Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-151/2021 30.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki işə 30 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********02130 nömrəli abonent koduna işlənmiş 1620 kub metr təbii qazın dəyəri 162 (bir yüz altmış iki) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ildə İsmayıllı rayon Hacıhətəmli kəndində istismar müddəti bitdiyindən bütün abonentlərin qaz sayğaclarının dəyişdirilməsinə başlanılmışdır. 21 iyun 2019-cu il tarixdə onun “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas borusunun deşildiyi qeyd edilmişdir. Ona görə də 30 sentyabr 2019-cu il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 1620 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamamışdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansı zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Cavabdeh təşkilat borcun ödənilməsi ilə bağlı 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş, məhkəmənin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq ondan 507,6 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi qət olunmuşdur. Onun istifadə etdiyi təbii qaza 339,4 manat borcu olmuşdur. Lakin 162,2 manat sayğaca müdaxiləyə görə yazılmış cərimə də əsasız olaraq həmin məbləğin üzərinə hesablanmışdır. Qeyd etdiklərini nəzərə alaraq cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 162,2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, etiraz göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 21 sentyabr 2019-cu il tarixdə iddiaçının İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi, 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 04 fevral 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin sentyabr ayının sonuna iddiaçının **********02130 nömrəli abonent koduna akt üzrə 162 manat borc vurulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, “Cavabdeh” İB-nin cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 507 manat 60 qəpik borcun tutulmasına dair iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılaraq 507 manat 60 qəpik borcun və 30 manat 40 qəpik dövlət rüsumunun - cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğinin İddiaçı alınaraq iddiaçı “Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilməsi qət olunmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(107)-639 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli, 2(037)-887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən 21 iyun 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 30 sentyabr 2019cu il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Cavabdeh” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın çıxış plastmas borusunun deşildiyi, qaz itkisinin yarandığı qeyd edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. “Cavabdeh” İB-yi cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 339 manat 40 qəpik borcla yanaşı sayğaca müdaxilə nəticəsində yaranmış 162 manat debitor borcun da alınmasına dair iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmənin 10 noyabr 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnaməsi ilə “Cavabdeh” İstehsalat Birliyinin iddia tələbi təmin olunmuşdur. Məhkəmənin icraatında olmuş 2(037)-887/ 2020 nömrəli mülki işin materalları öyrənilərkən müəyyən olunmuşdur ki, “Cavabdeh” X1 Dadaşova qarşı borcun ödənilməsi tələbi ilə bağlı sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri İddiaçı rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, İddiaçı bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddiaçı tərəfindən “Cavabdeh” İstehsalat Birliyinin iddia tələbinə dair hər hansı etiraz, dəlil və onları təsdiq edən sənədlər məhkəməyə daxil olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmışdır. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli 2(037)-887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 162 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz göndərərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi “Cavabdeh” İB-nin cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 339 manat 40 qəpik borcdan başqa sayğaca müdaxilə nəticəsində yaranmış 162 manat debitor borc da daxil olmaqla cəmi 507 manat 60 qəpik məbləğinin alınması tələbinə dair İsmayıllı Rayon Məhkəməsi tərəfindən 10 noyabr 2020-ci il tarixdə 2(037)- 887/2020 nömrəli qətnamə qəbul olunmuşdur. Məhkəmənin göstərilən qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(107)-639 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddiaçının silinməsini tələb etdiyi 162 manat debitor borcun ondan alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iddia tələbinin iddiaçının sayğacın dəyərinin ödənilməsi öhdəliyindən azad olunmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-151/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-151/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver