Məhkəmə qərarları › İş №2(037)-1455/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1455/2022

29.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1455/2022 29.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi, X14, X35, X22, X39 və X19 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 29 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi, X14, X35, X22, X39 və X36 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0009 KOD 40714005 saylı Dövlət Aktının Ərizəçi, X14, X35, Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızı, X39 və X23 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən JN-0009 KOD 40714005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu,Qazmalar kəndində yerləşən 10.10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Daştiyev” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Daşdıyev”,arvadı X2 həmin vaxt “Daştiyeva” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Daşdıyeva”, qızları X6 həmin vaxt “Daştiyeva” və adı “Aida” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Daşdıyeva” və adı “Aidə” və Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızının isə soyadı həmin vaxt “Daştiyeva” və adı “Nargilə” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Daşdıyeva” və adı “Elnarə” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş,ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər X14, X35, X22, X39 və X36 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2010-cu il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonu, Kəlbənd kəndində doğulmuş Daştiyev X32 rayonu, Girk kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2015-ci il tarixli, AZE № 15586984 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə İsmayıllı rayonu, KR Oktyabr kəndində doğulmuş X3 rayonu, Kürdmaşı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2018-ci il tarixli, AZE № 16529791 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonu, Girk kəndində doğulmuş X7 rayonu, Girk kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA4437973 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonu, Girk kəndində doğulmuş X5 rayonu, Kürdmaşı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA3543929 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu, Girk kəndində doğulmuş X8 rayonu, Kəlbənd Ərazi Dairəsi Girk kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2941380 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonu, Kirk kəndində doğulmuş X9 rayonu, Kəlbənd Ərazi Dairəsi Girk kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0009 KOD 40714005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə İsmayıllı rayon Qazmalar kənd sakinləri X40, X15, X37, X24, X36 və X25 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Qazmalar kəndi ərazisindən 10.10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 9307 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ №269873 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X21 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar, ərə Səmədov, arvada Səmədova soyadı verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin, yanvar ayının, 08 günündə 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Kəlbənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli №24 nömrəli məktubdan görünür ki, Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarı ilə verilmiş JN-0009 KOD 40714005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mülkiyyətçi kimi adı,soyadı və ata adı qeyd olunmuş X17 İsmayıllı rayon Kəlbənd kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, İX-ЖГ №435706 nömrəli doğum haqqında şəhadətnamədə adı,soyadı və ata adı qeyd olunmuş X21 ilə İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AA4437973 nömrəli şəxsiyyət vəsiqəsində adı,soyadı və ata adı qeyd edilmiş X22 adlı şəxsin həqiqətən eyni şəxs olduğu və Ərizəçi ailə üzvlərinə aid təsərrüfatbaşına kitabda və nümayəndəlik ərazisində X24 adlı şəxsin olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X47 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X16 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən JN-0009 KOD 40714005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 10.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X40,X15, X37, X24, X36 və X25 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi soyadı həmin vaxt “Daştiyev” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Daşdıyev”, X2 həmin vaxt “Daştiyeva” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Daşdıyeva”, X6 həmin vaxt “Daştiyeva” və adı “Aida” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Daşdıyeva” və adı “Aidə” və Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızının soyadı həmin vaxt “Daştiyeva” və adı “Nargilə” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Daşdıyeva” və adı “Elnarə” kimi yazılmışdır. X38 bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən JN-0009 KOD 40714005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 10.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X40, X15,X37, X24, X36 və X25 mülkiyyətlərinə verilməsinə dair JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Daşdıyev”, X1 “Daşdıyeva”, X4 “Daşdıyeva” və adının “Aidə” və Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızının soyadının “Daşdıyeva” və adının “Elnarə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X31 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2941380 saylı şəxsiyyət vəsiqəsi), X23 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli, AA3543929 saylı şəxsiyyət vəsiqəsi), Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA4437973 saylı şəxsiyyət vəsiqəsi), X27 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №16529791 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AZE №15586984 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 03 avqust 1999-cu il tarixli 84 saylı qərarına əsasən JN-0009 KOD 40714005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 10.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X40, X15,X37, X24, X36 və X25 mülkiyyətlərinə verilməsinə dair JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi soyadının “Daşdıyev”, X1 “Daşdıyeva”, X4 “Daşdıyeva” və adının “Aidə” və Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızının soyadının “Daşdıyeva” və adının “Elnarə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X31 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA2941380 saylı şəxsiyyət vəsiqəsi), X23 (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş,xx.xx.2022-ci il tarixli, AA3543929 saylı şəxsiyyət vəsiqəsi), Daştiyeva (nikahdan sonra Səmədova) Nargilə Ramiz qızına (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, AA4437973 saylı şəxsiyyət vəsiqəsi), X27 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №16529791 saylı şəxsiyyət vəsiqəsi), X12 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AZE №15586984 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2010-cu il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar