Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1477/2022 26.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 26 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-si tərəfindən 13 sentyabr 2002-ci ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0048 KOD 40710048 saylı Dövlət X3,Ərizəçi1,X10,Ərizəçi2 və X11 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0048 Kod 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 5.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad,soyad və ata adları qeyd edilmişdir. Onun soyadı həmin vaxt “Alirzayev” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Əlirzayev”, arvadı X5 adı həmin vaxt “Safurə” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Səfurə” və qızı Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızının isə soyadı həmin vaxt “Əlirzayeva” və adı “Günay” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Əliyeva” və adı “Gülnaz” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir.Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur.Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, 04 dekabr 2007-ci il tarixli, AZ-İ №262958 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin dekabr ayının 04 günündə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 04700258 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonu, Sumağallı kəndində doğulmuş X1 rayonu, Uşlaq-Qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonu,Uştalqışlaq kəndində doğulmuş Aslanova X16 rayonu, Qalagah Ərazi Dairəsi Uştalqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AA1887280 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonu,Uştalqışlaq kəndində doğulmuş X2 rayonu, Sumağallı Ərazi Dairəsi Sumağallı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə İsmayıllı rayonu, Uştal kəndində doğulmuş Alirzayev X4 rayonu,Uştalqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə İsmayıllı rayon Uştalqışlaq kənd sakinləri X18, X6 (ərizəçi), X12, X21 (ərizəçi) və X7 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Uştalqışlaq kəndi ərazisindən 5.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 128340 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Sumağallı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ №626087 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X28 ilə X13 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, ərə Aslanov, arvada Aslanova soyadı verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin, iyul ayının, 21-ci günündə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Sumağallı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ №024897 saylı nikah haqqında şəhadətnamədən görünür ki,X34 ilə X14 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar, ərə Yaqubov, arvada Yaqubova soyadı verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin, iyun ayının, 14-cü günündə 04 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X36 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X22 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 5.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18, X6 (ərizəçi), X12, X21 (ərizəçi) və X7 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçilərin və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi1 soyadı həmin vaxt “Alirzayev” olmasına baxmayaraq Dövlət Aktında səhvən soyadı “Əlirzayev”, ərizəçi Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızının soyadı həmin vaxt “Əlirzayeva” və adı “Günay” olmasına baxmayaraq Dövlət aktında səhvən soyadı “Əliyeva” və adı “Gülnaz” və digər mülkiyyətçi X5 adı həmin vaxt “Safurə” olmasına baxmayaraq Dövlət aktında səhvən adı “Səfurə” kimi yazılmışdır. X32 bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 5.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X18, X6 (ərizəçi), X12, X21 (ərizəçi) və X7 mülkiyyətlərinə verilməsinə dair JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 soyadının “Əlirzayev”, X5 adının “Səfurə” və Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızının soyadının “Əliyeva” və adının “Gülnaz” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2007-ci il tarixli, AZ-İ №262958 saylı ölüm haqqında şəhadətnamə), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №04700258 saylı şəxsiyyət vəsiqəsi), Əlirzayeva (nikahdan sonra Yaqubova) Günel Məlikməmməd qızına (Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA1887280 saylı şəxsiyyət vəsiqəsi), Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızına (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli,AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Uştalqışlaq kəndində yerləşən 5.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X18, X6 (ərizəçi), X12, X21 (ərizəçi) və X7 mülkiyyətlərinə verilməsinə dair JN-0048 KOD 40710048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 soyadının “Əlirzayev”, X5 adının “Səfurə” və Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızının soyadının “Əliyeva” və adının “Gülnaz” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2007-ci il tarixli, AZ-İ №262958 saylı ölüm haqqında şəhadətnamə), X8 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №04700258 saylı şəxsiyyət vəsiqəsi), Əlirzayeva (nikahdan sonra Yaqubova) Günel Məlikməmməd qızına (Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA1887280 saylı şəxsiyyət vəsiqəsi), Əlirzayeva (nikahdan sonra Aslanova) Günay Məlikməmməd qızına (Asan-Qəbələ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1477/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1477/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver