Məhkəmə qərarları › İş №2(037)-1454/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1454/2022

19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1454/2022 19.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə müraciət edərək JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X6, Əlicanova (nikahdan sonra Osmanova) Gülgəz Hörmətulla qızı, X7, Əlicanova (nikahdan sonra Məmmədova) Feruzə Hörmətulla qızına və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi2 adı səhvən Möminə, ata adı səhvən Əlləz qızı, X3 adı səhvən Gülnaz, mülkiyyətçi X4 adı səhvən Firuzə kimi yazılmışdır. Mülkiyyətçi X8 2008-ci ildə X15 ilə ailə quraraq ərinin soyadına uyğun Məmmədova, mülkiyyətçi X9 2009-cu ildə X28 ilə ailə quraraq ərinin soyadına uyğun Osmanova soyadını qəbul etmişdir. Hər iki mülkiyyətçinin qızlıq soyadlar Əlicanova olmuşdur. JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətçilərin şəxsiyyətlərini təsdiq edən sənədlərdə uyğunsuzluqlar olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 Ərizəçi1la eyni məzmunlu izahat verərək JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçilər onun valideynləridir. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anası Ərizəçi2 adı səhvən Möminə, ata adı səhvən Əlləz qızı, bacısı X3 adı səhvən Gülnaz, bacısı X4 adı səhvən Firuzə kimi yazılmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X5 X1 ilə eyni məzmunlu ifadə verərək JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 20 oktyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 20 oktyabr 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16527426 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2017-ci il tarixdə mülkiyyətçiyə X6 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 524462 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X9 arasında 02 noyabr 2009-cu il tarixdə rəsmi nikah bağlanmış, ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. 24 dekabr 2008-ci il tarixli nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 arasında 24 dekabr 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. AZE 17725166 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 11 aprel 2018-ci il tarixdə mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi1, X24, X6, X9, X11 və X2 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-060 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətdə olan torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı müraciəti müvafiq sənədləri təqdim etmədiyi üçün təmin olunmamışdır. İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 164 nömrəli arayışdan görünür ki, JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı texniki səhv olaraq X24, X11, X2 yazılmışdır. Əslində isə Ərizəçi2, X7 və X8 yazılmalıdır. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi1, Ərizəçi2, X6, X9, X7 və X4 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi2 adı səhvən Möminə, ata adı səhvən Əlləz qızı, mülkiyyətçi X3 adı səhvən Gülnaz, mülkiyyətçi X4 adı səhvən Firuzə kimi yazılmışdır. Mülkiyyətçi X8 2008-ci ildə X15 ilə ailə quraraq ərinin soyadına uyğun Məmmədova, mülkiyyətçi X9 2009-cu ildə ailə quraraq X28 ilə ailə quraraq ərinin soyadına uyğun Osmanova soyadını qəbul etmişlər. JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin adları və ata adı düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış bilmir. Ərizəçi1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətdə olan torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı müraciəti müvafiq sənədləri təqdim etmədiyi üçün təmin olunmamışdır. Hazırki vəziyyətdə JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X31 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X14 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi2 adının səhvən Möminə, ata adının səhvən Əlləz qızı, mülkiyyətçi X3 adının səhvən Gülnaz, mülkiyyətçi X4 adının səhvən Firuzə kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 10 may 2000-ci il tarixli JN-0060 Kod 40714018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, X6, Əlicanova (nikahdan sonra Osmanova) Gülgəz Hörmətulla qızı, X7 və Əlicanova (nikahdan sonra Məmmədova) Feruzə Hörmətulla qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar