Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1468/2022 21.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 21 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4, X10 və onlara, JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4, X14 və X7 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı həmin vaxt İbrahimxəlil olmasına baxmayaraq İmamxəlil, mülkiyyətçi Ərizəçi2 soyadı həmin vaxt Mamedov olmasına baxmayaraq Məmmədov, mülkiyyətçi Ərizəçi4 ata adı həmin vaxt Gülbaba olmasına baxmayaraq Kamandar, JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun adı həmin vaxt Gülsirə olmasına baxmayaraq Gülsurə, ata adı həmin vaxt İbrahimxəlil olmasına baxmayaraq İbrahim, mülkiyyətçi Ərizəçi2 soyadı həmin vaxt Mamedov olmasına baxmayaraq Məmmədov, mülkiyyətçi Ərizəçi4 ata adı həmin vaxt Gülbaba olmasına baxmayaraq Gülbala kimi yazılmışdır. Bu hal həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında və şəhadətnamədə yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında və şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin soyad, ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adları ilə Dövlət aktındakı və şəhadətnamədəki soyad, ad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Ərizəçi4 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Ərizəçi4 iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 noyabr 2005-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1935-ci ildə İsmayıllı rayonu Tircan kəndində doğulmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayan şəxs Ərizəçi1dır. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28 avqust 1974-cü il tarixdə İsmayıllı rayonu Tircan kəndində doğulmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayan şəxs Ərizəçi3dur. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1978-ci il tarixdə doğulmuş şəxs Ərizəçi2dur. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 02 dekabr 2010-cu il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1975-ci il tarixdə İsmayıllı rayonu Tircan kəndində doğulmuş, Bakı şəhəri Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 240, mənzil 55-də yaşayan şəxs Ərizəçi4dır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 avqust 1994-cü il tarixdə doğulmuş şəxs X11r. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 mart 1997-ci il tarixdə doğulmuş şəxs X8r. İş materiallarında olan AZ-İ 160351 nömrəli 14 yanvar 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X4 14 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 17 iyun 1999-cu il tarixli JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X4, Ərizəçi1 İmamxəlil qızı, Ərizəçi3, X12, Ərizəçi4 Kamandar qızı və X2 qeyd olunmuşdur. İş materiallarında olan JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X4, X5, Ərizəçi3, X12, Ərizəçi4 Kamandar qızı, X14 və X1 qeyd olunmuşdur İş materiallarında olan İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2002-ci il tarixli 204 nömrəli arayışdan görünür ki, JN-025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında səhvən Ərizəçi4 Kamandar qızı yazılmışdır. Əslində isə Ərizəçi4 yazılmalıdır. Tircan kənd İƏD üzrə nümayəndəliyin ərazisində Ərizəçi4 Kamandar qızı adlı şəxs olmayıb və hal-hazırda yoxdur. İş materiallarında olan İsmayıllı RİHB-nın Tircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2002-ci il tarixli 210 və 210/2 nömrəli arayışlardan görünür ki, JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN- 053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhvən Ərizəçi1 İmamxəlil qızı yazılmışdır. Əslində isə Ərizəçi1 yazılmalıdır. Tircan kənd İƏD üzrə nümayəndəliyin ərazisində Ərizəçi1 İmamxəlil qızı adlı şəxs olmayıb və hal-hazırda yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli **********07 nömrəli məktubdan görünür ki, Ərizəçi3 JN-0025 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X20 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını və JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı və şəhadətnamədki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçilərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və X9 birgə mülkiyyətlərinə 5,56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0025 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 ata adı İmamxəlil, Ərizəçi2 soyadı Məmmədov, Ərizəçi4 ata adı Kamandar kimi yazılmışdır. Bundan başqa İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4, X14 və X6 birgə mülkiyyətlərinə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adı Gülsurə, ata adı İbrahim, Ərizəçi2 soyadı Məmmədov, Ərizəçi4 ata adı Gülbala kimi yazılmışdır. Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0025 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 ata adının İmamxəlil, Ərizəçi2 soyadının Məmmədov, Ərizəçi4 ata adının Kamandar kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (AZ-İ 160351 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və X10 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adının Gülsurə, ata adının İbrahim, Ərizəçi2 soyadının Məmmədov, Ərizəçi4 ata adının Gülbala kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (AZ-İ 160351 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X10 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) və X7 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən 5,56 hektar torpaq sahəsinin X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və X9 birgə mülkiyyətlərinə verilməsinə dair JN-0025 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “Ərizəçi1”nın ata adının “İmamxəlil”, “Ərizəçi2”nun soyadının “Məmmədov”, “Ərizəçi4”nın ata adının “Kamandar” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (AZ-İ 160351 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) və X10 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarına əsasən 0,12 hektar torpaq sahəsinin X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4, X14 və X6 birgə mülkəyyətlərinə verilməsinə dair JN-053F Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi1”nın adının “Gülsurə”, ata adının “İbrahim”, “Ərizəçi2”nun soyadının “Məmmədov”, “Ərizəçi4”nın ata adının “Gülbala” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X4 (AZ-İ 160351 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi4 (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X10 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) və X7 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1468/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1468/2022
21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver