Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1467/2024 11.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum oğlanları X3 payına düşən hissələrdən ibarət miras əmlakın birinci növbəli vərəsələr İddiaçı1, İddiaçı2, Cavabdeh, X11 və X12 arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İddiaçı2 arvadı,Cavabdeh isə gəlnidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvləri arvadı İddiaçı2,qızı X4 və X1 ümumi birgə mülkiyyətlərinə, fərdi yaşayış evi isə onun tam mülkiyyətinə verilmişdir. Bundan əlavə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri arvadı İddiaçı2, qızı X4 və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. X2 31 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdiyi günədək ailəsi ilə birlikdə ona məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır.X1 ailə üzvləri arvadı Cavabdeh və övladları X11 və X5 ibarətdir.X1 birinci növbəli vərəsələri o, arvadı İddiaçı2,gəlini Cavabdeh və nəvələri X11 və X9r. Mərhum X1 vəfatından sonra ondan qalan miras əmlaklar İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yerləşən birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsinin mərhuma çatan 0.0375 hissəsi və İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma çatan 0.23655 hissəsi miras qalmışdır.Mərhumdan miras qalan əmlaklara dair kiminsə adına vəsiyyətnamə verilməmişdir. Miras əmlakın birinci növbəli vərəsələr arasında bölünməsi ilə bağlı aralarında razılaşma əldə edilməmişdir.O, mərhum X1 vəfatından sonra ondan miras qalan hissələrin birinci növbəli vərəsələr arasında bərabər bölünməsi ilə bağlı İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən etdiyi müraciətinə cavab olaraq ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53- 10301 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən onun və ailə üzvləri arvadı İddiaçı2, qızı X4 və X1 ümumi birgə mülkiyyətlərində olan 0.15 hektar həyətyanı torpaq sahəsindən və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən onun və ailə üzvləri arvadı İddiaçı2, qızı X4 və X1 ümumi birgə mülkiyyətlərində olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X1 payına düşən hissələrdən ibarət miras əmlakın birinci növbəli vərəsələr onun İddiaçı1, arvadı İddiaçı2,gəlini Cavabdeh və nəvələri X11 və X7 arasında bərabər bölünməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər, məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək səhhətlərində olan problemlə bağlı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək mərhum əri Ruslan İsayevin 31 dekabr 2016-cı il tarixdə vəfat etdiyini,ərinin birinci növbəli vərəsələri ailə üzvləri o və qızları Gülay İsayeva, Damla İsayeva və valideyinləri İddiaçı1 və İddiaçı2 olduğunu, ərinin vəfatından sonra ondan qalan miras əmlakların İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən mərhum ərinə çatan 0.0375 hektar hissə və İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum ərinə çatan 0.23655 hissədən ibarət olduğunu, mərhum ərindən qalan miras əmlakların birinci növbəli vərəsələr arasında bərabər bölünərək paylarının ayrılmasına və məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli, AZ-İ № 965598 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 01 ayının 16 günündə 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********53-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışın sürətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X4 və X3 ümumi birgə mülkiyyətlərinə, ümumi sahəsi 136.1 kv.metr olan fərdi yaşayış evi isə İddiaçı1 tam mülkiyyətinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 407-1928/2204 inventar nömrəli fərdi yaşayış evinə dair Texniki pasportun sürətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 1987-ci ildə inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 136.1,yaşayış sahəsi 90.5 kv.metr və köməkçi sahəsi 45.6 kv.metr olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********72 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İddiaçı1, İddiaçı2, X4 və X3 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 25 may 2024-cü il tarixli, № 343 saylı müraciətə cavab məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməsi mümkündür. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-4xxxx/2024 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 ailə üzvləri arvadı İsayeva (Həşimova) Aygül Ramazan qızı, uşaqları X12, X11, atası İddiaçı1 və anası İddiaçı2dır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X6 ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından iki uşaqları olmuşdur. X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsinin 0.0375 hektar hissəsi və İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.23655 hektar hissəsi miras qalmışdır. X3 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh,uşaqları X11,X12 və valideyinləri atası İddiaçı1 və anası İddiaçı2dır. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsinin 0.0375 hektar hissəsi və İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.23655 hektar hissəsi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır.Belə ki,vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X16 xx.xx.2016-cı il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. 1282.2-ci maddəsinə əsasən bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 1299.1-ci maddəsinə əsasən miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. 1299.2-ci maddəsinə əsasən əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və onun uşaqları X11 və X12 mirasın açıldığı vaxt X3 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum X6 öldükdən sonra onun birinci növbəli vərəsələri,arvadı Cavabdeh, uşaqları X11, X12 və valideyinləri atası İddiaçı1 və anası İddiaçı2 ondan qalmış mirası faktiki qəbul etmişlər.Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçı və cavabdeh tərəf miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişlər. Ona görə də məhkəmə hesab edir ki, mərhum X3 birinci növbəli vərəsələri, arvadı, uşaqları, atası və anası ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. X6 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən ondan miras qalan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsinin 0.0375 hektar hissəsinin və İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.23655 hektar hissəsinin mərhumun birinci növbəli vərəsələri arvadı Cavabdeh,uşaqları X11,X12 və valideyinləri atası İddiaçı1 və anası İddiaçı2 arasında bərabər bölünərək paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki,iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X3 payına düşən 0.0375 hektar və ********** qeydiyyat nömrəli,**********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X3 payına düşən 0.23655 hektar miras əmlakların qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X11, X12, atası İddiaçı1 və anası İddiaçı2 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X3 payına düşən 0.0375 hektar miras əmlak qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X8, X7, atası İddiaçı1 və anası İddiaçı2 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********72 reyestr nömrəli, xx.xx.2023cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X3 payına düşən 0.23655 hektar miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X11, X12, atası İddiaçı1 və anası İddiaçı2 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1467/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1467/2024
11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver