir. Bütün qulluqlarını anası göstərir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ИЕ seriyalı 484248 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, ərizəçi 28 avqust 1950-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, İsmayıllı şəhəri Qələbə küçəsi ev 2, mənzil 6-da yaşayır. X1 və X5r. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2025-ci il tarixli 115 nömrəli arayışdan və AZE seriyalı 04218046 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 yanvar 1954-cü il tarixdə İsmayıllı rayon İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 9-da yaşayan şəxs Sadıqova Xavər İsmayıl qızıdır. X1 və X5r. - A3 seriyalı 062630 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X10 arasında 22 iyul 1968-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, X13 ilə Sadıqova Xavər İsmayıl qızı arasında 01 oktyabr 1993-cü il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Eynalov, arvada Sadıqova soyadı verilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, X13 03 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. -İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli 2153 nömrəli arayışdan görünür ki, Sadıqova X8 şəhəri Q.Aslanov küçəsi ev 9 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Sadıqova Xavər İsmayıl qızının sağlamlıq vəziyyəti 18 dekabr 1993-cü il tarixdə qiymətləndirilərək ona “şizofreniya qeyri-tam remissya” diaqnozu qoyulmuş, ikinci dərəcəli müddətsiz əlil olmaqla əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş 27 oktyabr 2012-ci il tarixli ******* nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Sadıqova Xavər İsmayıl qızı “F20.0 şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır və 03 sentyabr 2012-ci il tarixdən 27 oktyabr 2012-ci il tarixədək müalicələr almışdır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən 23 avqust 2025-ci il tarixdə verilmiş 995 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon İsmayıllı şəhərində yaşayan 02 yanvar 1954-cü il təvəllüdlü Sadıqova X8 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində 16 dekabr 1993-cü il tarixdən “F20.0 Şizofreniya qeyri-tam remissya” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 22 dekabr 2025-ci il tarixli 4378 nömrəli rəyindən görünür ki, Sadıqova Xavər İsmayıl qızında “şizofreniya paranoid qüsur halı” xroniki ruhi xəstəliyi müəyyən edilir. Bunu mülki iş materiallarına əsasən uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkməsi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə “şizofreniya paranoid forma” diaqnozu ilə stasionar müalicədə olması, İsmayıllı Rayon X2 şöbəsinin ruhi-əsəb kabinetində 16 dekabr 1993-cü il tarixdən “şizofreniya qeyri-tam remissiya” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi və s. təsdiq edir. X7 uzun müddət “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyindən əziyyət çəkməsi göstərir ki, onda qeyd olunan xroniki psixi xəstəlik dərinləşərək emosional-iradi pozuntularla müşayiət olunan vəziyyətə (psixi qüsur) çatmışdır. Xavər Sadıqova öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Xavər Sadıqovada qeyd olunan “şizofreniya paranoid forma” xəstəliyi psixi qüsur vəziyyəti ilə nəticələndiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Onun psixi vəziyyətinə görə məhkəmə iclasında iştirak etməsi məqsədəmüvafiq deyil. -08 oktyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən həmin tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Sadıqova Xavər İsmayıl qızı 02 yanvar 1954-cü il tarixdə İsmayıllı rayon İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 9-da yaşayır. X1 və X5r. Ərizəçi müraciət edərək bacısı Xavər Sadıqovanın 1977-ci ildə iş vaxtı aldığı xəsarət nəticəsində psixikasının pozulduğunu göstərmişdir. Xavər Sadıqova 02 noyabr 1983-cü il tarixdən 10 dekabr 1983cü il tarixədək 1 saylı RPX-da müalicə olunmuşdur. Aldığı müalicələr nəticə verməmiş, 03 sentyabr 2012-ci il tarixdən 27 oktyabr 2012-ci il tarixədək yenidən həmin xəstəxanada müalicə olunmuşdur. Sadıqova Xavər İsmayıl qızının sağlamlıq vəziyyəti 18 dekabr 1993cü il tarixdə qiymətləndirilərək ona “şizofreniya qeyri-tam remissya” diaqnozu qoyulmuş, ikinci dərəcəli müddətsiz əlil olmaqla əmək qabiliyyətsizdir. Xavər Sadıqova İsmayıllı MRXnın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində 16 dekabr 1993-cü il tarixdən “F20.0 Şizofreniya qeyri-tam remissya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır ikinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 22 dekabr 2025-ci il tarixli 4378 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Sadıqova Xavər İsmayıl qızında “şizofreniya paranoid qüsur halı” aşkar olunur və o psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Sadıqova Xavər İsmayıl qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Sadıqova Xavər İsmayıl qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 yanvar 1954-cü tarixdə İsmayıllı rayon İsmayıllı kəndində doğulmuş, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 9-da yaşayan Sadıqova Xavər İsmayıl qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1453/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1453/2025
04.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver